Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Kelt
Keltlər — qədimlərdə Şimali İtaliya, Qalliya, İspaniya, Britaniya , İrlandiya və Fransada (Qərbi Avropa) məskunlaşan çoxsaylı tayfalar. Yunanlar onları "keltlər", romalılar — "qallar", sonralar Kiçik Asiyaya soxulmuş keltləri isə "qalatlar" adlandırmışlar. Kelt tayfaları nəsli icma ilə yaşayırdılar. Romanın Şimali İtaliyanı, Qalliyanı və İspaniyanı tutmasından sonra bu vilayətlərin kelt əhalisi romalı köçkünlərlə qaynayıb-qarışaraq müvafiq olaraq qall-Roma və qall-ispan xalqlarını əmələ gətirmişlər. Romalılar tərəfindən tutulmuş Britaniyada isə Romanın təsiri zəif olmuşdur. == Kelt mifologiyası və folkloru == Kelt mifologiyasına kelt politeizminin, yəni kelt çoxtanrılığının mifologiyası da deyilir. Kelt politeizmi dəmir dövründə yaşayan keltlərin dini idi. Kelt tayfalarında Gallar və İber yarımadasındakı keltlər daha sonra Roma imperatorluğunun tərkibinə keçmiş, lakin öz dinlərini və inanclarını qoruyub saxlaya bilməmişdir. Xristian olmuş və dillərini də itirmişlər. Keltlərin mifologiyası ilə bağlı görüşlər günümüzə roma və xristian mənbələri vasitəsilə çatmışdır.
Skott-Kelti adası
Skott-Kelti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır. Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır.
Anna Ketli
Anna Ketli (mac. Anna Kéthly, 16 noyabr 1889-cu il, Budapeşt, Avstriya-Macarıstan — 7 sentyabr 1976-cı il, Blankenberge, Belçika) — XX əsr, sosial-demokratiya istiqamətli macarıstan siyası xadimi. 1945–1948-ci illərdə Macarıstan sosial-demokrat partiyasının parlament fraksiyasındakı rəhbəri. 1956-cı ildə Macar inqilabı zamanı partiyanın yenidən yaradıcısı. == Bioqrafiyası == Anna doqquz uşaqlı kasıb bir ailədə anadan olmuşdur. 1917-ci ildə o Macarıstan sosial-demokrat partiyasına daxil olmuş və tezliklə partiyanın ən fəallarından biri oldu. 1919-cu Ketli partiya komitəsinə seçildi. Növbəti ildən isə Anna partiya qazeti olan "Népszava"da müxtəlif yazılar yazmağa başladı. 1922-ci ildə sosial-demokrtalar partiyasından parlamentə seçildi və ardıcıl olaraq 1944-cü ilə kimi parlamentdə partiyasını təmsil etdi. Faşit işğalı zamanı Budapeşti tərk etmiş və saxta sənədlə yaşamışdır.
Aqneş Keleti
Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921, Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir. 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır. == İdman karyerası == Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir. Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Cin Kelli
Cin Kelli (ing. Gene Kelly, Eugene Curran Kelly; 23 avqust 1912 — 2 fevral 1996) - Amerika aktyoru.
Con Kelli
Con Fernsis Kelli (ing. John Francis Kelly; pd. 11 may 1950-ci il, Boston) — Amerika generalı, ABŞ Cənub Komandanı (2012–2016).
Corc Kelli
Corc Kelli (28 aprel 1905 – 6 mart 1967) — amerika psixoloqu. == Fəaliyyəti == Şəxsiyyətin eksperimental nəzəriyyələri ilə məşğul olub. Şəxsiyyətin konstruktorlar konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən "repertuar şəbəkə" metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. == Mənbə == Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof.
Edvard Kelli
Edvard Kelli (ing. Sir Edward Kelley) - ingilis okkultist və mistik.
Kelli Heuçan
Kelli Heuçan (d. 30 yanvar 1980) — Avstraliyanı təmsil edən su poloçusu. Kelli Heuçan, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Kelli Heuçan, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Kelli Hu
Kelli Hu — ABŞ aktrisası. == Həyatı == Məşhur akrisa Kelly Hu 1968-ci il fevralın 13-də dünyaya göz açıb. Hələ kiçik yaşlarından filmlərə böyük maraq göstərib. Və burda olan qəhrəmanların yerində daim özünü təsəvvür edib. Havayda dünyaya gələn aktrisa müğənni və rəqqasə kimi də şöhrətlənib. Yaponiyada modellik edən əmisi oğlu ilə birlikdə aktrisa məşqlərə gedir. Beləliklə, o, bir çox müsaqibələrə iştirak edir və qalib olur. Bundan sonra film sahəsində tale onun üzünə gülməyə başladı. 1995-ci ildə, Hu "Yol kənarında" filmində gizli polisi oynadı. Bundan sonra çoxlu dəvətlər almağa başladı.
Kelli Klarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelli Rohrbak
Kelli Rohrbak (ing. Kelly Rohrbach; 21 yanvar 1990, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa və model. == Həyatı == Rohrbach Nyu-Yorkda anadan olub və Konnektikut ştatının Qrinviç şəhərində böyüyüb. Onun anası Anne (née Wholly) və atası Klay Rohrbak maliyyəçidir. Rohrbak Qrinviç Akademiyasında təhsil alıb. Qrinviçdə qolf oynadı və Corctaun Universitetinə atletika təqaüdü qazandı. O, 2012-ci ildə Corctaun Universitetinin teatr ixtisasını bitirdi və akrisalıq üçün London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil oldu. == Karyerası == Rohrbak Two and a Half Men, The New Normal, Rizzoli & Isles, Broad City, və Rush teleseriallarında kiçik rollar alıb. Hollivudda iki il fəalliyyət göstərdikdən sonra Rohrbak mankenliyə başlayıb. Həmçinin 2017-ci ildə ən çox tanınmağına səbəb olan film Malibu Xilasediciləri filmində C. J. Parker rolunu canlandırdı.
Kelli Rulon
Kelli Rulon (d. 16 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kelli Rulon, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Kelli Rulon, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Kelli Sildaru
Kelli Sildaru (est. Kelly Sildaru; 17 fevral 2002, Tallin) — Hafpayp, slopestyle, big eyr və superpayp disiplinləri üzrə ixtisaslaşan estoniyalı fristaylçı, hafpayp üzrə 2019-cu il dünya çempionu, slopestyle üzrə 4 qat X-Games qalibi. Slopestayl üzrə 2020 Gənclər Qış Olimpiya çempionu. Slopestayl üzrə 2022-ci il Olimpiadasının bürünc mükafatçısı. == Karyera == 2017-ci ilin yanvarında o, ikinci qızıl medalını slopestyle üzrə Qış Dünya Ekstremal Oyunlarında qazanır. 2018 Qış Olimpiya Oyunlarında o, Estoniyanı təmsil etməli idi, lakin dizindən aldığı zədə səbəbindən yarışı buraxmaq məcburiyyətində qalır. 2019-cu ildə sərbəst xizək sürmə və snoubord üzrə Dünya Çempionatında Kelli Sildaru ilk qızıl medalını halfpyapda qazanmışdır. Ölkəsində o, 2019-cu ildə Estoniyanın ən yaxşı idmançısı kimi tanınıb. 18 yanvar 2020-ci ildə Lozannada keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 93,75 xalla slopestyle üzrə qızıl medal qazanır. Elə həmin il Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp və slopestyle idman növləri üzrə o, iki qızıl medal qazanmışdır.
Keyti Bouman
Keyti Bouman (ing. Katie Bouman, 9 may 1989, West Lafayette[d], İndiana) — kompüter mühəndisi, Massaçusets Texnologiya İnstitutunun magistrı, Kaliforniya Universitetinin dosenti. Onun 3 il üzərində işlədiyi alqoritm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi məlumatlar bir araya gətirilərək ilk dəfə olaraq Qara Dəliyin şəkili çəkilmişdir. == Həyatı == Keyti Bouman uşaqlığını ABŞ-də İndiana ştatının Vest Lafayette şəhərində keçirmişdir. O, 2011-ci ildə Miçiqan Universitetində elektrik mühəndisliyi təhsilini tamamladıqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) elektrik mühəndisliyi və kompüter elmləri sahəsində magistr (2013) və doktor (2017) dərəcələrini almışdır. == Fəaliyyəti == Kayti Bouman ilk qara dəlik şəklinin çəkilməsinə səbəb olan alqoritmi hələ magistr təhsili aldığı zaman hazırlamağa başlamışdı. Daha sonra o, qara dəliyin fotosunu çəkmək üçün hazırlanmış beynəlxalq "Event Horizon Telescope" (EHT) qrupuna daxil olmuşdur. Boumanın yazdığı alqoritm sayəsində dünyanın fərqli bölgələrindəki səkkiz teleskopdan əldə edilən göstəricilər bir araya gətirilərək qara dəliyin görüntüsü ortaya çıxarılmışdır.
Keyti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keyti dağı
Ketidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Azərbaycanla Ermənistanın sərhədindədir. Yerli əhali tərəfindən Keyti dağı adlanır. Dağla bağlı xalq arasında bir cox əfsanə və rəvayətlər mövcuddur. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kat (dağın meşəsiz, gündüŞən tərəfi, pilləvari, sıra) sözündən əmələ gəlmişdır.
Mişel Kelli
Mişel Kelli (d. 7 noyabr 1974) — Kanadanı təmsil edən skeletonçu. Mişel Kelli, Kanadanı 2002 və 2010-cu illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Mişel Kelli, 2002-ci ildə Kanada yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Mişel Kelli, 1-ci gedişdə 53.76 saniyə, 2-ci gedişdə isə 53.56 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 10-cu yerdə başa vurdu. Mişel Kelli, 2010-cı ildə Kanadanın Vankuver şəhərində baş tutan XXI Qış Olimpiya Oyunlarınada qatıldı. Mişel Kelli, 1-ci gedişdə 54.73 saniyə, 2-ci gedişdə 55.49 saniyə, 3-cü gedişdə 55.56 saniyə, 4-cü gedişdə isə 55.01 saniyə nəticə göstərdi və yarışları 20 idmançı sırasında 13-cü yerdə başa vurdu.
Nataliya Kelli
Nataliya Kelli — 18 dekabr 1994-cü ildə Hartford, Konnektikut ştatında, Amerika Birləşmiş Ştatlarında anadan olan Avstriya müğənnisidir. Nataliyanın atası Amerikalı, anası isə Braziliyalıdır. Nataliya Kelli 2013 Avroviziya Mahnı Müsabiqəsində İsveçin Malmö şəhərində Avstriyanı "Shine" mahnısı ilə təmsil edib.
Patara Keleti
Patara Keleti (gürc. პატარა ყელეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 23 nəfər idi. 2014-cü ildə 17 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Qreys Kelli
Qreys Kelli (ing. Grace Kelly; 12 noyabr 1929[…], Filadelfiya, ABŞ – 14 sentyabr 1982[…], Monako kommunası[d], Monako) — ABŞ kinoaktrisası və şahzadə III Renyenin həyat yoldaşı olaraq Monako şahzadəsi. 2015-ci ildə Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisi olmuşdur. Eksponatlar nümayiş olunmuşdur.
Keyti Makqrat
Kati Makqrat (3 yanvar 1983) — Televiziyada o, BBC One serialında Merlin (2008–2012), Lucy Westenra, Dracula (2013–2014) serialında Lucy Westenra, Secret Bridesmaids Business serialında Saskia obrazları ilə tanınıb. Sarah Bennett Slasher qorxu antologiyası seriyasının ilk mövsümündə (2016) və Supergirl superqəhrəman seriyasındakı Lena Luthor roluna görə (2016–2021). Onun film rollarına "BİZ" dram filmindəki Ledi Thelma Furness və Milad filmində "A Princess for Christmas" (2011) filmindəki Jules Daly, elmi fantastika macəra filmində Zara Young (Yura dövrünün dünyası (2015)) və epik fantastik film King Arturdakı Elza: Qılınc əfsanəsi (2017).