Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
İzron
İzron (fr. Izeron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38195. Kommunanın 1999-cu il üçün əhalisi 609 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 166 ilə 1440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km qərbdə yerləşir.
İzyo
İzyo (fr. Izieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01193. 2010-ci ildə əhalinin sayı 201 nəfər təşkil edirdi.
Dactylis izcoi
İzyor (Alye)
İzör (fr. Yzeure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzör kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03321. 2008-ci ildə əhalinin sayı 12 515 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 7990 nəfər (15-64 yaş arasında) 5334 nəfər iqtisadi cəhətdən fəal, 2656 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 66.8%, 1999-cu ildə 67.1%). 5334 aktiv adamdan 4922 nəfəri (2434 kişi və 2488 qadın), 412 nəfəri işsizdir (203 kişi və 209 qadın). Aktiv olmayan 2656 nəfər arasında 761 nəfər şagird və ya tələbə, 909 nəfər təqaüdçü, 986 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının müstəqil deputatı. Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi — Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
İzör (Alye)
İzör (fr. Yzeure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzör kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03321. 2008-ci ildə əhalinin sayı 12 515 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 7990 nəfər (15-64 yaş arasında) 5334 nəfər iqtisadi cəhətdən fəal, 2656 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 66.8%, 1999-cu ildə 67.1%). 5334 aktiv adamdan 4922 nəfəri (2434 kişi və 2488 qadın), 412 nəfəri işsizdir (203 kişi və 209 qadın). Aktiv olmayan 2656 nəfər arasında 761 nəfər şagird və ya tələbə, 909 nəfər təqaüdçü, 986 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dactylis glomerata subsp. izcoi
Dactylis izcoi subsp. merinoiana
Hacı İvaz Mehmed Paşa
Hacı İvaz Mehmed Paşa (1675, Yaqodina[d] – 1743, Navpakt) — I Mahmud dönəmində 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == BA, Tahvîl Defteri, nr. 5, mükerrer s. 68. BA, Atîk Vüzerâ Defteri, nr. 2, s. 40, 43. BA, A.DVN Mühimme, nr. 950, s. 12, 19-20.
İvo Andriç
İvo Andriç (serb. Иво Андрић/Ivo Andrić; 10 oktyabr 1892 – 13 mart 1975[…], Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR)) — hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1961). İvo Andriç keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaxınlığındakı Dolac kəndində doğulmuşdu. 2 yaşında atasını itirdiyindən anasının valideynlərinin himayəsində böyümüşdü. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi almışdı. Yazmağa başlayandan sonra İvan adını İvoya dəyişmişdi. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində xorvat ailəsində doğulmuşdu, lakin sonrada özünü serb kimi qələmə vermişdi. Bu gün iki xalq — xorvatlar və serblər İvo Andriçi öz sənətkarı sayırlar. Çoxmillətli Bosniyada yaşaması ona fərqli insanları və mədəniyyətləri yaxından müşahidə etmək və öyrənmək imkanı yaratmışdı.
İvo Daneu
İvo Daneu (sloven. Ivo Daneu; 6 oktyabr 1937, Maribor) — Sloveniya basketbolçusu və məşqçi. Maribor və Olimpiya Lyublyana klublarında çıxış etmişdir. Olimpiya ilə birlikdə 1957, 1959, 1961, 1962, 1966 və 1970-ci illərdə 6 dəfə ölkə çempionu olmuşdur. İvo 1956–1970-ci illərdə Yuqoslaviyanın milli basketbol komandasının üzvü olmuş və onun heyətində 209 oyun keçiritmişdir. Milli komanda ilə birlikdə 1970 Dünya Çempionatının qalibi olmuşdur və növbəti sıralanan yarışlarda gümüş medalı qazanmışdırI 1968 Yay Olimpiya Oyunları, 1963 və 1967 dünya çempionatları (sonuncu yarışın ən dəyərli oyunçusu seçilmişdir) və 1961, 1965 və 1969 Avropa çempionatları. 1967-ci ildə Yuqoslaviya, 1969-cu ildə isə Sloveniyada ilinin idmançısı adına layiq görülmşüdür. 1970–1971-ci illərdə "Olympiya" nın baş məşqçisi olmuşdur. 1991-ci ildə FIBA ən böyük ​​50 oyunçusundan biri seçildi və 2007-ci ildə FİBA ​​şərəf zalına daxil edildi.
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
İzo (İzer)
İzo (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
İvo Lapenna
İvo Lapenna (5 noyabr 1909, Split – 15 dekabr 1987, Kopenhagen) — Yuqoslaviya hüquq professoru. Esperanto təbliğatçısı, 1964-1974-cü illərdə Dünya Esperanto Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır. Esperantoda natiq, bir neçə kitabın müəllifi və UNESCO-nun Esperanto dilini tanıdığı 1954-cü il Montevideo Qətnaməsinin həmmüəllifi kimi tanınır. Lapenna Xorvatiyanın Split şəhərində (sonralar Avstriya-Macarıstan) anadan olub. 1933-cü ildə Zaqrebdə fəlsəfə doktoru, 1947-ci ildə Zaqreb Universitetində, sonra isə Londonda professor olur. 1949-cu ildə Yuqoslaviyanı tərk edərək Parisdə, 1951-ci ildən Böyük Britaniyada yaşayıb. 1962-ci ildə Böyük Britaniya vətəndaşı olur. İvo Lapenna 1987-ci ildə dəfn olunduğu Kopenhagendə vəfat edir. İvo Lapenna üç dəfə evlənir. Birinci həyat yoldaşı Emilija Lapenna, ikincisi Luba Lapenna, üçüncüsü Birthe Lapennadır (1986-cı ildən).
İvo Qrbiç
İvo Qrbiç (18 yanvar 1996, Split) — İspaniya La Liqasında çıxış edən Atletiko Madridin və Xorvatiya millisinin qapıçısı. 20 avqust 2020-ci ildə Qrbiç Atletiko Madrid ilə əlavə bonuslar və növbəti transferin faizi daxil olmaqla 3,5 milyon avro dəyərində dörd illik müqavilə imzaladı. Bununla da o ilk dəfə legioner futbolçu oldun. O, dekabrın 16-da İspaniya Kubokunda Cardassar ilə matçda debüt edib. Matç Atletiko Madridin 3–0 hesablı qələbəsi ilə başa çatıb. "Atletiko" ilə La Liqada 2020-21 mövsümündə çempion olduqdan sonra oyun təcrübəsi qazanmaq üçün Liqa-1'də 2020-21 mövsümünün çempionu olan "Lill"ə icarəyə verildi. "Lill"də ilk matçına 21 avqust 2021-ci ildə keçirilən "Lill"-"Sent-Etyen" matçında çıxıb. Matç 1-1 hesablı bərabərliklə başa çatıb. O , Çempionlar Liqasında debütünü sentyabrın 14-də VfL Wolfsburg ilə matçda edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
İvo ( Nigeriya)
İvo — Nigeriyanın cənub-qərb hissəsində, Osun əyalətində şəhərdir. Eyni adlı yerli idarəetmə bölgəsinin bir hissəsidir. == Coğrafi mövqeyi == Şəhər dövlətin şimal-qərb hissəsində, Oşun çayının şərqində, dəniz səviyyəsindən 233 metr yüksəklikdə yerləşir. . İvo, əyalətin paytaxtı Oşoqbodan təxminən 35 kilometr qərb-cənub-qərb (WSW) məsafəsində və ölkənin paytaxtı Abucadan 380 kilometr qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 1991-ci il siyahıyaalınmasına görə, İvonun əhalisinin sayı 125,645 nəfər idi. İllər üzrə şəhər əhalisinin artım dinamikası: == Nəqliyyat == İvo dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə Nigeriyanın digər şəhərləri ilə bağlıdır. Ən yaxın hava limanı Oşoqbodadır.
Sant'İvo alla Sapienza
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur. Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir. Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir.
Sen-Pol-d'İzo
Sen-Pol-d'İzo (fr. Saint-Paul-d'Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Byevr kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38437. Kommunanın 2012-ci il üçün əhalisi 303 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 458 ilə 764 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.