Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ITIS
== Həmçinin bax ==
İsim
İsim — əşyanın adını bildirir. Kim? nə? hara? suallarından birinə cavab verir. İsmin 6 halı var: adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. İsim hallanır, cəmlənir, mənsubiyyətə görə isimlər dəyişə bilir, tək və cəm olur, konkret və mücərrəd olur, şəxs şəkilçisi qəbul edə bilir. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir. == Konkret və mücərrəd isimlər == Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan, obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını bildirən sözlər konkret isimlər adlanır. Məsələn, kitab, kağız, ot, süd, daş,günəş, ağac və s.
İtil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. == Tarixi == Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
Tim
Tim - vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Vitim çayı
Vitim çayı (evenk dili Видым)- Şərqi Sibirin ən böyük çaylarından biridir, Vitimkana və Çin çayları ilə birləşərək Lena çayının sağ qolunu əmələ gətirir. == Coğrafiyası == Çyın uzunluğu- 1837 kilometrdir. (Vitimkan çayı ilə birlikdə 1978 km). Vitim çayı İkatskoqo dağ silsiləsinin şərq yamaclarından öz başlanğıcını gğtürür. Çin çayının Vitimkana birləşməsi vaxtı adı Vitim olaraq qəbul edilir. Qərbdən şərqə doğru böyük qövslə Vitimskanın cənub hissəsində yaylanı əhatə edir, sonra şimalda Cənubi-Muyski və Şimali-Muyski dağ silsilələrini kəsir, Şimalda Baykalı bölür və Patomskoe dağından Lena çayına tökülür. Əvvəlcə Buryatiyanın (həmçinin Yeravninski rayonunun ərazisinə görə təxminən 150 kilometr) Bauntovski rayonunun ərazisindən axır, sonra Zabaykal diyarı ilə Buryatiyanın Bauntovski və Muyski rayonlarının sərhədi üzrə axır və İrkutsk vilayətindən (Bodaybinski və Mamsko-Çuyskiy rayonlar) keçərək Lena çayına tökülür. Son 50 kilometri və Vitimin deltası — Saxa-Yakutiya Respublikasının ərazisində yerləşmişdir. Mamakan qəsəbəsi yaxınlığında Vitim çayında, Bodaybodan 17 kilometr məsafədə "Kovrijka" adlı daş dövrünün arxeoloji qazıntıları yerləşmişdir. "Kovrijka-4" qazıntı yerində isə Venera heykəlciyi tapılmışdı.
İtum-Kali
İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi. == Tarixi == İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.
İşim çayı
İşim çayı (qaz. Есіл) — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km², uzunluğu 2450 km-dir. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür. == Adı == Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş" mənasını verir. == Coğrafi xüsusiyyətləri == Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür.
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir. Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur. == Məzmun == Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… == Tərcümə və nəşr == Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh. Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980 Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Həyatları == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Pekinez iti
Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. == Həyatı == Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. == İstinadlar == == Xarici keçidlər == Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Tim Conway
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Dankan
Tim Dankan, (25 aprel 1976[…]) karyerasını başa vurmuş, 19 il NBA komandalarından olan San-Antonio Spörs forması geymiş peşəkar amerikalı basketbolçu. Tim Dankan NBA tarixində ilk 3 mövsümdə liqanın bütün simvolik komandalarına düşən 2–ci basketbolçudur. == Həyatı == 1976-cı ildə anadan olan Dankan basketbolla 9-cu sinifdən məşğul olmağa başlayıb. Uşaqlıqda üzgüçülüyə gedən Tim 400 metr məsafəyə sərbəst üsulda öz yaş qrupunda ölkə çempionu olub. Lakin 1989-cu ildə Xyuqo Uraqanı hovuzu yararsız hala gətirdikdən sonra o üzgüçülüklə vidalaşır. Veyk Forestdə psixolgiyadan təhsil alan Dankan soyuq silah kolleksiyası toplayır. Onun kolleksiyasında hətta uzunluğu 92 santimetr olan Samuray qılıncı da var. San-Antonio Spörs komandasının bütün ev oyunlarında xeyriyyə məqsədilə 25 bilet alaraq azarkeşlərə verən Dankan 2000-ci ildə boulinq turniri təşkil edərək, oradan əldə edilən 100000 dolları xarçənglə mübarizə edən xəstəlik fonduna yönəldib. Həmçinin bir neçə şirkətlə reklam müqavilələrindən gələn gəliri də ehtiyacı olan xərçəng xəstələrinin müalicəsinə ünvanlayıb. Bundan əlavə ənənəvi qolf turniri təşkil edərək mənfəəti Kids sorts Netvork təşkilatına keçirir.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Kuk
Timothy D. "Tim" Cook (1 noyabr 1960, Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.
Tim Makkord
Tim Pik
Tim Pik (ing. Timothy Nigel Peake; 7 aprel 1972, Çiçester[d]) — Avropa Kosmik Agentliyinin astronavtı. == Əsərləri == Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.]. — London : Century, 2016. — 239 p. — ISBN 978-1780897158. — OCLC 975302603. Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.].
Tim Robbins
Tim Robbins (16 oktyabr 1958[…]) — amerikalı aktyor, kinorejissor və musiqiçi. O, The Şouşenkdən qaçış (1994) filmində Endi Dyufrey obrazı ilə tanınır və Oyunçu (1992) və Mistik çay (2003) filmlərindəki rollarına görə Akademiya Mükafatı və iki Qızıl Qlobus Mükafatı qazanıb.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
İti cığ
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir.
İtum-Kali rayonu
İtum-Kali rayonu (çeç. Итон-Кхаьллан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir. == Coğrafiya == İtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir. Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır.
Afrika çöl iti
Afrika çöl iti, və ya Kaftarabənzər it (lat. Lycaon pictus) — Məməlilərin yırtıcılar dəstəsinə, İtlər fəasiləsinə daxil olan heyvan növü. Lycaon cinsinin yeganə növü. Onun elmi adının mənası: yun. Lycaon – canavar, lat. pictus – boyalı. == Xarici görünüşü == Afrika çöl iti qırmızı canavarın genetik baxımından ən yaxın qohumu sayılır. Xarici görünüş baxımından Kaftarları xatırladır. Bədənın çəkizi az, qıçları uyzun və güçlü, başı isə iridir. Qulaqdları iri və ovalvarı formaya malik olur.
Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir == Xüsusiyyətləri == Alman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır.
Baskervillərin iti (dəqiqləşdirmə)
Baskervillərin iti — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Baskervillərin iti (film, 1921) Baskervillərin iti (film, 1932) Baskervillərin iti (film, 1937) Baskervillərin iti (film, 1939) Baskervillərin iti (film, 1959) — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı film.
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. == Adı == Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. == Mənşəyi == Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. == Rolu == Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
BTMİ
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.