Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seydun
Seydun— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Seydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,439 nəfər və 962 ailədən ibarət idi.
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Keygen
Key generator (key-gen) ya da Açar yaradan , bir proqram tətbiqindən istifadə etmək üçün aktivləşdirmək üçün lazım olan seriya nömrəsi kimi bir məhsul lisenziyalaşdırma açarı yaradan bir kompüter proqramıdır.
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. == Coğrafiyası == Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. == Əhalisi == 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. == Turizm == Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. == Elm və təhsil == Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Meymun
Meymun — məməli heyvan. İndiyə kimi 6000-dən çox meymun növünün mövcud olduğu məlumdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir.
Seyhun
Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra). Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır. Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Keylum Vörti
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Kəndül (Bostanabad)
Kəndül (fars. كندول‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayşı yoxdur.
Leyden Universiteti
Leyden Universiteti (nid. Universiteit Leiden) — Niderland Krallığında, Leyden şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Ölkənin ən qədim ali təhsil ocaqlarından biridir. == Tarixi == 1575-ci ilə qədər Hollandiyanın şimalında hələ də universitet yox idi. Burada yeganə universitet Leuven şəhərində yerləşirdi, lakin ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi Renessans ərəfəsində ispanların hücumlarına qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə Villiam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Deyilənə görə, Leyden vətəndaşlarına universitet yaradılması və ya müəyyən vergilərdən azad olunması arasında seçim təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişir, Avropanın böyük universitetləri isə əsrlər boyu yaşayır. Əvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə köçürülür.
Maestro Ceyhun
Ceyhun Təhmasib oğlu İsmayılov (Maestro Ceyhun; 27 iyun 1975, Sumqayıt) — musiqiçi, skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Ceyhun İsmayılov 1975-ci ildə Sumqayıtda doğulub. Əslən Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Maykl Keymen
Maykl Arnold Keymen (ing. Michael Arnold Kamen; /ˈmaɪkəl ˈkeɪmən/, 15 aprel 1948[…], Nyu-York, Nyu-York ştatı – 18 noyabr 2003[…], London) — amerikalı bəstəkar (əsasən film musiqisi bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi. 70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında “Dağlı”, “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), “Robin Hud: Oğrular şahzadəsi”, “Braziliya”, “İks-adamlar”, “Ölümcül Silahın” bütün 4 hissəsi və “Məğlubedilməz” filmləridir. == Həyatı == Maykl Arnold Keymen Nyu-Yorkda anadan olub, dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi. Yəhudi əsilli idi. Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı. Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi.
Meydan+ (jurnal)
Meydan (1989)
Film Azərbaycanın azadlığı və müstəqilliyi ilə bağlı Bakıda 1988-ci ilin noyabr-dekabr aylarında baş vermiş hadisələrdən bəhs edir. 1) 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Kinolent ən yaxşı sənədli filmə görə Priz və Diploma layiq görülmüşdür. Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov, Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Meydan (dəqiqləşdirmə)
Meydan
Meydan (Çaldıran)
Meydan (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (8 ailə).
Meydan (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Meydan Larousse
Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur. "Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir. 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.
Meydan Laruss
Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur. "Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir. 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.
Meydan TV
Meydan TV — 10 mart 2013- cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı. Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub. 2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib. 2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Meydan Televisiyası
Meydan TV — 10 mart 2013- cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı. Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub. 2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib. 2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.