Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kanjika
Canjica - iyun ayında Braziliyada keçirilən qış festivalları ilə bağlı bişirilən Braziliya şirniyyatıdır. == Tərkibi == Süd Şəkər tozu Darçın Qarğıdalı unu == Hazırlanması == Süd şəkər tozu və qarğıdalı unu əlavə edilərək qatılaşana qədər bişirilir. İstəyə görə fıstıq və qatılaşdırılmış süd də əlavə oluna bilər. Hazırlandıqdan sonra üzərinə darçın səpilir. Şirniyyat hazırdır.
Kniffa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Knifa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Kaiika maxwelli
Kaiika maxwelli — Pinqvinkimilər (Sphenisciformes) fəsiləsinə daxil olan və vaxtı ilə в Yeni Zelandiya ərazisində yayılmış növ. Bu canlılara aid qalıqlar 1998-ci ildə paleontoloq Fillip Maksvell (Dr. Phillip Maxwell) Vaihao çayı hövzəsində aşkar etmişdir (44,79 °C. e. 171,02° ş. u.). Növ 2011-ci ildə Evam Fordikson (Ewan R. Fordyce) və Daniel Tomas (Daniel Thomas) tərəfindən tətqiq edilərən araşdırılmışdır. Ölçüləri müasir dövrümüzdə yaşayan imperator pinqvininə yaxındır (1,3 m). Onlar Waimanu cinsinə yaxındırlar.
Kanija müdafiəsi
Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur. == Mühasirədən öncəki vəziyyət == 1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər. == Mühasirənin gedişi == Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Futaba Kioka
Futaba Kioka (d. 22 noyabr 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 30 qol vurub.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Knifa brevistylis
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.
New York Knicks
Nyu-York Niks — NBA-də Şərq Konfransında Atlantik qrupunda yer alan, Nyu York şəhərini təmsil edən peşəkar basketbol klubu.
Kiçik Kiska adası
Kiçik Kiska adası (ing. Little Kiska Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından şərqdə yerləşir Adanı Fyodor Litke tərəfindən adlandırılmışdır. == Tarixi == Digər Aleutlar adaları kimi Kiçik Kiska adası 1741-ci ildə Böyük Şimal Ekspedisiyası zamanı kəşf edilmişdir. İkinci dünya müharibəsi zamanı kiska adasıı ilə birlikdə 1942-ci ildə ada yaponlar təşkil edilmişdir.
Nika (mifologiya)
Nika (yun. Νίκη) – yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika uğurlu sonluğun, xoşbəxt nəticənin rəmzi kimi bütün hərbi müharibə və yürüşlərin, idman və musiqi yarışmalarının, uğur üçün təşkil edilmiş bütün dini mərasimlərin əsas iştirakzısıdır. Rəmzləri kimi lentli çələng, palma və hətta silah-sürsat göstərilir. Nika təsvirlərdə qanadlı, sürətli hərəkət edərkən göstərilir. Afinada Nika məbədi mövcuddur. Nikanı çox vaxt Zevs və Afihahın əlində təsvir edirlər. XXXIII orfik nəğmə ona xitab edilmişdir.
Nika (şəhər)
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Nika Melia
Nikanor (Nika) Melia (gürc. ნიკა მელია; 21 dekabr 1979, Tbilisi) — Gürcüstan vəkili və siyasətçisi. Vahid Milli Hərəkatın sədri. Gürcüstan parlamentinin üzvü. Nika Melia 21 dekabr 1979-cu il tarixində SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tblisi şəhərində anadan olmuşdur. Melia 2020-ci ilin dekabrında Qriqol Vaşadzenin istefasından sonra Vahid Milli Hərəkatın (VMH) sədri seçilmişdir. 23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etmişdir. Reyd zamanı müxalifət üzvlərinə "mütənasib şəkildə zorakılıq" tətbiq edilmiş, VHM-nin verdiyi məlumata görə isə polis ofisdən bir neçə kompüter serverinin məlumatlarını oğurlamışdır. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışmışdır. Reyddən sonra 2020-ci il parlament seçkilərində "Gürcü Arzusu" partiyasından namizəd olmuş Baş nazir İrakli Qaribaşvili Melianı "adi cinayətkar və terrorçu" adlandırmışdır.
Nika mükafatı
Nika qiyamı
Nika qiyamı (yun. Στάσις τοῦ Νίκα) — 532-ci ilin yanvar ayında 1 həftə ərzində imperator Yustinianı devirmək üçün baş verən qiyam. Üsyan bəzən şəhərin tarixi boyunca ən qanlı qiyam olaraq qeyd edilir, Konstantinopol əhalisinin demək olar ki, yarısı yandırıldı, on minlərlə insan öldürüldü. Qədim Roma və Afinanın demes adlanan assosiasiyası idman oyunları əsasən də at arabası yarışları ilə dəstəklənirdi. İlk başlar yarışlarda oyunçular dörd hissəyə bölünürdü, oyunçular hər hissənin rənginə uyğun uniformalar geyinirdi. Onlar Mavilər (Veneti), Yaşıllar (Prasini), Qırmızılar (Russati) və Ağlar (Albati) idi. 6-cı əsrdə öz aktivliyini qoruyan sadəcə mavilər və yaşıllar idi, hətta imperator Yustinian özü də mavilərin tərəfdarı idi. Demes artıq Bizansın həm sosial həm də siyasi mövzusu halına gəlmişdi. Onlar artıq küçə quldur dəstələrinin və siyasi partiyaların aspektlərini birləşdirərək, teoloji problemlər və taxt iddiaçıları ilə bağlı mövqe tuturdular. Onlar tez-tez yarışlar arasında siyasi tələblər səsləndirərək imperiya siyasətinə təsir göstərməyə çalışırdılar.
Nika şəhristanı
Neka şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Neka şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,753 nəfər və 26,723 ailədən ibarət idi.
Nikka Yuko yapon bağı
Nikka Yuko yapon bağı (日加友好日本庭園, Nikka Yuko Nihon Teyen) – Kanadanın Alberta əyalətinin Letbric şəhərində, Henderson gölünün kənarında yerləşən yapon bağı. Bağ 1971-ci ildə Vinsent Messi mükafatına layiq görülmüşdür. Bağ 1967-ci ildə Letbricdə yaşayan yapon icmasının töhfələrini və Kanada–Yaponiya dostluğunu qeyd etmək münasibətilə yaradılmışdır. Bağın adı "ni" (yapon dilində "nihon" "Yaponiya" deməkdir), "ka" ("Kanada" sözünün qısaltması) və "yuko" (yapon dilində "dostluq" deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Albertada yapon bağı ideyasının təşəbbüskarları kanadalı buddist keşişi Yutetsu Kavamura, onun həyat yoldaşı Yoneko və "Lethbridge Herald" qəzetinin naşiri Kleo Movers olmuşdur. Şəhərin turizm təşkilatının meneceri Kurt Steyner ideyanı eşitdikdən sonra onu təbliğ etmək qərarına gəlmişdir. Bağın dizayneri Osaka Universitetinin memarı Tadaşi Kubo olmuşdur. Onun universitetdən həmkarı Masami Suqimoto da bağın tikintisində iştirak etmişdir. Bağ həm Yaponiya, həm də Kanada mədəniyyətinin xüsusiyyətlərini daşıyır. Cənubi Alberta təbiətinin mənzərəsini nümayiş etdirməklə yanaşı yapon fəlsəfəsinin elementlərini özündə birləşdirir.