Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda — Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kuula
Kuula- Estoniyanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 120 xalla 6-cı olub. Mahnını Ott Lepland oxumuşdur.
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir. Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Uluru-Kata Tyuta Milli Parkı
Uluru–Kata-Tyuta Milli Parkı –— Avstraliyada yerləşən milli park. UNESCO-nun Ümumdünya İrsi siyahısındadır. Məşhur Uluru (Ayers Rok) qayalığı da bu milli parkda yerləşir. Uluru–Kata-Tyuta Milli Parkı ətrafındakı qumlu sahələr və çöllərlə tamamilə zidd bir quruluş göstərən iki ədəd qaya formalaşması ilə çox təəccüblü bir fiziki görünüşə malikdir. Bu milli parka eyni zamanda iki Aborigen xalqı olan Pityantyatyara və Yankunytyatyaralara aid bir çox dini ərazi də daxildir. Park ilk dəfə 1987-ci ildə Təbii Dünya irsi olaraq qəbul edildi. Uluru (Ayers Qayası) və Kata Tyuta (Olga Dağı) əslində keçmişdə dağ olan quruluşun yavaş-yavaş eroziyaya uğraması nəticəsində geriyə qalan strukturlardır. Uluru qayası sovrulan alluvial torpaqların meydana gətirdiyi qumlarla meydana gəlmişdir. Uluru qayasının torpaq üzərindəki qisimi 348 metr yüksəkliyindədir və üçdə ikisi hələ də torpaq altındadır. Kata Tyutanın 36 ədəd olan qübbələri fərqli qaya növlərinin irili-xırdalı parçalarının iç içə keçərək birləşməsi ilə meydana gəlmişdir.
Uluru–Kata-Tyuta Milli Parkı
Uluru–Kata-Tyuta Milli Parkı –— Avstraliyada yerləşən milli park. UNESCO-nun Ümumdünya İrsi siyahısındadır. Məşhur Uluru (Ayers Rok) qayalığı da bu milli parkda yerləşir. Uluru–Kata-Tyuta Milli Parkı ətrafındakı qumlu sahələr və çöllərlə tamamilə zidd bir quruluş göstərən iki ədəd qaya formalaşması ilə çox təəccüblü bir fiziki görünüşə malikdir. Bu milli parka eyni zamanda iki Aborigen xalqı olan Pityantyatyara və Yankunytyatyaralara aid bir çox dini ərazi də daxildir. Park ilk dəfə 1987-ci ildə Təbii Dünya irsi olaraq qəbul edildi. Uluru (Ayers Qayası) və Kata Tyuta (Olga Dağı) əslində keçmişdə dağ olan quruluşun yavaş-yavaş eroziyaya uğraması nəticəsində geriyə qalan strukturlardır. Uluru qayası sovrulan alluvial torpaqların meydana gətirdiyi qumlarla meydana gəlmişdir. Uluru qayasının torpaq üzərindəki qisimi 348 metr yüksəkliyindədir və üçdə ikisi hələ də torpaq altındadır. Kata Tyutanın 36 ədəd olan qübbələri fərqli qaya növlərinin irili-xırdalı parçalarının iç içə keçərək birləşməsi ilə meydana gəlmişdir.
Buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. == Təsviri == İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. == Areal == Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Kita
Kita (Tokio) — Tokionun xüsusi rayonlarından biri.
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. == Kutilər erkən tayfa birliyi şəklində == E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Puta
Puta — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-cu illərə təsadüf edir. Qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır. Toponim kimi adı buta mənasını daşıyan Puta qəsəbəsi 1922-1923-cu illərdə sənaye mərkəzi olmuşdur. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsində keçirilən ilk partiya yığıncağında Qaradağ rayonunun əsası qoyulmuşdur. Puta qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuşdur. Puta qəsəbəsi ərazisində iri sənaye müəssisələri və böyük özəl qurumlar vardır. Bunlar Qaz Emalı Zavodu, Qaradağ Neft Kəmərləri İdarəsi, “Bakı-Ağırlaşdırıcılar” ASC, Müdafiə Nazirliyinin “Xüsusi Texnika” Zavodu, “Puta-Əyrici” ASC, “Puta-Nəqliyyat-2” ASC, “Azturqaz” Müştərək Müəssisəsi, “Pakan LTD” MMC (Yuyucu məhsulların istehsalı), “Vembley Developments of Azerbajan ” Şirkətinin “Kaliforniya” qapalı mehmanxanası, “Azmeko Kompani” QSC-nin Metanol Zavodu, “Xəzər-Boru” MMC-nin Boru Prokat Zavodu, “Karvan-L” Boya İstehsalı Şirkəti. Bundan əlavə “BP-Azərbaycan” Şirkətinin podryadçı təşkilatları: “Riqblast” (RGB) Şirkəti, “BSL Enerji Servis” LTD, “Vord Vayd Pover Solüşın” Şirkətiş, “Aras LTD” MMC, “ATR Grup-Bridon”, “Vartsil”, “PSC”, “Azloqistik”, “ABB” Şirkətləridir. Puta qəsəbəsinin ərazisində hal-hazırda tikilməkdə olan “AzMeCo” QSC – nin Azərbaycan Metanol Zavodu, “Xəzər – Boru” MMC-nin Boru – Prokat zavodu və s.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kenta Haseqava
Kenta Haseqava (d. 25 sentyabr 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 27 oyun keçirib, 4 qol vurub.
Keyta Suzuki
Keyta Suzuki (d. 8 iyul 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Keyta Vatanabe
Keyta Vatanabe (25 mart 1992) — Yaponiyalı şort-trekçi. Keyta Vatanabe Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keyta Vatanabe birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Vatanabe 2:19.205 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.