Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lizinq
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq — sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik: Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur; Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir; Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s. Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d.
Ozuna
Maluma — Juan Luis Londoño Arias (13 mart 1993-cü ildə anadan olub) Puerto-Rikolu sənətçidir. Karyerasının əvvəlindən bəri o, 15 milyona yaxın albom sataraq onu bütün zamanların ən çox satılan Latın Amerikası musiqi sənətçilərindən birinə çevirdi. 1 Fevral 2019-cu ildə Ozuna YouTube-da hər hansı bir sənətçinin ən çox bir milyard baxışlı videosu olub və o, iki Latın Grammy Mükafatı, beş Billboard Musiqi Mükafatı, on iki Billboard Latın Musiqi Mükafatı, dörd Ginnesin Rekordlar Kitabı, digər təriflər. Odisea (2017) Aura (2018) Nibiru (2019) "Igual Como Tú" (2012) "Juegos De Amor" (2012) "Fanática" (2013) "Luce Bien" (2013) "Se Suelta Sola" (2013) "El Proceso" (2013) "Me Heches La Culpa" (2014) "Detrás Del Mic" (2014) "Contigo Lo Tengo Todo" (2014) "Si No Te Quiere" (2014) "Se Toca Todita" (2014) "En Otro Mundo" (2014) "Mai Que Locura" (2014) "Dime Bebe" (2014) "Dialogue Con Mi Corazón" (2014) "Te Paso A Buscar" (2014) "Que Bien Te Ves" (2014) "Mírame" (2014) "Juega Tu Posición" (2014) "Pasión & Deseo" (2015) "Donde Están Las Gatas (Remix)" (2015) "Sexo x Money" (2015) "No Se Que Tienes" (2015) "Enfermita" (2015) "Todos Los Días Me Pregunto" (2015) "Dicen" (2015) "Búrlate" (2015) "Si Te Dejas Llevar" (2015) (with Juanka El Problematik) "Si Tu Marido No Te Quiere" (2015) "Se Dejaron Ver" (2015) "Bailen (Remix)" (2015) "Calentamiento" (2015) "Nos Fuimos Conociendo" (2015) "Falsas Mentiras" (2015) "Corazón De Seda" (2015) "No Force" (2015) "Si Tu Marido No Te Quiere (Remix)" (2015) (featuring Arcángel and Farruko) "No Quiere Enamorarse" (2015) "Dime Quién" (2016) "69" (2016) "Mil Maneras" (2016) "Leal" (2016) "Infidelidad" (2016) "No Forcen (Remix)" (2016) "No Quiere Enamorarse (Remix)" (2016) (featuring Daddy Yankee) "Dile Que Tu Me Quieres" (2016) "Te Vas" (2016) "Un Bellaqueo" (2016) (with Pusho, Alexio La Bestia and Juanka El Problematik) "Me Ama Me Odia" (2016) (with Arcángel, Cosculluela and Brytiago) "En La Intimidad" (2016) "El Pecado" (2016) "Dile Que Tu Me Quieres (Remix)" (2017) (featuring Yandel) "Después De Las 12" (2017) "Tu Foto" (2017) "Si Tu Quieres" (2017) (with Pusho and Anuel AA) "Bebé" (with Anuel AA) (2017) "El Farsante" (2017) "Se Preparó" (2017) "Que Va" (with Alex Sensation) (2017) "Ahora Dice" (2017) (with Chris Jeday, J Balvin and Arcángel) "Sobredosis" (2017 and 2018) (with Romeo Santos) "Egoísta" (featuring Zion & Lennox) (2017) "Siguelo Bailando" (2017) "La Modelo" (with Cardi B) (2017) "Solita" (with Mambo Kingz and DJ Luian featuring Bad Bunny, Wisin and Almighty) (2018) "El Farsante (Remix)" (2018) (featuring Romeo Santos) "Ahora Dice (Real Hasta La Muerte)" (2018) (with Chris Jeday, J Balvin, Arcángel, Anuel AA, Cardi B and Offset) "Bipolar" (2018) (with Brytiago and Chris Jeday) "Balenciaga" (2018) (with Ele A El Dominio) "Quisiera Alejarme" (2018) (with Wisin) "Me Niego" (2018) (with Reik and Wisin) "Única" (2018) "Te Boté (Remix)" (2018) (with Casper, Nio García, Darell, Nicky Jam, Bad Bunny) "Hasta que salga el sol" (2019) "Gistro Amarillo" (With. Wisin) (2020) "Caramelo Remix" (With. Myke Towers, Karol G). "Enemigos Ocultos", (With. Wisin, Myke Towers, Arcangel, Cosculluela, Juanka) (2020) "Despeinada", (With. Camilo).
Bozun çalarları
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Lozna çayı
Lozna çayı— Rumıniyada Someş çayının sol qolu. Çay Loznada Someş çayına tökülür.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Young Ace
Young Ace (ヤングエース, Yangu Ēsu) — Yaponiyada Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. 4 iyul 2009-cu ildə təsis olunmuşdur. Akuma no Ikenie (Devil's Sacrifice; Ayun Taçibana) Another (Yukito Ayatsuci) Bio Booster Armor Guyver (Yoşiki Takaya; davam edir; əvvəllər "Monthly Shōnen Ace" jurnalında nəşr olunurdu) Black Rock Shooter: Innocent Soul (Sanami Suzuki) Blood Lad (Yuuki Kodama; davam edir) Boku Dake ga Inai Machi (Key Sanbe) Concrete Revolutio Echo/Zeon (Koşi Rikudo) Furekurain (Terio Teri) Haijin-sama no End Contents (Satoru Matsubayaşi) Hōzuki-san Chi no Aneki (Ran İqaraşi) Inari, Konkon, Koi Iroha (Morohe Yoşida) Isuca (Osamu Takahaşi; davam edir) Kill La Kill (Ryo Akizuki) Mirai Nikki Paradox (Future Diary-nin spin-offu. Hadisələr alternativ zamanda baş verir. 5 fəsildir.
Young Boys
«Yanq Boyz» (Berner Sport Club Young Boys 1898) — Bern şəhərində İsveçrə futbol klubu.
Young thug
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur. 2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır. Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Özünü müdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Boris Lvoviç Rozinq
Boris Lvoviç Rozinq (Boris Lvovich Rosing); (23 aprel (5 may) 1869, Sankt-Peterburq – 20 aprel 1933, Arxangelsk) Rusiyanın alimi və televiziya sahəsində ixtiraçı == Həyatı == Boris Lvoviç Rozinq 23 aprel (5 may) 1869-cu ildə Sankt-Peterburqda anadandan olmuşdur. Boris 1879–1887-ci illərdə Sankt-Peterburqun Vvdensky gimnaziyasında təhsil almış, oranı qızıl medal ilə bitirmişdir. == Fəaliyyəti == Boris Lvoviç Rozinq 30 oktyabr 1907-ci ildə rus fiziki Boris Lvoviç Rozinq "Təsvirlərin məsafəyə elektrik vasitəsilə ötürülmə üsulu"na, yəni televiziyaya patent almışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Göstər özünü (teleserial)
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Jung Hye-young
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. == Filmoqrafiyasi == Televiziya drama.
Lozan məktəbi (iqtisadiyyat)
Lozan məktəbi — XIX əsrin sonu - XX əsrin əvvəllərindəki iqtisadi nəzəriyyədə neoklassik istiqamətdəki elmi məktəblərdən biri. Əsas nümayəndələri — Leon Valras (1834—1910) və Vilfredo Pareto (1848—1923). == Ümumi xüsusiyyətləri == Marginalizmin bütün sahələrindən Lozanna məktəbi neoklassik məktəbin formalaşmasında ən böyük rol oynadı. Əslində, neoklassik cərəyan böyük ölçüdə Lozan məktəbinin təlimlərinin Con Beyts Klark və Alfred Marşalın tapıntıları ilə birləşməsi kimi anlaşıla bilər. İngilis marjinalçıları olan Uilyam Stenli Cevons və Frensis İsidor Ecuort ilə birlikdə Lozan məktəbinin nümayəndələri idi. İqtisadiyyatın analizinə Lozanna yanaşmasının digər bir vacib xüsusiyyəti mexaniki sistemlərə mənimsənilməsidir. Bununla onlar avstriyalılardan kəskin şəkildə fərqlənirdilər və klassik iqtisadçılara yaxın idilər; üstəlik, analizlərinin mexanik mahiyyətində sonunculardan xeyli irəli getdiklərini söyləmək olar. Klassiklər üçün iqtisadiyyatın mexaniki obyektlərə assimilyasiyası ümumdünya və obyektiv qanunların ona xas olduğu fikrini irəli sürmək baxımından vacib idi . Lozanna məktəbinin nümayəndələrinə gəldikdə, onlar üçün belə bir assimilyasiya vacib idi, çünki iqtisadiyyatı tarazlıq sistemi kimi təmsil etməyə imkan verdi. Bu lozanlıların yanaşmasının başqa, bəlkə də ən əhəmiyyətli xüsusiyyətidir.
Park Min Young
Park Min-young (Hangul: 박민영; 4 mart 1986, Seul) — Cənubi Koreyalı aktisa və model. Park Min Young 1986-cı il 4 mart tarixində Seul'da anadan olub. Dongguk Universiteti Teatr və Kino şöbəsinin məzunudur. Sungkyunkwan Scandal, City Hunter , Healer kimi dünya çapında məşhur olan seriallarda rol alıb. Park Min Young SK Telecom reklam filmi ilə 2005-ci ildə əyləncə dünyasına ilk addımını atır. Bir il sonra aktrisalıq karyerasına Unstoppable High Kick! serialı ilə başlayır. 2007-ci ildə Gangster qızı "Eun Byul" rolunda oynadığı I'm Sam serialı ilə ulduzu parlamağa başlayır. Ardınca 2008-ci ildə "Gumiho" rolu ilə KBS kanalı serialı Hometown of Legends' da rol aldı. 2009-cu ildə Nangnang Krallığının Şahzadəsi "Nak Rang" rolunda Princess Ja Myung Go serialında və eyni ildə "Running Gu" serialında iki çalışqan maraton qaçışçılarının sevgisi arasında qalmış "Moon Haeng Joo" rolunu üstləndi.
Sözün həqiqi mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Yeon Kounq Kim
Yeon Kounq Kim (26 fevral 1988) — dünyaca məşhur cənubi koreyalı qadın voleybolçu. Dünyanın ən güclü hücumçuları sırasında göstərilir. Olduqca cəld, güclü zərbələri ilə digər voleybolçulardan asanlıqla seçilir. Türkiyənin Fənərbaxça komandasında forma geyinir. Bu klubla 2016-cı ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ildə imzalamışdır. Kimin peşəkar karyerası 2005-ci ildə (16 yaşında) öz ölkəsinin Heunqkuk Life komandasında başlamışdır. 2009-cu ilə qədər yerli klubda oynayan voleybolçu burada bir sıra uğurlara imza atmışdır. 2006, 2007 və 2008-ci illərdə ölkə çempionatının Ən Dəyərli Oyunçu mükafatını qazanmışdır. Adı çəkilən illlərdə keçirilən Cənubi Koreya çempionatlarında (2005-06, 2006-07, 2007-08 mövsümlərində) klubu ilə çempionluqlar da yaşamışdır.