Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Disput
Disput (lat. disputare – ayırd etmək, mübahisə etmək): auditoriyada gedən elmi mübahisədir; elmi dərəcə almaq üçün açıq dissertasiya müdafiəsidir; məktəbdə yuxarı sinif şagirdləri ilə sinifdənkənar aparılan əsas iş formalarından biridir; ictimai, siyasi əhəmiyyət daşıyan hər hansı bir məsələnin müəyyən təşkilat və ya müəssisədə keçirilən müzakirə formalarından biridir; elmi, ədəbi və s. mövzuya dair açıq mübahisədir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ising
Ernest Horas Ayzinq (ing. Ernest Horace Ising; 1884[…] – 1973[…], Adelaida) — Avstraliya botaniki. == Əsərləri == Ising E. H. The species of Bassia All. (Chenopodiaceae) in Australia // Transactions of the Royal Society of South Australia. — 1964. — Vol. 88. — P. 63—110. Ising E. H. Six new species of Bassia All. (Chenopodiaceae) // Transactions of the Royal Society of South Australia.
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İspik
Yaşayış məntəqələri Azərbaycanda İspik (Quba) — Quba rayonunda kənd. Rusiyada İspik (Dağıstan) — Dağıstanda kənd.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
İşum
İşum(di-šum, bəzən ì-šum, i-šum-mu) tanrı, ya tanrıların elçisi (nāgir ilī) və ya qulluqçusu (rābiṣu), bələdçisi(ālik maḫrīšu), Babil tanrısı Erranın xələfi, tanrı Nerqalın elçisi. İşum eyni zamanda gecə bələdçisi (dEN.MI.DU.DU, bēlu mūttallik muši) və yolların ağası, sahibi (bēl sūqi, sukkal sūqi) hesab edilir.
İşıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir. Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380–780 nanometr dalğa uzunluğuna və yaxud 789–385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C. Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
Ibn Ishaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir. Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir. "Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις — "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
İspan Amerikası
İspan Amerikası Amerikadakı İspan ərazilərinə şamil edilir. "İspan Amerikası" termini xüsusilə 15-19-cu əsrlər arasında ərazilərin imperiya dövründə istifadə edilmişdir. İmperator hakimiyyətinin sonuna qədər İspaniya Amerika və Filippindəki xaricdəki ərazilərinin Kolumbun qərbə üzərək Asiyaya çatdığına dair təsəvvürü əsasında "Hindistan" adlandırdı. Bu ərazilər yüksək əhəmiyyətə çatdıqda isə, tac 1524-cü ildə Aztek İmperatorluğunun fəthindən sonra onun mülkləri üzərində daimi kral nəzarətini təsdiqləyən Hindistan Şurasını yaratdı. İspan köçkünlərini cəlb edən sıx yerli əhali və mineral sərvət mənbələri olan bölgələr müstəmləkə mərkəzlərinə çevrildi və belə resursları olmayanlar isə maraq dairəsində idi. Bölgələr imperiyaya daxil edildikdən və onların əhəmiyyəti qiymətləndirildikdən sonra, xaricdəki mülklər daha güclü və ya zəif tac nəzarəti altına düşdü. Tac Karib dənizindəki Kristofer Kolumbun və onun varislərinin hökmranlığından dərs aldı və onlar heç vaxt kəşfiyyatçılara və fatehlərə süpürmə səlahiyyətləri vermədilər. Katolik monarxlarının 1492-ci ildə Qranadanı fəth etməsi və yəhudiləri qovulması "Amerika müstəmləkəçiliyinin başlanğıcı anında dini dövlətçiliyin döyüşkən ifadəsi idi". Tacın dini sferadakı gücü papalığın Patronato real qrantı sayəsində onun xaricdəki mülklərində mütləq idi və "Katoliklik kral hakimiyyəti ilə ayrılmaz şəkildə bağlı idi". Kilsə-dövlət münasibətləri fəth dövründə quruldu və 1700-cü ildə, Burbon monarxları böyük islahatlar həyata keçirən və tac və qurbangah arasındakı əlaqəni dəyişdirən Habsburq dövrünün sonuna qədər sabit qaldı.
İspan dili
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir (Çindən sonra). 559 milyon insanın danışdığı dildir. Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspan mətbəxi
İspan mətbəxi — ölkənin müxtəlif regionlarının töhfəsi olaraq ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tutmuş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. İspan mətbəxi tarix boyu ərazisində yerləşmiş eyni zamanda sonradan yaranmış koloniyaların da mətbəxinə güclü təsir etmişdir. Bu da öz növbəsində ispan mətbəxini müxtəlif cür bişirmə texnikaları və inqredientlərlə təmin etmişdir. Öz bişirmə texnikaları və ərzaqları ilə XIX əsrin sonu- XX əsrin əvvələrində daha da məşhurlaşmağa başlayan bu mətbəx uzun müddət Avropada məşhur olmamışdır. Bütün bu kulinariya bilikləri onun tarixi və mənşəyi ilə maraqlanan , bu sahə üzrə ixtisaslaşmış kulinariya yazıçıarı sayəsində işıq üzü görmüşdür. Bu yazıçı qruplarını “27-ci nəsil” adlandırmışlar. Bu təkamül hazırda yeni ispan mətbəxi kimi tanıdığımız mərhələyə qədər inkişaf etmişdir. Bəzən bu sahə üzrə mütəxxəsislər onun müxtəlidliyini nəzərə alaraq cəmdə istifadə edirlər “cocinas de España” (İspan mətbəxləri ) . Müasir ispan mətbəxində iki reallıq nəzərə çarpır: ənənələrə əsaslanan klassik ispan mətbəxi və dünya şöhrəti qazanmış və daim yeniliklər, yeni bişirmə texnikaları axtaran müasir ispan mətbəxi.
İspan nazı
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
İspan qripi
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur. İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir.
İspan təkəsaqqalı
İspan təkəsaqqalı (lat. Scorzonera hispanica) — təkəsaqqalı cinsinə aid bitki növü.
İşlaq (Miyanə)
İşlaq (fars. ايشلق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 461 nəfər yaşayır (171 ailə).
İshaq Maroqulov
İshaq Faqradoviç Maroqulov (rus. Исаак Фаградович Марогулов, kürd. Îsahak Maragûlov; 1868, Dvin – 6 sentyabr 1933) — aysor əsilli SSRİ dilşünası. 1928-ci ildə Ərəb Şamilov ilə kürd dili üçün latın əlifbasını hazırlamışdır. İshaq Maroqulov 1868-ci ildə Rusiya imperiyasının Dvin şəhərində anadan olmuşdur. O, əslən aysor idi. Atası Faqrad XIX əsrdə İrandan Qafqaza köçmüşdür. Maroqulov 1888-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvanın Şahtaxtı kəndində, sonra 1893-cü ildə Qəmərli kəndində müəllim işləmişdir. 1920-ci illərdə SSRİ xalqlarının əlifbalarının romanizasiya prosesi gedirdi. Bu prosesin bir hissəsi olaraq kürd dili üçün də latın qrafikalı əlifba hazırlanmışdır.
Lorem ipsum
Lorem ipsum — mənalı məzmuna əsaslanmadan sənədin və ya şriftin vizual formasını göstərmək üçün adətən nəşriyyatda və qrafik dizaynda istifadə olunan nümunə mətn. Lorem ipsum, son nüsxə mövcud olana qədər nümunə mətni kimi istifadə edilə bilər. O həmçinin qrikinq adlanan prosesdə mətni müvəqqəti olaraq əvəz etmək üçün istifadə olunur ki, bu da dizaynerlərə veb-səhifənin və ya nəşrin formasını nəzərdən keçirməyə imkan verir. Lorem ipsum Roma dövlət xadimi və filosofu Siseronun eramızdan əvvəl I əsrə aid mətni De finibus bonorum et malorum-un korlanmış versiyasıdır və sözləri mənasız və düzgün olmayan latınca etmək üçün dəyişdirilib, əlavələr və silinmələr edilib. İlk iki söz "dolorem ipsum" ("ağrının özü") sözünün dəyişdirilmiş versiyasıdır. Lorem ipsum mətninin versiyaları 1960-cı illərdən, Letraset köçürmə vərəqlərinin reklamları ilə populyarlaşdıqdan sonra çapda istifadə edilmişdir. Lorem ipsum rəqəmsal dünyaya ilk dəfə 1980-ci illərin ortalarında Aldus korporasiyası tərəfindən masaüstü nəşr proqramı PageMaker üçün qrafik və söz emal şablonlarında istifadə edərkən təqdim edildi. Pages və Microsoft Word də daxil olmaqla digər məşhur mətn prosessorları, bir çox LaTeX paketləri, Joomla! və WordPress kimi veb-məzmun menecerləri və Semantic UI kimi CSS kitabxanaları Lorem ipsumu mənimsədilər. == Nümunə == Lorem ipsum mətninin əsas hissəsi: Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
İshaq Zida
İshaq Yakuba Zida (fr. Isaac Yacouba Zida; 16 noyabr 1965, Yako[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (1 noyabr – 17 noyabr 2014) və 1 noyabr 2014-cü ildən 7 yanvar 2016-cı ilə qədər Burkina-Faso Baş naziri. O, dövlət çevrilişinə cəhdlə bağlı 2015-ci il sentyabrın 16-dan 23-dək bir həftə müddətinə bu vəzifədən məhrum edilmişdir. 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edərək 1,5% səs toplamışdır.
İspan sousu
İspan sousu və ya Espagnole sousu, qovrulmuş un və yağ qarışığının sümük bulyonuna əlavə edilməsi ilə hazırlanan Fransız mətbəxinin souslarından biridir. Bu sous ənənəvi olaraq demi-glacenin hazırlanması üçün istifadə edilmiş olsa da, lakin müasir demi-glace mal əti bulyonunun qaynadılması və azaldılması ilə hazırlanır.