Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Başmaq
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir. Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Marşlar
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Mastara
Mastara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci il də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Masyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. Azər Maşxanlı — ifaçı. Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994). Azər Əsədullayev (1967–1997).
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Myanmar
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Şahmar
Şahmar (Culfa)
Marmara
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Başmaq (Həştrud)
Başmaq (fars. باشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (57 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Cebel-Şammar
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Daniele Massaro
Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961, Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir. Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyuk klubların diqqətini çəkir. 1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir. 1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.