Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlarında inşa olunan hündürmərtəbəli tikiliyə verilən ad. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Maykl
Maykl — ad.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Mayya
Mayya sivilizasiyası
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Habib Mayqa
Habib Diqbo Q'nampa Mayqa (1 yanvar 1996) — Sent-Etyen klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Metz klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Klub karyerası == === Sent-Etyen === Mayqa öz peşəkar karyerasında debütünü Sent-Etyen klubu ilə 4 mart 2017-ci ildə etmişdir. Mayqa 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Sent-Etyen Liqa 1 görüşündə Bastiya ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 14 oktyabr 2017-ci ildə Metz klubuna qarşı oyunda vurmuşdur. Mayqa 95-ci dəqiqədə qolla yadda qalmış və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. === Arsenal Tula === 21 fevral 2018-ci ildə Mayqa Rusiya Premyer Liqası təmsilçilərindən olan Arsenal Tula klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. == Milli karyerası == Mayqa 2017-ci ilin noyabr ayında Dünya Kubokunun təsnifat mərhələsində Mərakeş millisinə qarşı oyunda iştirak etmək üçün Kot-d'İvuar millisinə dəvət almışdır.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maaka doqquzdonu
Malka çayı
Malka çayı (kab.-çərk. Балъкъ, qaraç.-balk. Балыкъ суу — türkcə. Balıqlı çay) — Rusiya ərazisində axan çay. Terek çayının əsas qoludur. Çayın çox hissəsi Kabarda-Balkariya ərazisindən keçir, çayın aşağı axınında kiçik hissəsi Stavropol diyarından keçir. == Relyefi == Malka çayı mənbəsini Elbrusun şimal yamaclarında götürür. Qaya-qapı keçidi ərazisində Qızıl-Kol, Birjali-su, Siltran-Tari-su, Qaraqaya-su və digər adsız axınlar birləşərək Malka çayını təşkil edirlər. Bu hissədə qayalar səthə çıxdığı üçün, bu səbəbdən çay yatağı 20,40 m hündürlüklərində dörd şəlaləyə haçalanır. Malka çayının yuxarı axarında, bir çox qolu özündə birləşdirən gur suludağ çayı axır (26), bunlardan ən böyüyü Muşta və Kiçmalka - sol, Şau -Qol isə sağ qolunu təşkil edir.
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. == Ümumi məlumat == Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həm də süni Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. === Vrelo mağarası === Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Mayak (Beyləqan)
Mayak — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Mayak (dəqiqləşdirmə)
Mayak — Gəmilərə yol göstərən qurğu. Mayak (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Mayak bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.. Mayak (qəzet) — Sovet dövründə Əli Bayramlıda nəşr olunmuş qəzet. 1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 2 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Mayak Kərimov
Mayak Kərimov (30 noyabr 1944 – 4 noyabr 2011)— Azərbaycanlı aktyor. == Həyatı == Mayak Kərimov 30 noyabr 1944-cü ildə anadan olmuşdur. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Aktyorluq" fakültəsini bitirmişdir. Onu 60-a qədər filmdə görmək olar. 4 noyabr 2011-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: əks-inqilabçı təşkilat üzvü Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-rol: Ədhəmin dostu Anlamaq istəyirəm (film, 1980)-rol: elmi işçi Bəyin oğurlanması (film, 1985) Bir nömrəli... (film, 1980) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Dad (film, 1984) Dədə Qorqud (film, 1975) Doğma sahillər (film, 1989) Dolu (film, 2012) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Gümüşü furqon (film, 1982) "Hacı Mail" nağılı... (film, 2005) Həmyerli (film, 1989) Həyat bizi sınayır (film, 1972) Xəbərdarlıq (film, 1985) Xoşbəxtlik qayğıları (film, 1976) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Küləyapardı (film, 1986) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qəm pəncərəsi (film, 1986) Qətl günü (film, 1990) Qəzəlxan (film, 1991) Mastika (film, 1986) Məhəbbətin familiyası (film, 1977) Mənim ağ şəhərim (film, 1993) Musiqili sınaq (film, 1982) Nəsimi (film, 1973) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Orijinal üsul (film, 1983) Özgə ömür (film, 1987) Papaq (film, 2007) Pəncərə (film, 1991) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sübut (film, 1982) Şir evdən getdi (film, 1977) Təhminə (film, 1993) Tənha narın nağılı (film, 1984) Torpaq.
Mayak bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.