Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuh dazan
Kuh Dazan - İranın Hörmüzqan vilayətinin Şəmal şəhərinin Şimal bölməsində yerləşən kənddir. == Əhalisi == 1995-ilin statistik məlumatlarına əsasən kəndin əhalisi 274 nəfər (85 ev) təşkil etmişdir.
Kuh-i-Nur
Kuh-i-Nur (fa. کوہ نور, "İşıq dağı") — 105 karat ağırlığında olan və Böyük Britaniya tacının bir hissəsi olan qiymətli almaz daş. Dünyanın ən böyük almazıdır. == Haqqında == Almazın digər tayı hesab olunan Dərya-i-Nur ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür. Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olmuşdur. 1850-ci ildə almaz İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş və Kraliça Viktoriya 1877-ci ildə Hindistan kraliça olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilmişdir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə Kuh-i-Nur adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı. Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3, dioqnallarının sayı 4 dür .
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kühl
Kühl, Köhl və ya Sürmə (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə sürməni həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri sürmədir; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə sürmə çəkmək üçün bir qabı var idi." Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə sürmə çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur. Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Novcadeh-i Kuh (Bostanabad)
Novcadeh-i Kuh (fars. نوجه ده كوه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 700 nəfər yaşayır (108 ailə).
Qaralar-i Kuh (Urmiya)
Qaralar-i Kuh (fars. قرالركوه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (64 ailə).
Əsgərabad-i Kuh (Urmiya)
Əsgərabad-i Kuh (fars. عسگرابادكوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 880 nəfər yaşayır (211 ailə).
Dəli Kür
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir. == Haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == Qısa məzmunu == Əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Keyt Kuk
Kut adası
Kut adası-(Ко Кут, Ко Куд, ing. Ko Kud или ing. Koh Kood, tay เกาะกูด)- Siam körfəzinin adası olub, Kambodjı əyalətinə Trat regionuna daxildir. == Coğrafi mövqeyi == Regionun ən az əhali məskunlaşmış adası hesab edilir. Maki adası ilə birlikdə şimalda yerləşir. Adanın əhalisi 2007-ci ilin statistik məlumatlarına görə 1715 nəfərdir. Sahəsi isə 131 кm²-dir. Ada dənizkənarı Mu-Ko-Çanqın parkının bir hissəsidir.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Kuş gölü
Kuş gölü — iri şirinsulu göl Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Balıkəsir ilinin Bandırma ilçəsi ərazisində yerləşir. Kiçik Asiya yarımadasının şimal-qərbində qərarlaşır. Göllə Bandırma şəhəri arasında məsafə 18 km-dir. == Coğrafiyası == Gölün su səthinin sahəsi 160–176 km², orta dərinliyi 1–2 metr arasında dəyişir. Maksimal dərinliyi 4 metrdir. Gölün su səviyyəsi mövsümlərə görə dəyişir. Yazın əvvəllərində gölün səviyyəsi kifayət qədər qalxır və ətraf sahillərini basır. Yay ayları isə istilərlə əlaqədar səviyyəsi kifayət qədər azalır. Gölün nörmal səviyyəsi 16.800 hektardır.
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Kür (1963)
Kür (Bostanabad)
Kür (fars. كر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.367 nəfər yaşayır (554 ailə).
Kür (dəqiqləşdirmə)
Kür — Qafqazda çay. Uzunluğu 1515 km. Kür (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində qəsəbə. Kür (film, 1963) — Azərbaycan filmi.
Kür (Şəmkir)
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kur-e-Büi
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.