Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Euphorbia laeta
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Hideki Maeda
Hideki Maeda (d. 13 may 1954) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 65 oyun keçirib, 11 qol vurub.
Hirotake Maeda
Hirotake Maeda (前田博武) — Yaponiya tarixçisi. O, Tokio Paytaxt Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin tarix üzrə professorudur. Maeda Yaxın Şərq tədqiqatları, Avrasiyaşünaslıq, İran və Qafqaz tarixləri üzrə ixtisaslaşmışdır. O, fars və gürcü dilində olan mənbələrdən istifadə edərək Səfəvilər dövlətində qulamların mənşəyi, onların İran tarixindəki rolu və mövqeyinə xüsusi diqqət yetirir. == Seçilmiş əsərləri == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica. 32 (2). 2003: 243–278. doi:10.2143/SI.32.2.563203.
Leunisia laeta
Leunisia (lat. Leunisia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Leunisia laeta Phil.
Maeda Toşiie
Maeda Toşiie (前田 利家, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri. 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır. 1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur. Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur. Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir. == Fəaliyyəti == === Oda klanı ilə === Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir. 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür. 1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır. Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir. Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir.
Malta Respublikası
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Malta Universiteti
Malta Universiteti (malta L-Università ta' Malta, ing. University of Malta) — Maltanın Mzida şəhərində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən qocaman universitetlərindən biri. Universitetdə bakalavr, magiistr və elmlər doktoru elmi adını almaq olur (PhD). == Tarixi == Əsası 1592-ci ildə qoyulmuşdur. Universitetin çoxlu sayda şöbələri və filialları vardır. Universitetdə 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar.
Malta adası
Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км². == Adı == İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir. == Coğrafiya və iqlim == Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır.
Malta arxipelaqı
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir. == Coğrafiyası == Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur. Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Malta bayrağı
Malta bayrağı — Maltanın Dövlət bayrağı == Malta bayrağı haqqında == Maltanın hazırkı bayrağı 1964-cü ildən bəri öz halını dəyişmədən saxlayıb. Lakin bu ildən əvvələdək Maltanın bayrağı bir çox dəyişikliklərə məruz qalıb. Buna səbəb isə Maltanın uzun illər İngiltərə Krallığının müstəmləkələrindən biri olması idi. Bu günkü bayrağın eninin və uzunluqlarının nisbəti 2:3-dür.
Malta boğazı
Malta boğazı - Malta adasını Siciliya adasından ayırır. Boğaz Malta ilə Avropa arasında əsas yolun üzərində yerləşir. Eni 95 km, dərinliyi mərkəzdə 100–150 m təşkil edir. Malta adasında əsas limanı Vallettadır. Siciliya adasında isə Cela və Sirakuza limanlarıdır. İkinci Dünya müharibəsi zamanı mühüm dəniz döyüşləri baş vermişdir. Bundan əvvəl isə Osmanlı İmperiyası ilə Malta donanması arasında döyüş baş vermişdir. Üstəlik boğaz Pun müharibələrinə də şahidlik etmişdir.
Malta coğrafiyası
Malta coğrafiyası- Malta ərazisi dağlıq relyefə malikdir.Ərazidə su çatışmazlığı mövcuddur.Buna baxmayaraq sahəsinin çox hissəsindən kənd təsərrüfatında istifadə olunur.Kənd təsərrüfatının ixtisaslaşması bilavasitə təbii şəraitdən asılıdır. == Əkinçilik == Aralıq dənizi tipli iqlim hakim olan sahələrdə zeytun,badam,sitrus bitkiləri,pambıq və s.istilik sevən bitkilər becərilir.Bundan başqa buğda,arpa,qarğıdalı,kartof,pomidor kimi bitkilər kəndli təsərrüfatlarında əsas istehlak xarakterli bitkilərdir.Gülçülük də inkişaf etmiş təsərrüfat sahəsidir. Maltanın kənd təsərrüfatı su mənbələrinin məhdudluğu və torpaqlarının daşlılığı üzündən çətinliklərlə qarşılaşır.İqlim burada quraqdır və suvarmaya böyük ehtiyac vardır. == Heyvandarlıq == Heyvandarlığı qoyunçuluq və qoşqu heyvanı kimi istifadə edilən qatır saxlamaqdan ibarətdir.
Malta cəngavərləri
Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden. Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslam və Osmanlı tarixində böyük izlər qoymuşdur.
Malta dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Malta dövləti
Malta Dövləti (malta Stat ta’ Malta) — müasir Malta Respublikasının sələfi. 21 sentyabr 1964-cü ildən 13 dekabr 1974-cü ilədək mövcud olmuş dövlət. Dövlət rəsmən konsitutsiyalı monarxiya olmuşdur. == Tarix == Malta vəliəhd koloniyası İngiltərə Parlamentinin 1964-cü ildə qəbul etdiyi Malta Müstəqillik Qanununa əsasən müstəqil olur. Həmin ilin mayında referendumla təsdiqlənən Maltanın yeni Konstitusiyasına əsasən kraliça II Elizabet Maltanın Kraliçası elan olunur. Onun konstitusiyaya əsasən funksiyaları Malta general qubernatoruna verilir. Dövlətin mövcudluğu dövründə II Elizabet 1967-ci ilin noyabr ayında Maltaya bir dəfə gəlir. İngiltərə Parlamenti tərəfindən Malta Müstəqillik Qanununun qəbul edilməsindən və Malta Konstitusiyasının təsdiqlənməsindən sonra 1964-cü ilin mayında keçirilən referendumda seçicilərin 54.5% müstəqlliyə səs verir. 21 sentyabr 1964-cü ildə Malta dövləti reallığa çevrilir. Onun konstitusiyalı monarxiya rejimi Maltanın kraliçası II Elizabet olur.
Malta himni
L-Innu Malti — Maltanın milli himni. Bəstəkarı — Robert Samut, sözlərinin müəllifi — Dum karm Psaila.
Malta kərtənkələsi
Malta kərtənkələsi (lat. Podarcis filfolensis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Elədə böyük olmayan kərtənkələ növü. Uzunluğu 6,5 sm-dir. Quyruğunun uzunluğu təqribən bədən uzunluğunun iki qatıdır. Rəngləri olduqca müxtəlif ola bilir. Boz rəngdən qəhvəyi yaşıl rənglər arasında dəyişir. Bel sütunu boyunca üç tünd zolaq uzanır. Böyür nahiyələrində tünd torlu ləkələr vardır. Qarın nahiyyəsi sarı, narıncı və qırmızı olur.
Malta məhkəmələri
Malta məhkəmələri və ya Devlet-i Âliye Divan-ı Harb-i Örfi, Birinci Dünya Müharibəsindən sonra işğalçı dövlətlər tərəfindən İstanbulda qurulan müharibə məhkəmələridir. Osmanlı İmperatorluğunda müharibə cinayətlərinin araşdırılması məsələsi ilk dəfə Paris Sülh Konfransında gündəmə gətirildi. Daha sonra Sevr müqaviləsinə (1920) də əlavə edildi. Osmanlılar Antanta dövlətlərinin təzyiqi və İttihad əleyhdarlarının intiqam duyğusu ilə İstanbulda bir sıra hərbi məhkəmələr qurdular. Bunun nəticələri istənilən kimi olmaığından, işğalçılar Maltada sözdə beynəlxalq məhkəmə qurmağa çalışsalar da, bacarmadılar. Məhkəmə olmamışdı, müttəhimlər onlara qarşı heç bir ittiham irəli sürülmədən araşdırılır və müharibə əsiri edilirdilər. == Sürgün haqqında == === Hərbi məhkəmə === Mudros müqaviləsindən sonra İstanbulun işğalı zamanı işğalçılar İttihad və tərəqqi partiyasının üzvü olan komandirləri və idarəçiləri həbs etməyə başladılar. 145 Osmanlı sərkərdəsi, idarəçi və ziyalı həbs edildi. Osmanlı tərəfindən qurulan hərbi məhkəmələrdə bir çox komandir müxtəlif müharibə cinayətlərinə görə mühakimə olundu. Ənvər, Tələt, Camal Paşa və bir çox digər məmurlar edama məhkum edildi.
Malta ordeni
Malta ordeni (İoannitlər ordeni, Hospitalyerlər ordeni) tam rəsmi adı - Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni. == Xarici keçidlər == Rəsmi saytı Beynəlxalq hüquqa görə Malta ordeni dövlət deyil, dövlətəbənzər qurum olmuşdur Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine http://www.neplaneta.ru/radio_mayak_30_01_05.shtml Arxivləşdirilib 2008-08-22 at the Wayback Machine http://armor.kiev.ua/army/hist/orden-gospital.shtml Г.Росси.
Malta tarixi
Malta tarixi Maltanın yerləşdiyi adanın tarixini əhatə edir. == Eradan əvvəl == Malta adasında ilk insanların yaşadığı dövr Neolit dövrü hesab edilir. Neolit dövrünə aid qalıqlar adanın cənub ərazilərinə yerləşən Birzebbuga əyalətinin yaxınlığındakı, Ghar Dalam mağarasında aşkar edilmişdir. Aparılmış qazıntılar zamanı maral, begemot və fil kimi heyvanların sümükləri aşkarlanmışdır. Malta tarixən Avropa və Afrika qitələrində yaşayan xalqlarla əlaqələr qurmuşlar. Malta adasında yaşamış yerli xalq, digər xalqlarla ilk vaxtlar az hallarda münasibət yaradırdılar. Bununla da maltalılar öz dillərini və mədəniyyətlərini əsrlərdir heç bir təsirə məruz qalmadan qoruya bilmişdilər. Aparılmış arxeoloji qazıntılar zamanı Gozo şəhəri yaxınlığında tapılmış abidələrin dünyada ən qədim abidələrdən olduğu məlum olmuşdur. Malta tarixinin ən önəmli məsələlərindən biri də yeraltı yolların və məbədlərin tikilməsi idi. Paolo yaxınlığında yerləşən Hypogeum məbədinin tikilmə üsulu, tarixə bu gündə məlum deyil.
Malta şəhərləri
Malta şəhərlərinin siyahısı.