Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Memuar
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
SSRİ xalq memarı
SSRİ xalq memarı (rus. Народный архитектор СССР) — SSRİ Ali Sovetinin 12 avqust 1967-ci il fərmanı ilə təsis olunmuşdur. Azərbaycanlılardan bu ada Mikayıl Hüseynov (1970) layiq görülmüşdür.
Azərbaycan Respublikasının əməkdar memarı
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Memati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Məmati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Qida məmulatı
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Atəşböcəklərinin məzarı
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. == Məzmun == Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.
Meyari-təriqət
Meyari-təriqət — bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib , Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki, ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası, Əsəd əf.,25418-dədir.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Məmati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir. Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır. Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.
Optimallıq meyarı
Optimallıq meyarı (optimallaşdırma meyarı) — tapılan həll yolunun optimallığının dəyərinə görə qiymətləndirilən problemin həllinin xarakterik göstəricisi, yəni müəyyən edilmiş tələblərin maksimum dərəcədə ödənilməsi. Bir tapşırıqda bir neçə optimallıq meyarı müəyyən edilə bilər. Optimizasiya — verilən kriteriyalar üçün problemin (parametrlər dəsti) ən yaxşı və ya optimal həll yolunu tapmaqdır. Bir obyekti xarakterizə edərkən tələblərin bütövlüyünü təmin edəcək belə meyarı seçmək çətindir. Və hərtərəfli bir həll yolu tapmaq və çox sayda meyar təyin etmək vəzifəni çox çətinləşdirir. Bu səbəbdən fərqli tapşırıqlarda meyarların sayı fərqli ola bilər. Tək meyarlı optimallaşdırma problemləri (bir optimallaşdırma meyarı ilə) bəzən skaler, çox meyarlı isə vektor optimallaşdırması adlanır. Bundan əlavə, optimallaşdırılan obyekti (tapşırığı) xarakterizə edən parametrlərin sayı da fərqli ola bilər və parametrlər davamlı və ya diskret olaraq dəyişə bilər (diskret optimallaşdırma). Məhdud halda praktik problemlərin həlli meyarları "qiymət" və "keyfiyyət" (sözdə "qiymət-keyfiyyət") olan iki meyarlı optimallaşdırma probleminə endirilə bilər. Bu açıq şəkildə həm iqtisadi (qiymət), həm də istehsal və texniki (məhsul keyfiyyəti) tələbləri nəzərə almağa imkan verir.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.
Temuri Ketsbaya
Temuri Ketsbaya (gürc. თემური ქეცბაია; 18 mart 1968, Qali) - Gürcüstan milli futbol komandasının baş məşqçisi. Temuri Ketsbaya futbolçu karyerası ərzində Gürcüstan, Yunanıstan, İngiltərə və Şotlandiya klublarının şərəfini qoruyub. 1992-2002-ci illərdə Gürcüstan millisində çıxış etmiş sabiq yarımmüdafiəçi 45 oyunda 15 qol vurub. 2004-cü ildən məşqçilik karyerasına başlayan Ketsbaya Kiprin Anortosis Famaqusta və Yunanıstanın Olimpiakos klublarına başçılıq edib. Onun rəhbərliyi altında Anortosis Famaqusta tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2009-cu ilin noyabr ayında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Yulii məzarı
Yulii məzarı (it. Tomba di Julii) və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında yerləşən Vatikan nekropolunda məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir. Beckwith, John 1979. Early Christian and Byzantine Art (Yale University Press): 19 Perler, Othmar 1953, Die Mosaiken der Juliergruft im Vatikan (Universitätsverlag): 34-36 Weitzmann, Kurt, ed., Age of spirituality: late antique and early Christian art, third to seventh century, no.
Memati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Avşalomun məzarı
Avşalomun məzarı — həmçinin Avşalomun Sütunu adlanır, Qüdsdəki Kidron vadisində, Türbədən bir neçə metr aralıda yerləşən konusvari damı olan qədim monumental qayaüstü qəbirdir. Zəkəriyyə və Benei Hezir türbəsi. Ənənəvi olaraq İsrail padşahı Davudun üsyankar oğlu Avşaloma aid edilsə də (təxminən eramızdan əvvəl 1000-ci il), son tədqiqatlar onu eramızın 1-ci əsrinə aid edir. Türbə təkcə öz başına bir dəfn quruluşu deyil, yuxarı hissəsi aşağı hissəsindəki türbə üçün nəfəs (cənazə abidəsi) funksiyasını yerinə yetirir, lakin yəqin ki, o, həm də ona bitişik olan dəfn mağara sistemi üçün nəfəs kimi nəzərdə tutulmuşdur. Yehoşafatın mağarası və ya türbəsi, onunla eyni vaxtda və vahid plan əsasında tikilmiş bir varlıq təşkil edir. Müstəqil abidədə üç dəfn yeri olan bir dəfn kamerası var. Kamera abidənin möhkəm alt hissəsindən oyulmuşdur, lakin ona yalnız yuxarı hissədən tikilmiş giriş və pilləkən vasitəsilə daxil olmaq olar. Alt seqmentin qayadan kəsilmiş təbiəti və finialın üslubu nəzərə alınmaqla, o, Petra ilə müqayisə edilmişdir. ​ == Tanışlıq == İstifadə olunan memarlıq üslublarının təhlili göstərir ki, abidənin tikintisi və onun ilk istifadə mərhələsi eramızın I əsrinə təsadüf edir. Abidəyə açılan qeyri-düzgün formalı dəliklər daha sonrakı tarixə, ehtimal ki, Bizans dövrünə aiddir.
Degəh (Məlkari dehistanı)
Degəh (fars. دگه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (30 ailə).
Mazanabad (Məlkari dehistanı)
Mazanabad (fars. مزن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Yapon lak məmulatı
Yapon lak məmulatı (漆器, şikki) – yapon lak ağacından əldə olunan şirə ilə hazırlanan Yaponiya dekorasiya məmulatları. Lak bu cür incəsənət məhsullarına gözəllik verməklə yanaşı onları nəmdən və zədələnmələrdən qoruyur. Yapon lak məmulatları minlərlə il salamat qala bilər. Yaponiyada tapılmış ən qədim parçalar Comon dövrünə aiddir. Ən qədim yapon lak rəsmləri isə VII əsrə aid olub Horyuci məbəd kompleksində tapılmışdır. Bir çox antik parça Narada yerləşən VII əsrdə aid Şosoin anbarında saxlanılmışdır. Lak məmulatlarının ən çox istehsal olunduğu dövr XVI-XVIII əsrlərdir. Həmin dövrdə daymyolar lak məmulatlarının böyük sifarişçiləri idilər. Honami Koetsu və Korin həmin dövrün ən tanınmış lak sənətçiləri idi. Müasir dövrdə isə lak sənətçisi Qenroku Matsuda Yaponiyada "Yaşayan milli xəzinə" elan olunmuşdur.
Zivə (Məlkari dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (75 ailə).