Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anlam
Məna bu mənaları ifadə edə bilər:
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Adlay Stivenson
Adlay Stivenson — ABŞ-li siyasətçi. Amerika Birləşmiş Ştatlarının 23-cü vitse-prezidenti.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alay silsiləsi
Alay silsiləsi — Qırğızıstanın cənubunda və qismən Tacikistanda dağ silsiləsi. Hündürlüyü 5,539 metrədək, uzunluğu 400 kilometrdir. Cənubdan Fərqanə vadisini əhatə edir. Qumlu-gilli və metamorfik şistlərdən, kristallik süxurlardan ibarətdir. Yal hissələrində qar və buzlaqlar var. Dağətəyi sahəsində yarımsəhra bitkiləri yayılmışdır. Yamacları ağot və şırımlı topal bitkilərindən ibarət quru çöllərdir, daha yüksəyə qalxdıqca çəmən-çöl bitkiləri və ardıc meşələri, 3,000–3,100 metr yüksəklikdə alp çəmənlikləri ilə əvəz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Корженевский Н. Л. Ледники северного склона Алайского хребта. — Труды САГУ. Новая серия. Выпуск LXIV. Географические науки: Книга 6.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. == Həyatı == Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. == Kitabları == "Mənim də qəlbimin bir arzusu var" == Haqqında yazılanlar == “Tovuzlu Alayı tanı” adlı kitab.
Xay-alay
Xay-alay — üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask (Basklar İspaniyanın şimalı və Fransanın cənub qərbindəki bölgədə yaşayan bir xalqdır) mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində xay-alay olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı xay-alay oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. == Karyerası == Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur. 1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir.
Alay pavilyonu
Alay pavilyonu — Topqapı sarayının bayır divarlarında sultanların yürüşləri izləmək üçün tikildirdiyi malikanə. Alay malikanəsinin yerləşdiyi yerdə 16-cı əsrdə taxta malikanə olub. Köşkün hazırkı binası II. Mahmud tərəfindən tikilmişdir. Gülhanə parkından geniş enişlə daxil olmaq mümkün olan malikanə dairəvi sultan zalı, divan və üç otaqdan ibarətdir. Köşkün yeddi pəncərəsi var. Pəncərə tağlarının üzərindəki on dörd sətirlik kitabə Keçəcizadə İzzət Molla tərəfindən yazılmışdır. 1926-cı ildə Atatürkün əmri ilə Gözəl Sənətlər Birliyinə ayrılan malikanə bir müddət Eminönü İcma Mərkəzinin oyun salonu kimi istifadə edilmişdir. 1938-ci ildə Topkapı Sarayı Müdirliyinə bağlı olan malikanə daha sonra ciddi təmirə məruz qalıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi Kitabxanası olaraq yenidən təşkil edilmiş və 12 noyabr 2011-ci ildə açılmışdır.
Sen Anlat Karadeniz
Sən anlat Qara dəniz — Sineqraf imzalı ilk bölümü 24 yanvar 2018-ci ildə yayımlanan, prodüseri Osman Yavaş, ssenari müəllifi Nehir Erdem, Ayşe Ferda Eryılmaz və Erkan Birgören, baş rollarda Ulaş Tuna Astepe, İrem Helvacıoğlu və Mehmet Ali Nuroğlunun yer aldığı Türkiyə istehsalı olan dram televiziya serialıdır. 3 sezondan ibarət olan serial 13 noyabr 2019-cu ildə yayımlanan 64-cü bölümü ilə sona çatdı.
Sən Anlat Qaradəniz
Orleanlı Şarlotta Aqlay
Orleanlı Şarlotta Aqlay (fr. Charlotte-Aglaé d'Orléans; 22 oktyabr 1700, Paris – 19 yanvar 1761) — Orlean hersoqu II Filippin qızı, Modena hersoqinası. 22 oktyabr 1700-cü ildə dünyaya gəldi. Atası Orlean hersoqu II Filipp, anası isə Fransa kralı XIV Lüdovikin nigahdan kənar qızı Fransiska Mariyadır. == Mənbə == Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press. Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Sən Anlat Qara Dəniz
İlay Erkök
İlay Erkök (d. 1 oktyabr 1993, İstanbul) — Türk aktrisa. İlay Erkök 1 oktyabr 1993-cü ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. İlk olaraq 2013-cü ildə "Günəşi Beklerken" adlı serialda Demet obrazını canlandırdı. Daha sonra İnadına Aşk (2015-2016) adlı serialda, Hayatımın Aşkı (2016) adlı serialda və Çetin Çeviz 2 adlı filmdə rol aldı. 2017-ci ildə ise "Seni Gidi Seni" ve "İlk Öpücük" filmlərində rol aldı. 2018-ci ildə ise Darısı Başımıza adlı serialda "Nur" obrazını canlandırdı. 2019-cu ildən bəri Hercai adlı serialda "Yaren Şadoğlu" obrazını canlandırıyor.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
123-cü alay
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
366-cı motoatıcı alay
366-cı motoatıcı alay — keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən hərbi birləşməsi == Alayın tarixi == Alayın tarixi Kolçayın admiralının qoşunlarıyla döyüşlərdə iştirak etmiş Türkistan cəbhəsinin 3-cü Türkistan süvari diviziyasından öz başlanğıcını götürür. 3-cü süvari diviziyası Vətəndaş müharibəsinin qurtaran mərhələsində iştirak edirdi. 3-cü süvari diviziyası 4 avqust 1921-ci ildə Türkistan cəbhəsinin komandanlığının № 144/581-inin əmrinə əsasən buraxılıb. Onun bazasında 7-ci və 8-ci ayrı süvari briqadaları yaradılmışdılar. 7-ci ayrı süvari briqadası 30-cu illərə qədər Türkmən SSR-ında basmaçılarla döyüş əməliyyatlarında iştirak edirdi. 1931-ci ildə 7-ci ayrı süvari briqadası 8-ci dağ-süvari diviziyasına yenidən təşkil edilmişdi (dəyişilmişdi) və yerini Özbək SSR-də (112-ci dağlıq-süvari alayı) Fərqanə (diviziyanın əsas hissələri) və Namanqana dəyişdirilmişdi. 1936-cı ilin iyulunda 8-ci dağ-süvari diviziyası numerasiyanı dəyişdi və 21-ci dağ-süvari diviziyası oldu. İkinci Dünya müharibəsindən sonra birləşmənin tam adı belə oldu: 14-cü qvardiya süvari Mozır Qırmızı Bayraqlı, Suvorovun ordenləri diviziyası. SSRİ-in Silahlı Qüvvələri Baş qərargahının 13 oktyabr 1945-ci il № Orq/1/600 Təlimatıyla bu diviziya 31-ci qvardiya mexanikləşdirilmiş diviziyasına yenidən təşkil edilmişdir. Korpusun süvari diviziyaları əsasında növbəti numerasiyayla mexanikləşdirilmiş alaylar yaradılmışdır: 98-ci qvardiya mexanikləşdirilmiş alayı 99-cu qvardiya mexanikləşdirilmiş alayı 100-cü qvardiya mexanikləşdirilmiş alayı 1945-ci ilin oktyabrında diviziya Zaqafqaziya hərbi dairəsinin 40-cı Ordusunun tərkibinə Azərbaycan SSR-ına yerini dəyişdirilmişdi.
Nazim İsmayılov (alay komandiri)
907-ci atıcı alay
907-ci atıcı alay — SSRİ-nin Böyük Vətən Müharibəsində iştirak etmiş hərbi hissəsi. 244-cü atıcı diviziyanın tərkibində idi. == Yaranma tarixi == SSRİ Mülki Məcəlləsinin Baş Qərargahının 29 iyun 1941-ci il tarixli 00100 nömrəli "NKVD qoşunlarının şəxsi heyətindən atıcı və mexanikləşdirilmiş diviziyaların formalaşdırılması haqqında" əmrinə uyğun olaraq, Lavrenti Beriyaya 15 yeni hərbi hissənin formalaşdırılması tapşırığı verilmişdi. Alay müharibənin ilk aylarında Dmitrov şəhərində yaradılmışdı və 1941-ci ilin iyulunda 244-cü diviziyanın tərkibində cəbhəyə göndərildi.
Analar yanar ağlar (film, 1990)
AGLAE
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır. Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir. Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir.
Abbay
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Adlar
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Aksay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Andlar
Andlar — şifahi poeziyanın arxaik janrlarından biridir. Şifahi poeziyanın ilkin janrlarından biri də andlardır. And qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə yaranmışdır. Andiçmə müqəddəs hesab edilmiş, bir sıra xalqlarda andı pozmaq üstündə ən ağır cəzalar tətbiq edilmişdir. Hələ çox qədimlərdən anda inam qüvvətli olmuşdur. Əvvəllər insanın müxtəlif təsəvverləri ilə bağlı andlar yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan onun təsəvvürlərində və bədii yaradıcılığında ilk andlar yaranmışdır. "Ay haqqı", "Gün haqqı", "Torpaq haqqı", "Yer haqqı", "Göy haqqı", "İşıq haqqı", "Su haqqı" və s. Nisbətən sonralar insanların sitayiş etdikləri varlıqlara bərəkət və qüdsiyyətə andiçmə ənənəsi meydana gəlmişdir. "Duz haqqı", "Bərəkət haqqı", "Duz-çörək haqqı", "Çörək haqqı", "Un haqqı", "Nemət haqqı" və s.