Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasa da, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Xamnə
Xamnə — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında şəhər 2,750 nəfər və ya 827 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Arnem
Arnem (aşağı almanca: Ernem, almanca: Arnheim) Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər əvvəllər Sint-Jansbeek çayının sahilində yerləşirdi, lakin sonralar ərazisi böyüyərək "Nederrijn çayı"nın hər iki sahilinə qədər genişlənmişdir. Arnhemin şəhərin sərhədləri daxilindəki əhalinin sayı 159,265 nəfər (2019-cu ildə əhalinin ümumi siyahıyaalınmasının statistik məlumatlarına əsasən) olaraq müəyyən edilmişdir. Şəhər metropoliya regionu olaraq "Stadsregio Arnhem Nijmegen" metropoliya şəhərinin şimal hissəsini təşkil edir. Bu metropoliya regionunun əhalisinin sayı 722,181 nəfər (2010-cu ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən) təşkil edir. Bu statistik məlumat nəzərə alınarsa, Arnhem metropoliya şəhəri Hollandiyanın XV ən böyük şəhəridir. == Tarixi == Arhem şəhərinin tarixi orta əsrlərə qədər gedib çıxır. Arnhem 1233-cü ildə Zutfen qraflığından şəhər olmaq hüququ əldə etmişdir. 1850-ci ildə cəmi 9000 nəfərlik əhalisi olan şəhər qərbi Hollandiyanın varlı adamlarının hesabına populyarlıq qazanmışdır. == Coğrafiyası == Arnhem Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır.
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kamleş Mehta
Kamleş Mehta (1 may 1960) — Hindistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kamleş Mehta Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Kamleş Mehta Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Kamoeş İnstitutu
Kamoeş İnstitutu (port: Instituto Camões) - Portuqal dili və portuqal mədəniyyətini xarici ölkələrdə təbliği üçün Portuqaliya hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış qurum.
Miki Samner
Briqitt Mişel Samner (ing. Brigitte Michael Sumner; 19 yanvar 1984, London) — İngilis aktrisa. Sumner Londondakı Portland Xəstəxanasında, musiqiçi Stingin (Gordon Matthew Thomas Sumner) və aktrisa Trudie Stylerin böyük qızı olaraq anadan olub. Sumner musiqiçi Eliot Sumnerin böyük bacısı və musiqiçi Joe Sumnerin kiçik ögey bacısıdır. Sumner aktyorluq karyerasına 2006-cı ildə bir qısa filmdə rol almaqla başlamışdır. 2011-ci ildə dörd bölümlü Showtime serialı The Borgias-da Francesca rolunu oynadı. Sumner, 2012-ci il filmi Frances Ha-da Greta Gerwig ilə birlikdə rol aldığı Sophie Levee rolu ilə böyük maraq topladı. Sumner, 2013-cü ildə CBGB -də Patti Smith rolunu oynadı. Bundan başqa Off Broadway xarici çıxışını, 2013-cü il Aprel ayında Atlantic Theatre Company-nin The Lying Lesson-da Carol Kane ilə birlikdə etdi. Sumner, AMC (TV kanalı) seriyası Low Winter Sun-da Katia olaraq yer aldı.
Samner Peyn
Samner Peyn (ing. Sumner Paine; 13 may 1868, Boston – 18 aprel 1904, Boston) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında bir qızıl və bir gümüş medal qazanıb. Samner Peyn 1868-ci ilin 13 may günündə anadan olub. 1904-cü ilin 18 aprel tarixində isə ömrünün 35-ci yaşında vəfat edib. Samner Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 442 xal topladı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Samner Peyn Afina Olimpiadasında həm də 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında qüvvəsini sınadı. Bu yarışda Peyn 380 xal topladı və qızıl medal qazanan doğma qardaşı Con Peyndən sonra 2-ci yeri tutdu.
Samner Uilyam
Samner Vilyam (ing. William Graham Sumner;d.30 oktyabr, 1840 – ö. 12 aprel, 1910) — Amerikan sosioloqu, Uel universitetinin professoru Samner Vilyam 1840-cı ilin 30 oktyabrında Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında anadan olub . Atası Thomas Samner, 1836-cı ildə İngiltərədən ABŞ-yə gəldi və ingilis mənşəli olan Sarah Graham ilə evləndi. Samner 1863-cü ildə Uel Texnikumunda təhsilini başa çatdırdı və həmin ilin yayında Avropaya getdi. O, fransız və İvrit dillərini mənimsədi. 1866-cı ildə Samner, Uel Universitetində tələbələrin qrup lideri seçildi və həmin ilin sentyabr ayında o öz vəzifələrinə başladı. 1870 Sentyabr −1872 oktyabr tarixlərində Nyu-Cersi Saviour Kilsəsinin rektoru olmuşdur. 1872-ci ildə Uel Universitetinin Siyasi və İctimai Elmlər Professoru seçildi. Samner Vilyam 1910-cu ilin 12 aprelində Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında vəfat etmişdir.
Samner Vilyam
Samner Vilyam (ing. William Graham Sumner;d.30 oktyabr, 1840 – ö. 12 aprel, 1910) — Amerikan sosioloqu, Uel universitetinin professoru Samner Vilyam 1840-cı ilin 30 oktyabrında Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında anadan olub . Atası Thomas Samner, 1836-cı ildə İngiltərədən ABŞ-yə gəldi və ingilis mənşəli olan Sarah Graham ilə evləndi. Samner 1863-cü ildə Uel Texnikumunda təhsilini başa çatdırdı və həmin ilin yayında Avropaya getdi. O, fransız və İvrit dillərini mənimsədi. 1866-cı ildə Samner, Uel Universitetində tələbələrin qrup lideri seçildi və həmin ilin sentyabr ayında o öz vəzifələrinə başladı. 1870 Sentyabr −1872 oktyabr tarixlərində Nyu-Cersi Saviour Kilsəsinin rektoru olmuşdur. 1872-ci ildə Uel Universitetinin Siyasi və İctimai Elmlər Professoru seçildi. Samner Vilyam 1910-cu ilin 12 aprelində Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında vəfat etmişdir.
Lev Kamenev
Lev Kamenev (18 iyul 1883 və ya 6 (18) iyul 1883, Moskva – 25 avqust 1936[…], Lubyanka binası[d]; rus. Лев Борисович Каменев) — rus inqilabçısı, sovet partiya və dövlət xadimi. Görkəmli bolşevik, Leninin ən qədim tərəfdaşlarından biri. Moskva Şurasının sədri (1918-1926); 1922-ci ildən - SSRİ Xalq Komissarları Soveti və Əmək və Müdafiə Soveti sədrinin müavini, Leninin ölümündən sonra isə 1926-cı ilin yanvarına qədər SSRİ Əmək və Müdafiə Şurasının sədri. 1917-1918, 1919-1927-ci illərdə Bolşevik Partiyası Mərkəzi Komitəsinin üzvü, 1917-ci ilin oktyabrında və 1919-1925-ci illərdə Mərkəzi Komitə Siyasi Bürosunun üzvü, sonra üzvliyə namizəd (1926-cı ildə) olub. Mərkəzi İcraiyyə Komitəsinin üzvü və 1917-ci ildə 12 gün Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri. 1936-cı ildə “terrorist Trotskiçi-Zinovyev Mərkəzi” işi üzrə məhkum edilib və güllələnib. 1988-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Lev Rosenfeld 18 iyul 1883-cü ildə Moskvada anadan olub. Oğlan ziyalı ailəsində böyüyüb.
Çarli Hannem
Çarli Hannem (ing. Charlie Hunnam; 10 aprel 1980, Nyukasl-apon-Tayn, İngiltərə) — Böyük Britaniya aktyoru. O, "Anarxiyanın oğulları" teleserialının baş qəhrəmanı Ceks Telleri ifa etdiyinə görə tanınır. Bu roluna görə bir çox mükafata namizədlik əldə etmişdir. Çarlz Metty Hannem 10 aprel 1980-ci ildə Nyukasl-apon-Taynda anadan olub. Onun anası Ceyn Bell balet rəqqası, atası Vilyam Hannem isə iş adamıdır. Onun nənəsi portret rəssamıdır. Çarli anasının yeganə valideyn olmasına baxmayaraq, onu həqiqətən yaxşı büyütdüyünü söyləyir. Onun Vilyam adlı böyük qardaşı və anasının evliliyindən olan Oliver və Kristian adlı iki kiçik ögey qardaşı var. Çarlinin anası o, 12 yaşında olarkən evlənib.
İzrael Patnem
İzrael Patnem (ing. Israel Putnam; 7 yanvar 1718 – 29 may 1790) — ABŞ ordusu generalı, ABŞ İstiqlal müharibəsi (1775–1783) zamanı Bunker-Hill döyüşündə (1775) fərqlənmişdir. O, əvvəllər Fransa–hindi müharibəsi zamanı Rocers reyncerləri tərkibində mohok hindiləri tərəfindən əsir götürülmüş və ritual yandırmaqdan çətinliklə xilas olmuşdur. Patnem 1775-ci ildə Kontinental Ordunun ilk dörd böyük generalından biri olmuşdur. Patnemin şücaətinin hekayələri koloniyalarda geniş yayılmış və Amerika folklorunun bir hissəsi olmuşdur. Putnam "Assassin's Creed III"də görünür və personajlardan biridir. Brooks, Victor. The Boston Campaign. Combined Publishing. 1999.
Kamam (Soyuqbulaq)
Kamam (fars. كامم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (16 ailə).
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Kanım Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Kazem Afradniya
Kazım Əfrəndniya (1945 – 28 Yanvar 2017) — İranlı film aktyoru. Əfrəndniya 28 yanvar 2017-ci ildə 71 yaşında vəfat etmişdir.
Məhəmməd Kasem
Məhəmməd Kasem (3 oktyabr 1993) — Suriyalı cüdoçu. Məhəmməd Kasem Suriyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Məhəmməd Kasem birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 81 kq çəkidə, 1/8 final mərhələsində İordaniyanın nümayəndəsi Baker Əlzidanen üzərində 10:0 hesabı ilə qalib gəlsədə, növbəti mərhələdə Özbəkistanın nümayəndəsi Davlat Bobonov ilə üz-üzə gəldi və rəqibinə 11:0 hesabı ilə uduzdu.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?