ZOOGİGİYENİ́K
ZOOLOJİ́
OBASTAN VİKİ
Zoologiya
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. == Maraqlı faktlar == Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. == Mənbələr == Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Fauna (zoologiya)
Fauna (lat. Fauna - meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər.Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. == Fauna analizi == Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi. Fauna fondu – müəyyən regionun heyvanat aləmi növlərinin məcmusu.
Zoologiya bağı
Zoologiya parkı — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədi ilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Zoologiya muzeyi
Zoologiya muzeyi — heyvan kolleksiyalarının (fiksəedici mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-maarif müəssisəsi. Zoologiya muzeyində sistematika, faunistika, zoocoğrafiya, dəyişkənlik, heyvanların müqayisəli morfolokiya və anatomiyası, eləcə də təkamül nəzəriyyəsinə dair elmi-tədqiqat aparılır. Burada həmçinin məktəblilər və tələbələrlə tədris işi, zoologiyaya dair mədəni-maarif işləri təşkil olunur, təbiətin mühafizəsi haqqanda təbliğat aparılır. Zoologiya muzeyi nin kolleksiyası elmi fonddan və nümayiş etdirilən eksponatlardan ibarətdir. Zoologiya muzeyində eksponatlar, adətən, sistemli ardıcıllıqla, bəzən zoocoğrafi prinsipə görə düzülür. Bəzən stendlər də düzəldilir. Kolleksiyalar şüşəli vitrinlərdə yerləşdirilir. Mikroskopik kiçik obyektlər mikro fotoşəkillər və böyüdülmüş mulyajlarla əvəz edilir. Tematik sərgilərdən, qısametrajlı filmlərdən də istifadə edilir. Bakıda zoologiya muzeyi Azərbaycan Respublikası EA Zoologiya İnstitutunda yaradılmışdır (1971).
Zoologiya parkı
Zoologiya parkı — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədi ilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Zoologiya İnstitutu
ARETN Zoologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarından biri idi. 28 iyul 2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini-nin tabeliyinə keçib. Direktor vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir. == Tarixi == Azərbaycanın öz milli elmi kadrları və zooloji tədqiqatlar aparan xüsusi təşkilatları olmadığından, heyvanlar aləminin öyrənilməsi kiçik stansiya və laboratoriyalarda yerinə yetirilirdi. Azərbaycanda heyvanlar aləminin hərtərəfli, planauyğun, sistemli tədqiqi yalnız bu məqsədə xidmət edən elmi idarələrin və ali təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılmasından sonra mümkün oldu.1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tərkibində quru və su faunası seksiyalarından ibarət Zoologiya bölməsi yaradıldı və professor V.S.Yelpatyevski bölməyə rəhbər təyin edildi.SSRİ EA Azərbaycan filialı Rəyasət heyətinin qərarı ilə 1936-cı il martın 1-də Zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil olundu. Zoologiya İnstitutu yaradıldığı ildə iki şöbədən – quru heyvanları və su heyvanları şöbələrindən ibarət idi. V.S.Yelpatyevski institutun direktoru və quru onurğalı heyvanları şöbəsinin rəhbəri, professor S.M.Qubin direktor müavini, professor A.N.Derjavin su heyvanları şöbəsinin rəhbəri təyin edildi. 1939-cu ildən 1950-ci ilə qədər instituta b.e.n. Ə.Əlizadə, 1950–1960-cı illərdə akademik S.Əsədov, 1960-cı ilin mart ayından 2011-ci ilədək akademik M.Musayev, 2011-ci ildən 2016-cı ilin mart ayınadək AMEA-nın müxbir üzvü İ.X.Ələkbərov, 2016–2019 illərdə E.F. Yusifov rəhbərlik etmiş,hazırda institutun direktoru vəzifəsini aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Qismət oğlu Eyvazov icra edir. İnstitutda müxtəlif vaxtlarda Heyvanların embriologiyası, Mingəçevir dayaq bazası, Protistologiya, Su heyvanlarının parazitləri, Helmintologiya, Araxnologiya, Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları, Xəzər bioloji stansiyası, Bioloji təbəqə, Balıq ehtiyatlarının artırılması Faydalı həşəratların introduksiyası və iqlimləşdirilməsi, Cücülərin fauna və sistematikası, Quru onurğalıları, Ornitologiya, Teriologiya və Herpetologiya şöbə və laboratoriyaları fəaliyyət göstəmirşdir.
AMEA Zoologiya İnstitutu

Zoologiya İnstitutu (Azərbaycan)

Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi
Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zoologiya Muzeyi — Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun zoologiyaya həsr edilmiş bölməsidir, Sankt-Peterburqda yerləşir.

Digər lüğətlərdə

коси́льный обла́вливание поснова́ть преартисти́чно протрезве́ть товарове́д быть самим собо́й гвоздь дезадапти́ровать источи́ться ноне продажа auspices crankweb hollo progeny sought голенастые день издерживать макаронический молвить Олимп фасонистый эпос