LÜZUM

is. Lazım olma, işə yarama, lazımlıq.
// Ehtiyac, hacət.
□ Lüzum görmək – lazım bilmək, vacib hesab etmək.
[Nizami:] Bir həqiqəti təkrar etməyə lüzum görmürəm. M.S.Ordubadi.

Lüzum yox(dur) – ehtiyac yoxdur, lazım deyil.
[Ədil bəy:] İnanıram, əzizim, tarixə baxmağa lüzum yoxdur. S.S.Axundov.
[Vaqif İbrahim xana:] Hələ ehtiyaca lüzum yoxdur. Çəmənzəminli.

LÜTLÜK
LÜZUMİYYƏT

Digər lüğətlərdə