Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barlık
Barlık — Abidələrin 4-ü də Barlık çayı sahilində D. A. Klements tərəfindən tapılıb və ilk dəfə V. V. Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Karlıq
Eşitmə itkisi — eşitmə itkisi və ya karlıq , səsləri qəbul etmə qabiliyyətindəki tam ya da qismi bir azalmanı ifadə edir. Bir çox bioloji və ekoloji səbəblərə bağlı olaraq inkişaf edən eşitmə itkisi , səs qəbul etmə bacarığına sahib bütün canlılarda ortaya çıxa bilər. Səslərin tezliyini ifadə etmək üçün Hertz vahidi istifadə edilir. Qüsursuz bir insan qulağı 20-20.000 Hz arasındakı səsləri eşidir. Məsələn insan səsinin tezliyi 500–5000 Hz arasındadır. Səslərin şiddəti isə desibel ilə göstərilir. 80 dB üzərində ki səslərə uzun müddət məruz qalmaq eşitmə itkisinə səbəb ola bilər. 130 dB və üzərindəki səslər qulaqlarda fiziki ziyana səbəb ola bilər. [1] 80 dB'ye nümunə olaraq iş maşınlarının çıxardığı səs-küy , 130 dB-ə nümunə olaraq reaktiv təyyarəsi mühərriki nümunə verilə bilər. == Səbəbləri == İnsanlarda eşitmə itkisinin başlıca səbəbləri bunlardır : Keçiricilik Qabiliyyəti problemləri Tıxanmış xarici qulaq kanalı (qulaq kiri vs.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Karlik boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Corc Karlin
Corc Denis Patrik Karlin (ing. George Denis Patrick Carlin; 12 may 1937[…], Nyu-York, Nyu-York ştatı – 22 iyun 2008[…], Santa-Monika, Kaliforniya) — ABŞ əsilli komediyanın stend-ap janrında komik, aktyor, yazıçı, ssenarist, prodüser, dörd Qremmi və Mark Tven adına mükafatlarının sahibi.
Karlin krateri
Karlin krateri - Tatarıstanda yerləşən meteorit krateridir. Onun diametri 10 km, yaşı isə 5±1 milyon il hesablanır. Karlin krateri Çuvaşıstanla sərhəddə Buinsk şəhəri yaxınlığında yerləşir. Bura Kara çayının adına görə Karlin deyilir.
Karlis Kepke
Karlis Kepke (6 noyabr 1890 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Karlis Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karlis Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karlis Ulmanis
Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis‎; 4 sentyabr 1877[…] – 20 sentyabr 1942[…], Krasnovodsk) — Latviyalı Siyasətçi və Dövlət Xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 – 21 iyul 1940) olub. == Həyatı == Karlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi. == Siyasi fəaliyyəti == 1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur. 1886–1889-cu illərdə qəza məktəbində təhsil almışdır. 1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20–22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur. == Həyatının son illəri və vəfatı == Latviyanı SSRİ işğal etdikdən sonra, Karlis Ulmanis Stalin hökuməti tərəfindən Rusiyaya sürgün olunur. Bir müddət Bakıda Bayıl türməsində yatır, buradan Türkmənistana etap olunmuş və 20 sentyabr 1942-ci ildə həbsxanada vəfat etmişdir.
Uyuk Tarlık
Uyuk Tarlık — Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D. A. Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Karlis Skalbe
Karlis Skalbe (latış. Kārlis Skalbe‎; 7 noyabr 1879, Vetspiebalqada[d] – 14 aprel 1945 və ya 6 aprel 1945, Stokholm) — Latviya yazıçısı və ictimai xadimi. == Bioqrafiya == Karlis Skalbe 1879-cu il noyabrın 7-də Rusiya imperiyasının Livoniya quberniyasının Venden rayonundakı Vetspiebalqada kənd dəmirçisinin ailəsində anadan olub. Atası oğlan 8 yaşında olanda dünyasını dəyişir və o, yerli Hernquter icmasının bir hissəsi olan çox kasıb və çox dindar anasının təsiri altında formalaşdırır. Yay aylarında o, çoban işləyir, erkən yeniyetməlik illərində yerli məktəb müəllimi Peteris Ceriņsin şeirlər kitabını oxuyaraq şeirlə maraqlanır. Artıq 12 yaşında özü yazmağa başlayır. Vespiebalqa paroxial məktəbini bitirmişdir (1893). Müəllimlik imtahanını verdikdən sonra (1901) Erql məktəbində müəllim işləmişdir (1901–1904). 1905-ci il Birinci Rus İnqilabı zamanı o, müxalif "Kavi" jurnalının redaktoru olub. Reaksiya başlayandan sonra mühacirət etmək məcburiyyətində qalır, Finlandiya və Norveçdə yaşayır (1906–1909).
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Böyük Karlın tacı
Böyük Karlın tacı və ya Müqəddəs Roma İmperiyasının tacı (alm. Reichskrone‎) — Müqəddəs Roma imperatorlarının 11-ci əsrdən 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləvğinə qədər taxdığı tac. Tac, Roma kralları, seçildikdən dərhal sonra isə İmperator tərəfindən istifadə edildi. X əsrin sonu və ya XI əsrin əvvəllərində hazırlanmışdır. Bir çox digər taclardan fərqli olaraq, dairəvi bir formada deyil, səkkizbucaqlıdır və səkkiz menteşəli löhədən hazırlanmışdır. Tacın ön hissəsindən başlayan və arxasına qədər dəvam edən hisssənin önündə xaç yerləşir. Tac Avstriyanın Vyana, Hofburqdakı İmperiya Xəzinəsində saxlanılır. == Tarix == Tacın 10-cu əsrin sonlarında və erkən 11-ci əsrdə Qərbi Almanyada, I Otto, I Konrad və III Konradın hakimiyyəti zamanı hazırlandığı düşünülür. Bu barədə ilk qorunan qeydlərin XII əsrdən bəri eyni tac haqqında olduğunu düşünsək bunun həqiqətə uyğun olduğu düşünülür. Müqəddəs Roma İmperiyası Krallarının əksəriyyət bu tacı taxmışdır.
I Karlın atlı portreti
I Karlın atlı portreti (fr. Charles Ier à cheval avec Monsieur de Saint Antoine) - Flomand rəssam Antonio Van Deyk tərəfindən 1637-1638-ci illər ərzində çəkilmiş rəsm əsəri. Kralın bu əzəmətli portreti bizə I Karlın bütün döyüş yaraq-sursatları ilə birlikdə gözəl at belində təsvirini verir. Burada kral millətin əzmli və mənəvi öndəri kimi təqdim olunmuşdur. Kralın görünüşü qəsbkar hökmdarın Böyük ingilis möhüründəki surətindən götürülmüşdür ki, həmin möhürlə də bütün mühüm sənədlər təsdiqlənirdi, lakin portret də Bağlantı ordeni ilə təsvir olunur ki, bu da van Deykə Kralı cəngavərlər sərkərdəsi və ədalət müdafiəçisi kimi təqdim etmək imkanı verir. Atlı portret kralın mədhinə xidmət etməli idi və Uaytholl sarayının divarlarından birinin bəzədilməsi üçün nəzərdə tutulmuşdu.
Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir. Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
Birlik
Birlikfilm
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Karmin
Karmin (qida qatqısı)
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Karviko
Karviko (it. Carvico) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4141 nəfər, əhalinin sıxlığı 1035 nəfər/km²-dir. Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24030. Telefon kodu — 035. Kommunanın himayədarı 11 noyabrda qeyd olunan Turlu Müqəddəs Martinidir.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Karlov
Karlov — soyad. Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı. Andrey Karlov — Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
II Karlos
II Karl (İspaniya kralı)