Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zooloq
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Adil Əliyev (zooloq)
Adil Rüstəm oğlu Əliyev — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. Adil Rüstəm oğlu Əliyev 1939-cu ildə Şərur rayonunun Sədərək kəndində anadan olmuşdur. Atası, Hətəmov Rüstəm Əli oğlu kolxozçu olmuş, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış və 1944-cü ildə vəfat etmişdir. Anası, Hətəmova Balaqız K.Məmməd qızı evdar qadın olub. Adil Əliyev 1957-ci ildə Sədərək orta məktəbini bitirmişdir. 1959–1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1967–1968-ci illərdə Bakı Dövlət Universitetində çalışmışdır. 1968–1971-ci illərdə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş və 1971-ci ildə "Ceyranbatan su anbarının bentik faunası" mövzusunda, Bakı şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə hidrobiologiya laboratoriyasında baş laborant, 1972–1974-cü illərdə kiçik elmi işçi, 1974–1995-ci illərdə baş elmi işçi, 1995–2005-ci illərdə aparıcı elmi işçivəzifəsində çalışmışdır.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Mahir Hüseynov (zooloq)
Rauf Hacıyev (zooloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. 21.08.1958-ci ildə anadan olmuşdur. 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Sahib Əhmədov (zooloq)
Əhmədov Sahib Bəylər oğlu (1 iyul 1949, Xələfli, Cəbrayıl rayonu – 2019, Bakı) — AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist. Əhmədov Sahib Bəylər oğlu 1 iyul 1949-cu ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Xələfli kənd səkkizillik məktəbbin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1964-cü ildə Cəbrayıl şəhərindəki M. Qorki adına orta məktəbin 9-cu sinfinə daxil olmuş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi məruzəsinə görə I dərəcəli diplom almışdır. O 1972-ci ildə "Azərbaycanda çöl turağaylarının ekologiyasına dair" mövzusunda yazmış olduğu diplom işində Azərbaycanda ilk dəfə ikixallı turağayın yayıldığını faktik materiallarla təsdiq edir və onun ekologiyasını dərindən tədqiq edir. 1972–1973-cü tədris ilində İmişli rayonunun Ağaməmmədli kənd orta məktəbində, 1973–1974-cü tədris ilində həmin rayonun Murquzallı kənd səkkizillik məktəbində kimya-biologiya müəllimi işləmişdir. 1974–1978-ci illərdə Cəbrayıl rayon Xələfli stansiyasındakı 8 illik məktəbində kimya-biologiya müəllimi işləmışdır. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
Saleh Əliyev (zooloq)
Saleh Əliyev (bioloq)
Ənvər Rüstəmov (zooloq)
Ənvər Göyüş oğlu Rüstəmov d. 17 dekabr, 1917, Aşqabad, Türkmənistan — 18 yanvar, 2005, Aşqabad) — Akademik, zooloq, Stalin mükafatı laureatı. Ənvər Göyüş oğlu 17 dekabr 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdu. 1934–1938-ci illərdə pedaqoji institutda oxumuşdu. M. K. Laptevin başçılığı altında ekpedisiyalarda iştirak etmişdi. 30 ildən artıq İ. M. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı institutunun rektoru olmuşdur (1960-cı ildən). Tədqiqatı, əsasən, səhra landşaftının qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Səhra şəraitində müxtəlif heyvanlarda aşkar edilmiş eyni uyğunlaşmaların, əsasən, "səhra yaşayışı formalı" olduğunu ilk dəfə Ənvər Rüstəmov isbat etmişdir. "Qaraqum çölünün quşları" adlı iş yazaraq 32 yaşında doktor və professor olmuşdu. O, İsveçdə, İngiltərə, Fransa, Hindistan, Zair, Amerika Birləşmiş Ştatları və sair ölkələrdə keçirilən konqreslərdə məruzə ilə çıxış etmişdir.
İsmayıl Sadıqov (zooloq)
İsmayıl Ələkbər oğlu Sadıqov (15 yanvar 1928, Gədəbəy — 29 dekabr 2008, Bakı) — ekoloq alim, biologiya elmləri doktoru (1974), professor (1989), AMEA-nın müxbir üzvü (2001). İsmayıl Sadıqov 15 yanvar 1928-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olub, sonra təhsilini Moskva Zoobaytarlıq İnstitutunda və Moskva Baytarlıq Akademiyasında davam etdirib və oranı 1950-ci ildə bitirib. İsmayıl Sadıqov 1950–1974-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya şöbəsində kiçik və böyük elmi işçi olub, daha sonra 1974–2008-ci illərdə Helmintologiya laboratoriyasına rəhbərlik edib. İsmayıl Sadıqov Moskvada K. İ. Skryabin adına Ümumiittifaq Helmintologiya İnstitutunun əmkədaşı, professor A. M. Petrovun rəhbərliyi altında 1956-cı ildə "Azərbaycanda xəzdərili vəhşi heyvanların helmint faunası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru, 1974-cü ildə isə akademik S. M. Əsədovun rəhbərliyi altında "Azərbaycanda xəzdərili sənaye heyvanlarının helmintləri" mövzusunda dissertasiya müdafiə edərək bilologiya elmləri doktoru elmi adını alıb. 1989-cu ildə "Helmintologiya" ixtisası üzrə professor elmi adına layiq görülən İsmayıl Sadıqov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. İsmayıl Sadıqov vəhşi heyvanların helmint faunasını öyrənən alimdir. O, helmintoz törədicilərindən insan üçün xərçəng xəstəliyi kimi təhlükəli olan trixinella, exinokokk və yumru qurdların təbii ocaqlarını aşkar edib. Habelə İsmayıl Sadıqov belə ocaqların ləğv edilməsi yollarını müəyyən etmiş və aşkar edilmiş helmintləri təhlil edərəkən parazitlə sahib orqanizm arasında filogenetik bağlılıq prinsipini irəli sürmüşdür. Alim tərəfindən müəyyən edilib ki, Azərbaycanda vəhşi məməlilərdə aşkar edilən 76 növ helmint insan və heyvanların helmintləri ilə ümumilik təşkil edir.
Bioloq
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasının kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Zoolook
Zoolook — Jan Mişel Jarrın altıncı studiya albomu. Albom 1984-cü ildə Disques Dreyfus tərəfindən buraxılmışdır. Bir çox pərəstişkarı tərəfindən Jan Mişel Jarrın indiyə qədərki ən eksperimental albomu hesab edilir. Musiqinin çox hissəsi sintezatorlarla və ənənəvi alətlərlə birlikdə otuz müxtəlif dildə nitqdən ibarətdir.
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb. Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir. Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.
Abbasova (bioloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Monoloq (1987)
Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov Süleyman Rüstəm Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Zooloji park
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Zilog Z80
Zilog Z80 – 8-bitli mikroprosessor. Zilog, Inc. şirkətinin istehsalı olan bu mikroprosessordan 1980-ci illərin başlanğıcında CP/M əməliyyat sistemi ilə işləyən mikrokompüterlərdə istifadə olunurdu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cəlal Əliyev (bioloq)
Cəlal Əziz oğlu Əliyev (20 may 1926, Sabirabad rayonu – 18 fevral 2014, Bakı) – azərbaycanlı bioloq-alim, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Botanika" kafedrasının müdiri (1967–1992) Cəlal Əliyev 20 may 1926-cı ildə Sabirabad rayonunun Suqovuşan kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kəndində almış, təhsilini davam etdirmək üçün Bakı Əczaçılıq məktəbinə daxil olmuşdur. 1949-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1954-cü ildə bioloq-botanik ixtisası üzrə universiteti bitirmişdir. Tələbə-laborant ikən ilk elmi tədqiqatla məşğul olmuş, elmi ədəbiyyatdan istifadə etmək bacarığı və bitki təyinatında göstərdiyi dəqiqlik yüksək qiymətləndirilmişdir. 1961-ci ildə "Talışın şirin sularının florası, bitkiliyi və onların təsərrüfat əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi, 1969-cu ildə isə "Azərbaycanın su hövzələrinin florası, bitkiliyi və onların təsərrüfat əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1970-ci ildə isə professor elmi dərəcəsinə layiq görülmüşdür . Cəlal Əliyev BDU-da laborant, assistent, baş müəllim, dosent və professor, 1967-ci ildən 1992-ci ilədək "Botanika" kafedrasının müdiri vəzifələrində müvəffəqiyyətlə çalışmışdır. 25 ildən artıq kafedra müdiri olmuş və bu dövrdə özünü bacarıqlı və işgüzar rəhbər kimi göstərmiş, yüksək pedaqoji və elmi keyfiyyətlərini gənc nəslin tərbiyəsinə, elmin inkişafına, respublikada yüzlərlə botanik kadrlarının yetişdirilməsinə sərf etmişdir. Görkəmli alimin elmi tədqiqatları, botanika sahəsində yaratdığı yeni istiqamət və yetişdirdiyi elmi kadrlar ona "Cəlal müəllim məktəbi"nin yaranmasına xidmət etmişdir. O, 105 elmi və elmi-metodik məqalənin, 5 dərslik və dərs vəsaitinin, 2 monoqrafiyanin, Azərbaycan Sovet Ensiklopediyasında nəşr etdirdiyi 18 məqalənin müəllifidir.
Cəlil Xəlilov (geoloq)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Etibar Məmmədov (bioloq)
Məmmədov Etibar Nəsrulla oğlu (26 oktyabr 1966, Düdəngə, İliç rayonu) — Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor. Etibar Nəsrulla oğlu Məmmədov 26 oktyabr 1966-cı ildə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində müəllim ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda helmintologiya ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1996-cı ildə AMEA Zoologiya İnstitutunda "Qoyunların monieziozuna qarşı antihelmint preparatlar və dərman bitkiləri qarışıqlarının işlədilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1996–1999-cu illərdə Azərbaycan Elmi — Tədqiqat Baytarlıq İnstitutunda elmi və aparıcı elmi işçi, 2000–2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasında şöbə müdiri, 2003-cü ilin yanvar ayından AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun "Zooloji tədqiqatlar" şöbəsində elmi işçi, 2004–2009-cu illərdə isə həmin institutda elmi katib vəzifəsində çalışmışdır. 2009–2013-cü illərdə "Zooloji tədqiqatlar" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2013-cü il oktyabrın 11-də Azərbaycan MEA Zoologiya İnstitutunda "Naxçıvan Muxtar Respublikasında gövşəyən heyvanların anoplosefalyatozları və onların törədicilərinin, aralıq sahiblərinin bioekoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hazırda Naxçıvan Dövlət Universitetində Magistratura fakültəsinin dekanıdır. Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq iri və xırdabuynuzlu heyvanlarda bütün məhsuldarlıq göstəricilərini aşağı salan helmintozlar-anoplosefalyatozlar yüksək dərəcədə tədqiq edilmişdir.
Faiq Məmmədov (geoloq)
Faiq Nəzər oğlu Məmmədov (1935) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu. Faiq Nəzər oğlu 1935-ci ildə Füzuli şəhərində anadan оlub. Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb. Qiyabi olaraq AZNKA-da oxuyub. 1962-ci ildən Komi MSSR-də neft kəşfiyyatı sahəsində çalışmağa başlayıb. 1972-ci ildən Naryan-Mar ekspedisiyasına başçılıq edib. 1976-cı ildə Usin Neft kəşfiyyatı idarəsinə göndərilib. 1978-ci ildən Usin NQKE-nə rəhbərlik edib. "Uxtaneftqazgeologiya" İGV Baş direktoru (1985-2000-ci illər) vəzifəsində işləyib. Faiq Məmmədоv xeyriyyəçilik fəaliyyəti ilə məşğul оlub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Fuad Axundov (bioloq)
Axundov Fuad Mirəli oğlu — H. Zərdabi adına Təbiət-Tarix Muzeyinin direktoru, biologiya elmləri namizədi.. F.M.Axundovun paleontologiya elminə olan marağı və təşkilatçılıq bacarığı onu laborantdan muzey müdiri (1970-1999) vəzifəsinə kimi yüksəltdi. Fuad müəllimin elmi fəaliyyətinin əsas istiqaməti kürəkayaqlıların tədqiqinə yönəldilmişdir. Bu mövzuda da elmi əsərlərin nəşrinə nail olmuşdur. O, 1967-ci ildə suitilərin yeni yarımfəslinin nümayəndələri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Təsvir olunan yeni taksonomik ranq dünya onurğalılar faunasına həsr olunan fundamental kataloqda öz əksini tapmışdır. O, kürəkayaqlıların əmələ gəlməsi, filogeniyası, yayılması, müxtəlif geoloji mərhələlərdə komplekslərinin dəyişilməsi, stratiqrafik korrelyasiyada istifadə olunması və s. məsələləri tədqiq etmişdir. F.M.Axundov 20-dən artıq elmi məqalə, elmi-tədqiqat hesabatının müəllifidir. Fuad Axundov muzey sahəsini yaxşı bilən yüksək ixtisaslı mütəxəssisdir.
Hətəm Quliyev (geoloq)
Hətəm Quliyev (tam adı: Quliyev Hətəm Hidayət oğlu; 6 yanvar 1947, Qaryagin – 21 aprel 2021, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018). Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.