Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir.Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Blutuz
Bluetooth — beynəlxalq standartlara uyğun bir telsiz ünsiyyət sistem. Bluetooth 100 metrə qədər məsafədə verilənlərin ötürülməsi və qəbuledilməsi üçün istifadə edilən texnoloji standartdır. Verilənlərin ötürülməsi və qəbul edilməsi 2400–2483,5 MHz tezlikdə qısa dalğaların radiasiyası vasitəsilə həyata keçirilir.İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər. == Tarixçə == Bluetooth sözü X əsrdə bir-birinə düşmən danimarkalı tayfaları birləşdirmiş kral I Heraldın ləqəbindən ("mavi diş") götürülmüşdür.1994-cü ildə Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir telsiz texnologiyası fikirini araşdırmaya başladı. Məqsəd rahatlıqsız, bir-birinə uyğunlaşmasız və tez-tez qəzalanan kabelli əlaqələrin yerini alan telsiz bir texnologiya inkişaf etdirmək idi. Araşdırmanın müsbət nəticələri ardından 1998-ci ildə beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group" (SIG)ı qurdu. İndiyə qədər SIGə 3com, Lucent, Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən artıq şirkət qatıldı. Bluetooth adı X əsrdə yaşamış Viking kralı Harald Blatand'dan ilhamlanaraq yaradılmışdır. Blatand Danimarka tərəfindəndə "Mavi Diş" yəni Bluetooth mənasını verir. Bluetooth texnologiyasının inkişaf etdirilməsində Skandinaviya şirkətlərinin böyük əməyi keçdiyi üçün, vaxti ilə Danimarkanı və Norveçi birləşdirib Xristianlaşdıran və Danimarka mədəniyyətinə yeni bir standart gətirən Blatand'ın adı istifadə edilmiş.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fuyuz
Fuyuz (fr. Fouillouse, oks. Folhosa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05057. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 188 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15–64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 82,7%, 1999-cu ildə 70,2%). Fəal olan 91 nəfərdən 83 nəfəri (53 kişi və 30 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) idi.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ay­rıl­mış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su höv­zəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Loqum
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır."Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Lugoa
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Murğuz
Murğuz (Zəngəzur) Murğuz — Kiçik Qafqazda dağ silsiləsi. Murğuz — Gədəbəy rayonunun cənubunda dağ. Hündürlüyü 2147 m.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. == Ümumi məlumat == Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir. L. Paster tərəfindən bu vaksinin yaradılması tibb elminin ən böyük nailiyyəti hesab olunur.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Suğur
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Uludüz
Uludüz — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Uludüz kəndi dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Mollalar olmuşdur. Yaşayış məntəqəsi Mollalar kəndindən köçüb gəlmiş ailələrin Uludüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "böyük düz, böyük ərazi" mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.