Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. == Ad == Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. == Coğrafiya == Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. == Milli etnik tərkib == == İdman == Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Kran
Kran (qurğu)
Krik
Krik — daimi axarı olmayan çaylar. Bu çayların suyu yalnız qısamüddətli yağışlar zamanı artır. Digər vaxtlarda su buxarlanır və çay quruyur. Kriklər səhra və yarımsəhralarda yaranır. Avstraliya üçün səciyyəvidir. Kriklər xəritədə qırıq-qırıq xətlər ilə göstərilir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Kuin
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkyuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərindən ilham alsa da, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır.
Erin Babkok
Erin Babkok (6 iyun 1981, Edmonton – 25 aprel 2020, Edmonton) — Kanadalı tibb bacısı və siyasətçisi. == Həyatı == Babkok 6 iyun 1981-ci ildə Alberta ştatının Edmonton şəhərində anadan olmuşdur. Alberta Yeni Demokrat Partiyasının üzvü kimi siyasətə girdi. 2015-ci ildə Alberta Ümumi Seçkilərində Daşlı Düzənlik seçki dairəsini təmsil edən Alberta Qanunverici Məclisinə nümayəndə seçildi. Babkoka 2018-ci ilin may ayında uterus xərçəngi diaqnozu qoyuldu. 25 aprel 2020-ci ildə Kanadanın Alberta, Edmonton şəhərində xərçəng xəstəliyinə tutulan 38 yaşında öldü.
Erin Blançard
Erin Blançard (d. 20 noyabr 1989; Lafayette, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatları XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatların bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Blançard, 60.90 xal topladı və 16 idmançı sırasında 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Erin Brokoviç
Erin Brokoviç (ilk adı Patti; 22 iyun 1960, Lourens[d], Kanzas) — Amerikalı paraleqal, istehlakçı və ətraf mühit müdafiəçisi, qanunda rəsmi təhsil almamasına baxmayaraq, 1993-cü ildə Kaliforniyada Pacific Gas and Electric Company (PG&E) şirkətin yeraltı sulara zəhərli maddələr buraxması ilə bağlı qarşı məhkəmə prosesinin aparılmasında köməkçi, vasitəçi. Onun apardığı uğurlu məhkəmə prosesi Culiya Robertsin rol aldığı 2000-ci il istehsalı Erin Brokoviç filminin mövzusu idi. O vaxtdan bəri, Brokoviç həm də media şəxsiyyətinə çevrildi, American Broadcasting Company və CBS Reality telekanallarındakı Challenge America with Erin Brockovich və Final Justice seriallarında baş qəhrəman olmuşdur. O, Brockovich Research & Consulting şirkətinin prezidentidir. O,həmçinin Nyu Yorkda Weitz & Luxenberg , Girardi & Keese hüquq firmasının məsləhətçisi olaraq da çalışır,nadir olan asbestlərə və ya dağ kətanlarına insanların vurduqları zədələrin ifşası üçün calışan Avstraliyadakı Shine Lawyers da hüquq məsləhətçisi olaraq çalışır. == Erkən həyatı == Brokoviç Erin Patti, Kanzasın Lourns şəhərində, jurnalist Betti Conun (Onealda anadan olub; 1923–2008),sənaye mühəndis və futbolçu Frank Pattinin (1924–2011) ailəsində anadan olub. Onun, Frank Jr. və Tomas (1954-1992)adlı iki qardaşı və Cudi adlı bir bacısı var. Laurns Liseyini bitirib, sonra Kanzas Dövlət Universitetində, Manhetten, Kanzas, və Texasın Dallas şəhərindəki Veyd kollecinin Tətbiqi Sənətlər Dərnəyini bitirmişdi. 1981-ci ildə Kmart Corporation da rəhbər kursantı olaraq çalışdı, lakin bir neçə ay sonra işdən çıxdı və bir gözəllik dərgisindəki yarışmaya daxil oldu.
Erin Qruell
Erin Qruell (15 avqust 1969) – müəllim. == Həyatı == 15 avqust 1969 da doğuldu. Digər müəllimlərin əksinə, Erin Qruell fərqli bir tədris metodikası ilə irqçi qruplaşmaları ilə dolu bir dünyada yeni bir hərəkat başlatmışdır. "The Freedom Writers Diary: How a Teacher and 150 Teens Used Writing to Change Themselves and the World Around Them" (1999) yayımlandı. 2007-ci ildə istehsalı "Azadlıq yazarları" filmi onun ilhamlandırıcı tədris metodikasından bəhs edir. == Təhsil == Qruell La Verne, Kaliforniyadan Laurels Seçkin Məzun mükafatı alaraq məzun olmuştur. Həmçinin Bonita məktəbi məzunudur. Kaliforniya Dövlət Universiteti onu seçkin məzunlarından elan etmiştir. == Müəllimlik həyatı == Qruell Kaliforniyada anadan olmuşdur. 1994-ci ildə, Lonq Biç Vudrou məktəbində dərs verməyə başladı.
Erin Vudli
Erin Vudli (6 iyun 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Erin Vudli Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Erin Vudli Olimpiadanın gümüş medalına sahib olub.
Fransis Krik
Fransis Harri Kompton (8 iyun 1916[…], Northempton – 28 iyul 2004[…], La-Hoyya[d], Kaliforniya) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms Uatson və Rosalind Franklinu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi. == Erkən həyat və təhsil == Krik Harri Krik (1887-1948) və Enni Elizabet Krikin (soyadı Uilkins; 1879-1955) ilk övladı idi.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
Henk Qrin
Uilyam Henri "Henk" Grin (ing. John Michael Green) — amerikalı təşəbbüsçü, musiqiçi və vloqçu. == Albomları == So Jokes (2008) This Machine Pwns n00bs (2009) I'm So Bad at This: Live!
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir. Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). == Hipertonik kriz səbəbləri == Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s.
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür. Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Karin Koypers
Karin Koypers (d. 18 iyul 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karin Koypers, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karl Prin
Karl Prin (20 avqust 1967) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karl Prin Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Karl Prin Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Karl Prin Birləşmiş Krallıqı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Klin adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Knin qalası
Knin qalası ( hr. Kninska tvrđava) -Xorvatiyada ən yüksək dağın (Dinara) və Krka çayı mənbəyinin yaxınlığında yerləşir. Xorvatiyada ikinci ən böyük və ən mühüm müdafiə qalasıdır. Qala 9-cu əsrdə tikilmiş, hazırkı vəziyyəti 17-ci və 18-ci əsrlərdə formalaşdırılmışdır. 1076-cı ildən, Xorvatiyanın Kralı Demetrius Zvonimirin hakimiyyəti dövründə başçılıq etdiyi Xorvatiya Krallığının siyasi mərkəzi kimi xidmət etdiyi dövrdə zirvəyə yüksəldi. == Yerləşməsi və təsviri == Dalmatiadan Xorvatiya və Bosniyaya qədər gedən əsas nəqliyyat dəhlizində yerləşir. Knin qalası, dağın ətəklərində olduqca erkən formalaşmış Xorvatiyanın Knin şəhərindən 100 metr (328 fut) yüksəklikdə, Spas dağının üstündə yerləşir. Arxeoloji qazıntılar bu ərazidə məskunlaşmanın 6-cı əsrə aid olduğunu göstərir. Dənizdən 345 metr (1,132 fut) yüksəklikdə yerləşib, 470 metr (1540 fut) uzunluqda və 110 metr (361 fut) genişlikdədir. Tikinti materialının əskik olması səbəbindən binanın orijinal görünüşü tamamilə məlum deyil.
Krım-saqqız
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.