Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vulkan külü
Vulkan külü (rus. вулканический пепел, ing. volcanic ash, cinder) — vulkan partlayışı ilə sıyıq və bərk lavaların xırdalanmış və toz halına salınmış məhsulları. Toz və qum hissəciklərindən (diametri 2mm-ə qədər) təşkil olunur.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az.-əski. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyniadlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V. H. Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D. A. Axundov da məlumat vermişdir. 1990-cı ildə V. B. Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).
Kaysan Külük xan
Kaysan Külük xan (d. 4 avqust 1281 - ö. 1311, Monqol dilində: Хөлөг хаан, Hülüg Khaan, Külüg qaγan),) - monqol imperatoru ve III Yuan sülaləsinin və Çin imperatoru. Atasının asdı Darmabala, anasının adı isə Kunqqırat Dağı idi. Darmabalanın ilk oğlu olmuşdur.Teymur Olcaydu xanın 1307-ci ildəki ölümündən sonra Çin imperatoru oldu. Monqol imperiyası onun dövründə parçalandı.. Adının mənası "Döyüşçü xan və ya Yaxşı At xandır" == Hakimiyyəti == 1307-ci ildə Teymur Olcaydu xanın ölümündən sonra taxt açıxdı. Onun hakimiyyəti dövründü Yuan sülaləsinin çöküşü sürətləndi və Monqol imperiyası parçalandı. Onun dövründə üsyanlar çoxalmış və dövlət tənəzzül dövrünə qədəm qoymuşdur. Konfutsinin əsərləri monqol dilinə tərcümə edilmişdir.
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca "papaq" mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları "kulah-namad" adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, "…altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi". Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda "taskülah", yaxud "şəbkülah" adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Kalu
Kalu (Bostanabad)
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr. Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Küli
Küli-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Küli-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Mulu
Mulu (Marağa)
Qulu
Qulu — kişi adı.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Külo
Külo (fr. Culoz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01138. == Coğrafiyası == Kommuna Paris şəhərinin 430 km cənub-şərqində, Lion şəhərindən 75 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2909 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1767 nəfər (15-64 yaş) arasında 1239 nəfər iqtisadi cəhətdən aktiv, 528 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70,1%, 1999-cu ildə 66,8%). 1239 fəal sakindən 1105 nəfər işləyirdi (613 kişi və 492 qadın), 134 işsiz (66 kişi və 68 qadın) var.