QEYD

is. [ ər. ]
1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər.
– …Gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn.

// Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu qeyd var.
// Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s.-yə yazma.
Qeyd zamanı Mahmud qızın tərəfindən, yoldaşı da oğlan tərəfindən vəkil olacaqdı. B.Talıblı.

□ Qeyd etdirmək – dəftərə saldırmaq, yazdırmaq. Adını siyahıya qeyd etdirmək.
Qeyd etmək1) yadda saxlamaq üçün qısaca yazmaq. Çıxışları qeyd etmək. Mühazirənin mühüm yerlərini qeyd etmək. Dəftərinə bəzi qeydlər etmək;
2) işarə etmək, yazmaq. Gecikənləri qeyd etmək. Gəlməyənlərin adını siyahıya qeyd etmək;
3) göstərmək, nəzərə çarpdırmaq, yada salmaq, söyləmək. Kütlələrin aktivliyini qeyd etməmək olmaz.
– Bunların hamısı qabaqcıl adamlardır, – deyə katib iftixarla qeyd etdi. Ə.Sadıq.

Qeyd olunmaq1) yazılmaq, siyahıda və s.-də öz adını yazdırmaq;
2) göstərilmək, işarə edilmək. Məktubun tarixi qeyd olunmamışdır.
Qeydə alınmaq – bir yerə yazılmaq, siyahıya daxil edilmək.
Qeydə almaq – bir yerə yazmaq, siyahıya daxil etmək.
Ancaq mühəndislər bu ocağı qeydə almışdılar. Mir Cəlal.

2. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir.
Lütfən, qeydlərinizi də bizə bildirsəniz, nəzərə alarıq. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QEYD hiddət — qəzəb — hirs — acıq
  • QEYD fikir — qayğı — narahatlıq — əndişə
  • QEYD çıxarış
  • QEYD qeyd bax qayğı

Omonimlər

  • QEYD QEYD I is. [ ər. ] Qısa şəkildə yazma. Əzizbəyovun gözləri yazı stolunun üstündəki qeydlərinə sataşdı (M
QEYD₂
QEYDÇİ
OBASTAN VİKİ
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Cəbri qeyd (şahmat)
Cəbr notasiyası(və ya AN) şahmat oyununda hərəkətləri qeyd etmək və təsvir etmək üçün standart üsuldur . Standart notation da adlanır , o, koordinat notasiyasına , şahmat taxtasındakı hər kvadratı unikal şəkildə müəyyən etmək üçün koordinatlar sisteminə əsaslanır . Əksər kitablar, jurnallar və qəzetlər tərəfindən istifadə olunur. İngilis dilli ölkələrdə təsviri qeydin paralel üsulu təxminən 1980-ci ilə qədər şahmat nəşrlərində istifadə olunurdu. Bir neçə oyunçu hələ də təsviri notasiyadan istifadə edir, lakin bu, beynəlxalq şahmat idarəetmə orqanı olan FİDE tərəfindən artıq tanınmır. "Cəbr qeydi" termini səhv adlandırıla bilər , çünki sistemin cəbrlə əlaqəsi yoxdur . == Kvadratların adlandırılması == Şahmat taxtasının hər kvadratı Uaytun nöqteyi-nəzərindən unikal koordinat cütü — hərf və rəqəmlə müəyyən edilir. Fayllar adlanan kvadratların şaquli sütunları Uaytin solundan (queenside) sağa (kral tərəfi) a -dan h kimi etiketlənir . Sıralar adlanan kvadratların üfüqi cərgələri lövhənin Uayt tərəfindən başlayaraq 1 -dən 8-ə qədər nömrələnir . Beləliklə, hər kvadrat fayl məktubunun unikal identifikasiyasına və ardınca sıra nömrəsinə malikdir.
Qeyd-şərtsiz kapitulyasiya
Qeyd-şərtsiz kapitulyasiya — təslim olan tərəfə heç bir zəmanət, arxayınlıq və vəd verilmədiyi təslimiyyət. Çox vaxt tamamilə məhv edilmə təhlükəsi ilə tələb olunur. Yalnız qeyd-şərtsiz kapitulyasiyanın məqbul olduğunu elan etmək daha zəif rəqibə psixoloji təzyiq göstərir, lakin bu, həm də düşmənçilik müddətini uzada bilər. Tərəf adətən yalnız öz rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik olduğu halda, qələbənin qaçılmaz olduğu düşünüldükdə qeyd-şərtsiz kapitulyasiyanı tələb edir. Müasir dövrdə qeyd-şərtsiz kapitulyasiya daha çox beynəlxalq hüququn təmin etdiyi təminatları əhatə edir. Bəzi hallarda kapitulyasiya həqiqətən qeyd-şərtsiz qəbul edilir, digər hallarda isə şərtlər təklif edilir və qəbul edilir, lakin qüvvələrin simvolik məqsədlər üçün "qeyd-şərtsiz kapitulyasiya"ya tabe olduğu elan edilir. Bu cür təslimiyyət təslim edən tərəf tərəfindən qeyri-rəsmi olaraq razılaşdırılmış təminatların gözlənilməsi ilə də qəbul edilə bilər. Müsəlmanların çox az itki verərək taktiki cəhətdən rəqiblərinə qalib gəldiyi Xəndək döyüşündən sonra müsəlmanları məğlub etmək cəhdləri uğursuzluğa düçar olmuş, islam regionda nüfuz sahibinə çevrilmişdir. Nəticədə müsəlman ordusu Bəni-Qureyzə qəbiləsinin məhəlləsini mühasirəyə almış və onların qeyd-şərtsiz kapitulyasiyasına səbəb olmuşdur. İslamı qəbul edən bir neçə kişidən başqa bütün kişilər edam edilmiş, qadınlar və uşaqlar isə köləyə çevrilmişdir.
London qeyd dəftəri (Motsart)
London qeyd dəftəri Volfqanq Amadey Motsart tərəfindən 1764-1765-ci illərdə, Motsart ailəsi ilə birlikdə Londonda səfərdə olarkən yazılmış qırx üç ədəd eskizlər və fraqmentlər toplusudur. Yenicə musiqi fəaliyyətinə başlayan gənc Motsart heç kimdən asılı olmadan, müstəqil surətdə musiqini öyrənmək məqsədilə qələm və mürəkkəbdən istifadə etməklə bu qeydləri yazmışdır. Bununla yanaşı, atası Leopold tərəfindən yalnız qələmlə edilən düzəlişlər bəzi qeydlərdə aydın şəkildə görünür. Parçaların çoxu son dərəcə qısa, normal olaraq qırx saniyədən bir dəqiqə arasında, bəziləri dörd dəqiqəyədək davam edir. (məsələn, KV 15t).
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. == Format == 2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər. == Tarixi == === 1958-1993 === Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi. == Məzmun == Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. == Film haqqında == Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı. Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib. Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır. Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır. Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Futbol üzrə dünya çempionatında qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
Futbol üzrə dünya çempionatında qeydə alınmış het-triklərin siyahısı
Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir. Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir. Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır. == Maraqlı faktlar == ABŞ-lı Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi.
FİFA Dünya Kubokunda qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
FİFA Dünya Kubokunda qeydə alınmış het-triklərin siyahısı
Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir. Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir. Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır. == Maraqlı faktlar == ABŞ-lı Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi.
Gizlindən Qeydlər
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır. Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır. == Digər obrazlar == Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı.
Gənc həkimin qeydləri
Gənc həkimin qeydləri (rus. Записки юного врача; »Manzhetah yunogo vracha, sözün də A Country doktorluq Notebook kimi tanınan" A Young doktorluq Notes "), a qısa hekayə dövrü rus yazıçısı Mixail Bulgakov . 1925–1926-cı illərdə yazılmış və Bulqakovun 1916-18-ci illərdə yeni məzun olmuş gənc həkim kimi təcrübələrindən ilham alan, inqilabi Rusiyada Smolensk Qubernatorluğunda kiçik bir kənd xəstəxanasında təcrübə keçən hekayələr. Hekayələr əvvəlcə dövrün Rus tibb jurnallarında yer aldı və daha sonra alimlər tərəfindən kitab şəklində tərtib edildi. İlk İngilis tərcüməsi Michael Glenny tərəfindən edildi və 1975-ci ildə Harvill Press tərəfindən nəşr olundu. Daha yeni bir tərcümə (2011), Oneworld Classics damgası altında Hugh Aplin tərəfindən edilmişdir. Aplin tərcüməsinin adı Gənc həkim dəftəri . Fransızca tərcüməni 1994-cü ildə Paul Lequesne etmişdir. == Hekayələr == "Bir beçə Motif ilə Dəsmal" ( rus. Полотенце с петухом , Michael Glenny tərəfindən "Nakışlı Dəsmal" olaraq tərcümə edildi) "Vəftiz Version" ( rus.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. == Kredit dərəcəsinə təsir edən amillər == Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər == Kredi Notu Sorgulama == Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Nikah qeydiyyatı, nikah yaşı və nikaha daxil olma razılığı haqqında Konvensiya
Nikah qeydiyyatı, nikah yaşı və nikaha daxil olma razılığı haqqında Konvensiya — Birləşmiş Millətlər Təşkilatının evlilik standartları müqaviləsidir. Müqavilə 7 noyabr 1962-ci il tarixli Baş Məclisin 1763 A (XVII) saylı qətnaməsi ilə imza və təsdiq üçün açıldı və məktub mübadiləsi yolu ilə 9 dekabr 1964-cü ildə qüvvəyə mindi. Konvensiyanı 16 ölkə imzaladı, 55-i tərəf, Konvensiya Ümumdünya İnsan Haqları Bəyannaməsinin 16-cı maddəsinə əsaslanıb. Konvensiya nikahların razılıq xarakterini təsdiqləyir və tərəflərdən qanunla minimum nikah yaşını təyin etmələrini və nikahların qeydə alınmasını təmin etmələrini tələb edir. Konvensiyanın ideyası ilk dəfə 1956-cı ildə Səlahiyyətli nümayəndələrin Konfransı tərəfindən qəbul edilmiş köləliyin, kölə ticarətinin və köləliyə oxşar qurumların və tətbiqetmələrin ləğvi haqqında Əlavə Konvensiyanın qəbulu zamanı ortaya çıxdı. Bu 1956 Konvensiyası yetkinlik yaşına çatmayanların və məcburi evliliyin köləliyin bir növü olduğunu bildirən. Konvensiyanın 1-ci maddəsi müəyyən nikah növlərini köləlik olaraq təyin edir. Konvensiyada deyilir ki, dövlətlər məcburi nikahı bir haqqı müqabilində bir qadının ailəsindən köçürülməsini, bir qadının köçürülməsini əhatə edən təşkilat və ya tətbiqetmələrin tamamilə ləğv edilməsini və ya ləğv edilməsini (tədricən və ən qısa zamanda) həyata keçirməlidir. miras yolu ilə ərinin ölümü hadisəsi. Maddə 1.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Qeydçi
Qeydçi (ing. registrar) — yeni domen adlarını yaratmaq (qeydə almaq) və mütləq qeydiyyatdan keçməli olan mövcud domen adlarının fəaliyyət müddətini uzatmaq səlahiyyəti olan qurum. Belə domenlərə aşağıdakılar aiddir: sıfrıncı səviyyəli demen (kök domeni); bütün yuxarı səviyyəli (birinci səviyyəli) domenlər; bəzi ikinci səviyyəli domenlər (məsələn, com.ru və ya co.uk). Qalan bütün domenlərdə isə altdomenlər yaratmaq üçün xüsusi səlahiyyət tələb olunmur. Kök domeninin qeydçisi kimi ICANN təşkilatı çıxış edir. Domenlərin əksəriyyəti üçün vahid qeydçi yoxdur. Bir neçə qeydçi olduqda, toqquşmalardan qaçmaq və domen adının bənzərsizliyini təmin etmək üçün onlar vahid verilənlər bazasından istifadə etməlidirlər. .com .net .org .biz .info .name .mobi .asia .aero .tel .travel.jobs zonalarında qeydçi olmaq üçün ICANN-nın akkreditasiyasını almaq lazımdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qədim və yeni Rusiya haqqında qeydlər
Qədim və yeni Rusiya haqqında qeydlər — Nikolay Mixayloviç Karamzinin XIX əsr Rusiyası haqqında fikirlərini əks etdirdiyi memorandumu. Nikolay Karamzin "Qeydlər"i 1811-ci ildə çar I Aleksandrın kiçik bacısının xahişi ilə yazmışdır. Liberal və islahatçı ideyaların əleyhdarları onun ətrafında qruplaşmışdı. Tezliklə I Aleksandr "Qeydlər"i oxumuşdur. "Qeydlər"də Speranskinin təşəbbüsü ilə həyata keçirilmiş islahatlar, o cümlədən, güman edildiyi kimi, hökumətin guya həyata keçirmək fikrində olduğu yeniliklər tənqid edilir. Karamzin çarın hakimiyyətini nədəsə məhdudlaşdıran konstitusiya qəbul edilməsi üçün istənilən cəhdi kəskin tənqid edir: "Rusiya böyük ölkədir. Belə nəhəngi hüdudsuz təkhakimiyyətlikdən başqa, vahid şəkildə daha nə ilə idarə etmək olar?" Karamzin tarixdən gətirdiyi nümunələrlə sübut etməyə çalışır ki, "Rusiya müxtəlif hakimiyyətlikdən məhv olurdu, müdrik mütləqiyyətlə xilas oldu". "Qəzəbli hökmdarlar nadir hallarda olur: doqquz əsr ərzində bizim cəmi iki müstəbidimiz olmuşdur (IV İvan və I Pavel)". Karamzin yazır ki, bununla yanaşı, hökmdarın hakimiyyətinin müəyyən hüdudları var. "Aleksandr hər şeyi bacarır, ancaq qanuni şəkildə öz hakimiyyətini məhdudlaşdıra bilməz", yəni hökmdarın mütləqiyyəti ləğv etməyə hüququ yoxdur.
Yazı (qeydə almaq)
Yeraltından Qeydlər
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır. Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır. Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı.
Ölü evdən qeydlər
Ölü evdən qeydlər (rus. Записки из Мёртвого дома) — Fyodor Dostoyevskinin 1862-ci ildə nəşr olunan romanı. "Ölü evdən qeydlər" Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belin-skinin "Qoqola məktub"unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi. "Ölü evdən qeydlər" əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
Akaşi qeydləri
Akaşi qeydləri — varlığın qeyri-fiziki sferasında kodlanmış mistik biliyi təsvir edən teosofik ezoterik, eləcə də antroposofik termindir. Akaşik yazıların həqiqiliyinə dair heç bir elmi dəlil yoxdur. "Akaşa" termini Hinduizmdən teosofik hərəkatlar tərəfindən götürülmüşdür, burada təbiətin son prinsipinə və ya ilk səbəbinə istinad etmək üçün istifadə edilmişdir; Qədim hind fəlsəfəsinə görə, əsas ilkin elementlər (od, hava, torpaq, su və efir) məhz Akaşadan yaranmışdır - hamısı birlikdə insanın beş duyğu orqanına uyğundur. Ayova Universitetinin antropologiya professoru Marşall MakKuzik qeyd edir ki, «Akaşi qeydləri» konsepsiyası Rudolf Ştayner tərəfindən yaradılmışdır. Teosofik doktrinanı müxtəlif dərəcələrdə qəbul edən bir çox məşhur şəxsiyyətlər Akaşi qeydlərindən istifadə edə biləcəklərini iddia etdilər. Akaşi qeydlərinin mövcudluğunu empirik şəkildə təsdiqləmək mümkün olmadığından, onların öyrənilməsi elmi tədqiqat sahəsinə aid deyil. Üstəlik, nə Xristian, nə Hindu, nə də Vedik adət-ənənələri müqəddəs mətnlərinin hər hansı “Akaşi qeydlər”ə əsaslandığından bəhs etmir. Akaşi qeydlərinin sırf elmi baxımdan qeyri-akademik olmasına baxmayaraq, onlar müasir mədəniyyətdə, elmi fantastika və fantaziyada kifayət qədər geniş populyarlıq qazanıblar.
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
İran İmperiyasının 2500 illik yubleyinin qeyd edilməsi

Digər lüğətlərdə