Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, monastrda yaşayan rahib və ya rahibə. == Haqqında == Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Əkin keşnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Kesis (Salmas)
Kesis (fars. كسيس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər. yaşayır (16 ailə).
Keşiş Yulian
Keşiş Yulian (lat. Iulianus Hungarus OP, mac. Julianus barát) — 1230-cu illərdə Macarların ana vətəni olan Böyük Macarıstanın (Magna Hungaria) axtarışı üçün şərqə iki dəfə səfər edən macar Dominikan keşişi. Yuliandan əvvəl, güman ki, 1231-1232-ci illərdə "hələ də inamsızlığın aldadıcı təsiri altında qalan" şərqi Macarları axtarmaq üçün dörd macar dominikanı göndərilmişdir. Yulian axtarış məqsədilə 1235-ci ildə ölkəni tərk etmişdi. Uzaq məsafə qət etdikdən sonra Keşiş Yulian İdil bulqarlarının paytaxtına çatmışdı. Burada ona deyilmişdi ki,macarlar sadəcə iki günlük səfər boyunca burada yaşamışdılar. Yulian onları tapdı və işğala məruz qalmış və Pannoniyada məskunlaşmış macarlarla Başqırdıstanda tapılan macarlar arasında bölünmədən bu yana ən az 300-400 il keçməsinə baxmayaraq, dilləri qarşılıqlı olaraq başa düşülən olduğundan onlarla ünsiyyət qura bildi. Yulian qədim ölkəni Böyük Macarıstan adlandırdı. O, burada şərqi macarlar və bulqarların düşməni olan tatarlar haqqında məsələlərdən xəbərdar oldu.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Keşiş qızı
Keşiş qızı — ingilis yazıçı Corc Oruellin 1935-ci ildə yazdığı romandır. Bu, keşişin titulu qızı Dorothy Hare'nin hekayəsindən bəhs edir, onun amneziya tutması ilə həyatı alt-üst olur. Bu, Oruellin ən rəsmi eksperimental romanıdır, tamamilə dramatik formada yazılmış bir fəsildən ibarətdir, lakin o, heç vaxt bununla kifayətlənməyib və ölümündən sonra onun yenidən çap edilməməsi barədə göstərişlər verib. Bu göstərişlərə baxmayaraq, Orwell ölümündən sonra "varislərimə bir neçə funt qazandıra biləcək hər hansı kitabın" ucuz nəşrlərinin çapına razılıq verdi. == Fon == Oruell 1929-cu ilin dekabrında Parisdən qayıtdıqdan sonra növbəti beş il ərzində Southwolddakı valideynlərinin evindən istifadə etdi. Southwold şərq Suffolk sahilində kiçik bir əyalət şəhəridir. Ailə yerli icmada yaxşı qurulmuşdu və bir çox yerli insanlarla tanış oldu. Onun bacısı Avril şəhərdə çayxana işlədirdi. Sent Feliks Məktəbində idman zalı müəllimi və bir din xadiminin qızı olan Brenda Salkeld onun evlilik təklifini rədd etsə də, uzun illər onun işi ilə bağlı dost və daimi müxbir olaraq qalmalı idi. Rana Balaj Oruelldən repetitorluq edirdi, Orwell isə Southwold-da yazılar yazırdı və Londonda və onun ətrafında bir serseri kimi gizli ekspedisiyalarını davam etdirirdi.
Qara keşiş
Qara keşiş — keşişin qədim zamanlardan Şəkidə yaşayan qıpçaqlarınalbanların keşişi olduğu bildirilir. Şəki rayonunun Kiş kəndi ərazisində "Kiş kilsəsi" yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Aftokefal apostol kilsəsi olub (Автокефальная апостольская церковь). Qara keşiş haqqında ilk dəfə Kərim Ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi" kitabında rast gəlinir. Orada deyilir: Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm.
Keşiş dağ məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Qara Keşiş nəsli
Qara keşiş nəsli — 19-cu əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq Qıpçaq olan Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu, Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır.
Qriqori Petrov (keşiş)
Qriqori Petrov (rus. Григорий Спиридонович Петров; 26 yanvar (7 fevral) 1866 – 18 iyun 1925, Münxen və ya Paris) — rus rahib, yazıçı və jurnalist. XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri kimi məşhurlaşmışdır. Fərqli fikirlərinə görə kilsədən qovulmuş, rahiblik həyatı başa çatdıqdan sonra bütün fəaliyyətini ədəbiyyata həsr etmişdir. Petrov eyni zamanda kütlələr qarşısındakı etdiyi çıxışları ilə də tanınmışdır. Oktyabr inqilabının baş verməsindən sonra ölkədən qaçmaq məcburiyyətində qalmışdır. Yuqoslaviya Krallığında keçirdiyi həyatının son illərində bir çox əsər qələmə almışdır. Əsərlərində olan fikirlər səbəbindən bir çox kitabı SSRİ-də qadağan edilməsinə baxmayaraq, həmin dövrlərdə yeni-yeni təşəkkül tapan Bolqarıstan və Türkiyə kimi dövlətlərdə böyük maraqla qarşılanmışdır. Ağ Zanbaqlar Ölkəsində əsəri yazıçının ən məşhur əsərlərindən biridir. Əsərdə yazıçının Finlandiyada yaşadığı illərdə ki, təcrübələri qələmə alınmışdır.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)