Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Kabel
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Kalben
Kalben Sağdıç İncesaraç, (d. 17 Yanvar 1986, İskenderun) Türkiyəli musiqiçi, söz yazıçısı və aktrisa. == Haqqında == Musiqi ilə məşğul olmağa 8 yaşında anasının aldığı Musiqi klaviaturası ilə başlayan Kalben, ilk gitarasına 14 yaşında sahib olub. 17 yaşında təqaüdlü olaraq girdiyi Bilkənt Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən 21 yaşında məzun oldu. Müxtəlif sahələrdə işlədikdən sonra 2008-də, həmin universitetdə, Media və Mədəni İşlər üzrə magistratura oxumaya başladı. Anı gizlətməyin yolları və yadigarlar haqqında tezis verdikdən sonra iş tapmaq üçün İstanbula köçüb. Universal Pictures bazasında marka müdiri kimi işə başlayıb. Sonra ssenarist, redaktorluq, layihə idarəçiliyi, kopirayter, tərcüməçilik kimi müxtəlif işlərlə məşğul olub. Ankarada və İstanbulda, həsrətlə və nadir hallarda musiqi ilə məşğul oldu, konsert verməyə davam etdi. 18 Oktyabr 2014-də Sofar Sounds İstanbul çərçivəsində Galata-da bir evdə sadəcə gitara ilə verdiyi konsertdən yayınlanan "Sadəcə" videosu qısa zamanda Türkiyə Sofar Sounds videoları arasında ən çox izlənən oldu.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Kazbek
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Kömbə
Kömbə — İri,girdə, qalın, xüsusi üsulla hazırlanan çörək növü. Kömbənin adi sac çörəyi, təndir çörəyi kimi bişirilən halları olsa da, kömbə adi çörək deyil. Həmçinin kömbə bişirib satan şəxs isə kömbəçi adlandırılır. Kömbəni üzlü süd, çiyə və kərə yağı ilə undan yoğrulmuş xəmiri yuxa kimi iri yayır və içərisinə içlik yığıb yenidən xəmiri hər tərəfdən onun içliyin üzərinə qatlamaqla qalınlığı təndir çörəyindən də qalın olmaqla ya təndirin dibində yaxud da ocağın yerində üstünə əvvəlcə kül, sonra qor, sonda köz yığılmaqla vam odda bişirilir. Kömbəni hazırlayarkən həm onun ununa, həm südə, eləcə də onun içliyinə xüsusi ədviyyatlar vurulur. Bu da kömbəyə xüsusi dad verməsinə səbəb olur. Bəzən kömbənin ununa və ayrıca hazırlanan içliyə bal (müasir zamanda şəkər tozu) qatırlar. Belə kömbə şirin kömbə adlanır. Başqa bir halda içliyini hazırlayərkən quymaq hazırlanan qaydada hazırlanır. Belə kömbə quymaq kömbəsi adlanır.
Naibə
Naibə — Azərbaycanlı adı. Naibə Allahverdiyeva — Azərbaycan aktrisası, Azərbaycanın xalq artisti (2018). Naibə Rəcəbova — Azərbaycan teatr aktrisası və rejissoru. Naibə Musayeva — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Kambre
Kambre (fr. Cambrai, pikard Kimbré) — Fransanın şimalında, O-de-Frans bölgəsində, Nor departamentində, eyniadlı kantonun mərkəzində yerləşən şəhər və kommuna . Şəhər Lilldən 52 km və Arrasdan 36 km məsafədə Şeldt çayı üzərində yerləşir. Kommunanın mərkəzində Kambre-Dui və Byuzini-Somen xətlərində Kambre qatar stansiyası yerləşir.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Elektron kağız
Elektron kağız (e-kağız) – adi kağızda çapı imitasiya etmək üçün işlənib hazırlanmış və elektroforez hadisəsinə əsaslanan informasiyanın əksolunması texnologiyası. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq, elektron kağız, adi kağız kimi, görüntünü qaytarılmış işıqda formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur. Elektron kağızı rəqəmsal kağızdan (DIGITAL PAPER) fərqləndirmək lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Kabel modemi
Kabel modemi - adi telefon modemindən verilənləri daha sürətlə ötürməsinə görə fərqlənir (500 Kbit/san-dən 10 Mbit/san-dək), ancaq gerçək ötürülmə sürəti həmin kabeldə paralel işləyən istifadəçilərin sayından asılı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kalba Musa
Kalba Musa (1856, Naxçıvan – 1924, Göyçay) – Azərbaycan xeyriyyəçisi. 1901–1909-cu illər arasında hələ də şəhər sakinləri tərəfindən istifadə olunan su quyularını xeyriyyə məqsədilə qazdırıb şəhərin su təminatını yaxşılaşdırmışdır. == Həyat və fəaliyyəti == Kalba Musa XIX əsrin sonlarında ailəsi və qohumlarının köməyi ilə icarəyə götürdüyü torpaqlarda təsərrüfat yaradaraq tezliklə varlanmış, xeyriyyəçiliklə məşğul olmuşdur. Sudan qıtlıq çəkən Naxçıvana "Kabla Musa çeşməsi" adlı məşhur bulağı çəkdirmişdir. Kabla Musa bu məqsədlə 1901-ci ildə Naxçıvan şəhərindən 3 kilometr yuxarıda Şıxmahmud kəndinin yanında, Naxçıvan çayının sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Sər-hesab edərək belə qənaətə gəlir ki, burada azı 130–140 quyu qazılmalıdır. Dərinliyi 30–35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb bir-birinə bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən 60–80 metr aralı olan quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Balaca əl torbalarında uzun kəndir-sicimlərlə bu qədər torpağı yerin dərinliyindən qazıb-çıxaran kankanların işi, sözün əsl mənasında, böyük fədakarlıq idi. Səkkiz il sərasər 135-dək quyu qazılır və lağım vasitəsilə birləşdirilir.
Kambey körfəzi
Kambey körfəzi (hind. खंभात की खाड़ी )— Ərəbistan dənizində Hindistanın şimal-qərb sahillərində körfəz. Körfəz Hindistanın Qucarat ştatı ilə sərhədlənir. == Ümumi məlumat == Kambey körfəzinin uzunluğu təxminən 200 kilometrdir. Körfəzin eni şimalda təxminən 20 km-ə (12 mil), cənubda isə təxminən 70 km-ə (43 mil) çatır. Körfəzə tökülən əsas çaylar Narmada, Sabarmati, Mahi və Tapti çaylarıdır. Çaylar mənsəbdə estuari forması yaradır. Səthin dərinliyi dalğalanmalara səbəb olur. Bu xüsusilə yerli tərsanələrdə istifadə olunur. Kambey körfəzi Kathiyavar yarımadasını Qucaratın cənub-şərq hissəsindən ayırır.
Kambre (rayon)
Drö (fr. Cambrai) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Nor. Suprefektura — Kambre. Rayon əhalisi 2012-cı ildə 162 211 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 179,8 nəf / km². Rayon ərazisi — 902 km².
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. == Tarix == Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Kağız formatı
Kağız formatı və ya A formatları — beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Kağız kağızağacı
Kağız kağızağacı (lat. Broussonetia papyrifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. == Tarixi == Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. == Çində == Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.