Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Hərbə-zorba
Hərbə-zorba — aşıq deyişmələrindəki mühüm mərhələlərdən biri. Bu mərhələdə aşıqlar sazlarını sinələrinə basaraq eyni hava, eyni kök, eyni şeir şəkli və eyni rədif üstündə biri-birinə meydan oxuyaraq mübaliğəli söz və ifadələrlə özlərinin sözsənət gücünü öyüb tərifləyir, qarşı tərəfi isə heçə sayır. Özünü öyüb tərifləyən aşıq onunla deyişmə meydanına çıxmağa cəsarət edən digər aşığı müxtəlif poetik təzyiq vasitələri ilə psixoloji sarsıntıya məruz qoymağa və bu üsulla da qorxudub qaçırtmağa çalışır.
Qovuqlu zurna
Qovuqlu zurna (Bladder pipe ing.) — Almanca Platerspiel və ya Blaterpfeife. Bir üfürmə borusu, torba və chanterin (boru üzərində barmaqları qoymaq üçün deşiklər olan) təpəsində qamış yerinin içərisinə yerləşdirilmiş ikili qamışla səsləndirilən chanterdən ibarətdir. Şişirilmiş kisənin içərisindəki qamış davamlı səslənir, və hava axınını dillə kəsmirdi. Bunun ilk olaraq nə zaman yaranması bilinməməklə birlikdə bunun 13-cü əsrdən əvvəl Avropadan gəldiyinə inanılır.
Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928, Kutaisi – 12 aprel 1997, Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor). == Fəaliyyəti == Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur. 1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970). Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir.Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir. 1979-1982-ci illərdə adına Tbilisi Opera və Balet Teatrının direktoru olmuşdur.
Zurab Ançabadze
Zurab Vianoroviç Ançabadze (gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე;22 aprel 1920, Qaqra, Qara dəniz quberniyası[d] – 28 yanvar 1984, Suxumi) — Sovet tarixçisi, tarix elmləri doktoru, professor, Abxaziya Dövlət Universitetinin ilk rektoru. == Həyatı == Zurab Ançabadze 22 aprel 1921-ci ildə Qaqra şəhərində abxaz həkim ailəsində anadan olub. Açba-Ançabadze adlı qədim knyaz nəslindəndir. Nənə və anası meqrel zadəganları idi. Evdə həm gürcü, həm də abxaz dillərində danışılırdı. Zurab Vianoroviç Ançabadze 1938-ci ildə Suxumidə orta məktəbi bitirib. 1937-ci ildə onun valideynləri həbs olundu və o, bacısı ilə Tiflisdəki bibilərinin yanına köçdü. O, 1941-ci ildə Suxumi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca, İvane Cavaxişvili adına Gürcüstan Tarix İnstitutunun aspiranturasında təhsil almışdır.
Zurab Avalaşvili
Zurab Avalaşvili (1876[…] – 21 may 1944, Münhen) — görkəmli gürcü tarixçisi, diplomat və Gürcüstan Demokratik Respublikasına xidmət etmiş hüquqşünas. == Bioqrafiya == Zurab Avalişvili 1876-cı ildə Avifişvili knyaz ailəsinin nümayəndəsi olarqaq Tiflisdə anadan olmuşdur. 1900-cü ildə Sankt-Peterburq Universitetini qızıl medalla və hüquqşünaslıq dərəcəsi ilə bitirmişdir, təhsilini 1901-1903-cü illərdə Sarbonnada davam etdirir. 1917-ci ildə Avalişvili təsis məclisinə seçilir, ancaq xidmətlərini Gürcüstan Demokratik Respublikasına təklif edir. 1918-ci ildə Gürcüstana qayıtdıqdan sonra Avalişvili xarici işlər üzrə baş məsləhətçi işləyir. Eyni zamanda Avalişvili 1918-1921-ci illərdə dərs dediyi 1918-ci ilin fevralında açılan Gürcüstan Dövlət Universitetinin qurulmasında iştirak edir. Hüquq təhsili aldıqdan sonra Zurab Avalişvili Gürcüstan konstitusiyasının qurulmasına böyük töhfə verir. Gürcüstanın baş diplomatı olaraq Avalişvili Almaniya ilə sıx əlaqələr qurmağa nail olur və bu da Gürcüstan Demokratik Respublikasının suverenliyinin tanınmasına səbəb olur . Avalişvili 1919-cu ildə Parisdə keçirilmiş sülh konfransında Gürcüstanı təmsil edir və burada Qərbi Gürcüstan torpaqlarının Gürcüstan Demokratik Respublikası tərəfindən mülkiyyətini müdafiə edir və Batum bölgəsinin üç hissəyə bölünməsinə, Batumi şəhərinin azad şəhər elan edilməsinə qarşı çıxır. Bu Millətlər Cəmiyyətinin nəzarəti altında olan bütün ölkələrin istifadə edə biləcəyi azad şəhər olması nəzərdə tutulur.
Zurab Caparidze
Zurab Caparidze (gürc. ზურაბ ჯაფარიძე; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür. Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır.
Zurab Jvaniya
Zurab Jvaniya (gürc. ზურაბ ჟვანია; 9 dekabr 1963, Tbilisi – 3 fevral 2005, Tbilisi) — Gürcüstanın 4-cü baş naziri 3 fevral 2005-ci il tarixində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Zurab Karumidze
Zurab Karumidze (gürc. ზურაბ ქარუმიძე; 22 avqust 1957, Tbilisi) — gürcü yazıçı. == Həyatı == Zurab Karumidze Tbilisi Dövlət Universitetində "İngilis dili və ədəbiyyatı" təhsili alıb. 1984-cü ildə Con Don ilə bağlı disertasiya müdafiə edib. Uzun müddət Tbilisidəki XX əsr Ədəbiyyatı İnstitutunda çalışıb.
Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974). == Həyatı == Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.Zurab Muradəliyev 1981-ci il dekabrın 27-də vəfat etmişdir.
Zurab Noqaideli
Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri. == Həyatı == M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.
Zurab Pataradze
Zurab Pataradze (gürc. ზურაბ პატარაძე; 12 fevral 1973, Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ) — Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən) == Diplomatik fəaliyyəti == Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Zurab Pataridze
Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur. 1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı. 1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). == Həyatı == Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. === Uşaqlığı === Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.
Zurab Xizanişvili
Zurab Xizanişvili (gürc. ზურაბ ხიზანიშვილი; 6 oktyabr 1981, Tbilisi) ― gürcü futbolçu.
Zurab Çxeidze
Zurab Amvrosieviç Çxeidze (gürc. ზურაბ ამბროსის ძე ჩხეიძე; 13 may 1930 – 13 noyabr 2007) — sovet və gürcü dövlət və partiya xadimi. 1989-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1930-cu il mayın 13-də Gürcüstan SSR-in Zestafoni rayonunun Şoropani kəndində anadan olmuşdur. 1954-cü ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali partiya məktəbini qiyabi bitirmişdir. Texnika elmləri namizədi olmuşdur. 1954-cü ildən Zaporjstal zavodunda işləyirdi. İki il ərzində Xarkova köçdü və burada Ukrayna Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə vətəninə qayıtdı və Rustavi şəhərindəki Zaqafqaziya metallurgiya zavodunun metallurgiya laboratoriyasının rəisi təyin edildi.
Aruba
Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti. 1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir. Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir. XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır. == Coğrafiya == İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.