MEHVƏR
MEMARİ
OBASTAN VİKİ
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Memar (1971)
== Məzmun == Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Cerard
Meyster və ya Memar Cerard (doğum 1210/1215, ehtimal olunan doğum yeri Rayl, Almaniya - ölüm 24/25 aprel 1271, Köln, Almaniya) — Köln kafedralının birinci memarı. O həmçinin adının latınca versiyası Cerard von Ril kimi də tanınır. Ril Amyens Kilsəsi üçün model hazırlamışdı. == Biblioqrafiya == Paul Klemen (ed.): Der Dom zu Köln (= Die Kunstdenkmäler der Rheinprovinz. Band 6, Teil III). Reprint der 2., vermehrten Auflage, Düsseldorf, 1938. Düsseldorf Schwann 1980, ISBN 3-590-32101-6 İohan Jakob Merlo: Geschichte der Kölner Dombaumeister (= Nr. 75 der Jahrbücher des Vereins von Alterthumsfreunden im Rheinlande), 1883 İohan Jakob Merlo: Nachrichten von dem Leben und den Werken kölnischer Künstler, S.133 Köln 1850 Henrix Pröhle: Meister Gerhard von Rile, des Kölner Domes Baumeister, in: Rheinlands schönste Sagen und Geschichten. Berlin 1886, S. 213-216 (E-Text) Sulpiz Boisserée: Meister Gerhard, muthmaßlicher Baumeister des Doms v. Köln.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. == Həyatı == Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Memar (film, 1971)
== Məzmun == Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Əcəmi 2
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. == Tarixi == Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.
Memar Əcəmi metrostansiyası
Memar Əcəmi metrostansiyası — Bakı metropolitenində 1985-ci ildən fəaliyyətə başlayan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani adına metrostansiya.
Abbasqulu (memar)
Abbasqulu (az.-əski. آبباسقولو‎ XVIII əsr – XVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.
Radovan (memar)
Radovan (Latınca Raduan; XIII əsr, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – XIII əsr) — XIII əsrdə Trogirdə yaşamış Xorvat heykəltaraş və memar. == Haqqında == Radovan XIII əsrdə Xorvatiyanın Trogir şəhərində anadan olmuş və həmin şəhərdə ömür sürmüş heykəltaraş və memardır. Xorvatiyada Usta Radovan kimi tanınırdı. Trogir Kafedralında Roman portalındakı abidəsi istisna olmaqla şəxsiyyəti və bu sənətkarın fəaliyyəti barədə heç bir məlumat yoxdur. Radovan adını və əsas portalı hazırlama tarixini - 1240-cı ili girişdə Lunette üzərində qeyd etmişdir. Mətn məlumat verir ki, usta Radovan heykəltaraşlıq sahəsində ən yaxşılardan idi və layihə Tuskan, Florensiyalı Trequan Trogir yepiskopu olanda tamamlanıb. Radovan Trogirin doğma ppoğlu idi və XIII əsr Trogir arxivlərində onun adı da xatırlanır. Onu müəllifi olduuğu portal 4 hissədən ibarətdirː Qapının girişində şirlərlə birgə təsvir olunan Adam və Həvvanın üryan fiqurları; içəridə çoxsaylı barelyeflər və ov səhnələri və son olaraq mərkəzdə Məsihin həyatından səhnələri əks etdirən təsvirlər. Məsihin çağırışından Dirilişə timpanium ətrafında arkalar var. Son olaraq isə Məsihin doğum timpanimudur.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Todos (memar)
Todos və ya Todosak (erm. Թոդոսակ; VI əsr – VII əsr) — orta əsr erməni memarı. O, Ermənistan və Gürcüstanda bir sıra kilsələr tikmişdir. İndiki dövrdə Todosun həyatı haqqında çox az şey məlumdur. == Kilsələr == Ateni Sionu — VII əsrdə inşa edilmişdir. Avan bazilikası 588–597-ci illərdə inşa edilmişdir. Cvari monastırı — 605–642 aralığında Todos tərəfindən inşa edildiyi güman olunur.
Memar Kəmaləddin
Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[…] – 13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. == Həyatı == Əhməd Kəmaləddin 1870-ci ildə İstanbulun Acıbadəm səmtində orta gəlirli bir ailənin tək övladı olaraq dünyaya gəlib. Atası Dəniz Donanması miralaylarından Əli bəy, anası isə Sadbərk xanım idi. O, ibtidai təhsilini 1875-ci ildə İbrahim Ağa İbtidai məktəbində alıb. Orta təhsilini isə 1881-ci ildə atasının tutduğu vəzifəsi ilə əlaqədar olaraq yaşadıqları Kritdə davam etdirib. Bir müddət sonra ailəsi ilə birlikdə İstanbula qayıdan Kəmaləddin bəy orta təhsilini Numune-i Terakkidə (İstanbul Oğlan liseyi) tamamladı. Mühəndisliyə marağı olan Kəmaləddin bəy 1887-ci ildə 17 yaşında Hendese-i Mülkiye məktəbinə (İstanbul Texniki Universiteti) daxil oldu. == Təhsili == 1891-ci ildə mühəndislik təhsilini başa vurduqdan sonra həmin məktəbdə dərs deyən alman akademik Yaxmundun assistanı təyin edildi. Dörd il assistanlıq edən Kəmaləddin, məktəbdən kənarda da şəxsi ofisini açıb ilk işlərinin dizaynına başladı.
Libon (memar)
Libon — qədim Yunanıstan memarı. Elidada anadan olmuş və e.ə. V əsrdə yaşamışdır. O, təxminən e.ə. 460-cı ildə Olimpdə Zevs dor məbədini tikmişdir. Libonun məbəddəki işi ilə Afina Akropolundakı parfenonun texnikası və dizaynını ilhamlandırdığı bildirilmişdir.
Məhəmməd Təqi (memar)
Məhəmməd Təqi — Memar. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bu memarın adı Naxçıvan şəhərindəki Came məscidinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Hicri 1311/1894 ildə inşası başa çatan, indi də dindarların istifadə etdikləri Came məscidinin kitabəsində memar: "Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı, doqquzuncu imamın adı isə Məhəmməd Təqidir. Deməli, məscidin memarının adı Məhəmməd Təqi olmuşdur.
Pərviz Hüseynov (memar)
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. == Həyatı == == Mükafatları == Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Rasim Əliyev (memar)
Rasim Həsən oğlu Əliyev (16 iyul 1934, Gəncə – 13 noyabr 2021, Bakı) — Azərbaycan memarı və rəssamı; Azərbaycan SSR əməkdar memarı (1979), Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü. == Həyatı == Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. O, 1974-cü ildə Bakının Baş memarı təyin olunub və 14 il müddətində bu vəzifədə fəaliyyət göstərib. 18 iyul 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilmiş, onun haqqında 2006-cı ildə çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirdə yubilyara Azərbaycan Memarlar İttifaqının diplomu təqdim edilib. == Mükafatları == R.Əliyev 2000-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf", 2014-cü il 16 iyul tarixində isə "İstiqlal" ordeni ilə təltif edilib. Rasim Əliyev 13 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir. == Fəaliyyəti == O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.
Robert Atkinson (memar)
Robert Atkinson (ing. Robert Atkinson; d. 1 avqust 1883 – ö. 26 dekabr 1952) — İngilis memar.
Səbinə Hacıyeva (memar)
Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar. == Həyatı == Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib. 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb. 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. == Fəaliyyəti == Elmi Fəaliyyəti 1994-2003-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub.
Sənan Sultanov (memar)
Sənan Sultanov — Azərbaycanın mühəndis-memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Sənan Sultanova həsr edilmişdir.
Tahir Abdullayev (memar)
Tahir Abdulla oğlu Abdullayev (25 avqust 1915, Naxçıvan – 5 yanvar 2004, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). == Həyatı == Tahir Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası gənc yaşlarında vəfat etmiş, ailənin dörd övladı – iki qız və iki oğlan anaları Surə xanımın himayəsi ilə böyümüşlər. Tahir Abdullayev 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır. Həyat yoldaşı Fatma xanım, bir oğlu Namiq Abdullayev və bir qızı Esmira var idi. == Fəaliyyəti == 1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan Tahir Abdullayev 1941–1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944–1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə "Qafqazın müdafiəçisi" medalı ilə təltif olunur. 1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan Tahir Abdullayev 1992-ci ilə qədər — 41 il burada fəaliyyət göstərir.ş Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir Abdullayev, 1993-cü ildən ömrünün sonunadək "Bakıdövlətlayihə" institutunda əmək fəaliyyətini davam etdirmişdir.
Uilyam Adam (memar)
Vilyam Adam (1689[…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748, Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu. XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı. Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms.
Vidadi Muradov (memar)
Vidadi Həbibullah oğlu Muradov (27 dekabr 1945, İlisu, Qax rayonu) — Əməkdar memar. == Həyatı == Vidadi Muradov 27 dekabr 1945-ci ildə Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Qax şəhər 1 saylı orta məktəbi Qızıl medalla bitirmiş, 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutu İnşaat fakultəsinin Memarlıq bölməsində təhsil almış, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1967-ci ildə tələbə elmi işlərinin Ümumittifaq (SSRİ) müsabiqəsinin qalibi kimi "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakı Şəhər Dövlət Layihə İnstitutunda memar işləmiş,1969-1971-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur.1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik elmi dərəcəsi almışdır. 1973-1978-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi,1978-1982-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır.1974-cü ildən keçmiş SSRİ, hazırda Azərbaycan Memarlar İttifaqının üzvüdür.1991-1995-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü olmudur. 1982-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur: 1982-2007-cü illərdə dosent, 2007-ci ildən isə professorudur, "Memarlıq tarixi və nəzəriyyəsi","Memarlıq konstruksiyaları","Tarixi mühitin qorunması və bərpası", "Bərpa və konservasiya", "Memarlıq abidələrinin bərpasında regional xüsusiyyətlər" fənlərindən mühazirə oxuyur. Memarlıq tarixi və nəzəriyyəsinin, Azərbaycan memarlıq və şəhərsalma irsinin tədqiqi və onun istifadəsinin nəzəri məsələləri sahəsində mütəxəssisdir. Müxtəlif beynəlxalq və respublika miqyaslı elmi komfransların iştirakçısıdır. 70-dən artıq elmi əsərin,o cümlədən iki monoqrafiyanın,dörd dərs vəsaitinin,bir sıra metodik göstərişlərin, fənn proqramlarının müəllifidir. 1996-ci ildə MDB və Avropanın müsəlman ölkələri ilə Misir Texniki Əməkdaşlıq Fondunun Abidələrin bərpası və konservasiyası üzrə Qahirədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq seminarın xüsusi şəhadətnaməsini almışdır.
Vilyam Adam (memar)
Vilyam Adam (1689[…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748, Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu. XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı. Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms.
Xacə Cəmaləddin (memar)
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur. Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti (KDMİU) (əvvəlki Kazan İnşaat İnstitutu (Kİİ), Kazanda yerləşən və 1930-cu ildə qurulmuş rus ali təhsil müəssisəsidir. == Tarixi == 1889-cu ildə Rusiya İmperiyası Xalq Təhsili Nazirliyinin xüsusi bir komissiyası, Volqa-Ural tacirlərinin təşəbbüsü ilə Kazanda texniki işçilər yetişdirən bir təhsil müəssisəsi açmağa qərar verdi - iki səviyyəli peşə təhsili olan birləşmiş Sənaye Məktəbi : mexaniki, kimyəvi və inşaat ixtisasları ilə ikincil kimyəvi və aşağı texniki. Sənaye məktəbinin formalaşması ilə Kazanda və Volqa-Ural bölgəsində inşaat təhsili başlayır. Təhsil binasının ilk daşı 12 iyun 1896-cı ildə qoyuldu. Təhsil binalarının tikintisi üçün müqavilə V. və A. Şəxslər qardaşlarının Ticarət Evi ilə bağlanmışdır. Binaların tikintisinə nəzarət etmək üçün Kazan təhsil bölgəsinin memarı S.V.Beçko-Druzin təyin edildi. Binanın özü məşhur memar Konstantin Oleşkeviç tərəfindən dizayn edilmişdir. Rusiya Müvəqqəti Hökümətinin 30 may 1917-ci il tarixli 131 saylı fərmanına uyğun olaraq, bir bina da daxil olmaqla üç şöbədən ibarət olan (30 sentyabr 1917-ci il tarixdən) Kazan Politexnik Məktəbinə çevrildi. 21 Noyabr 1918-ci ildə Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 3420 nömrəli əmri ilə birincisini daxil edən Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci yaradıldı: Kazan Politexnik Məktəbi, Kazan Rəssamlıq Məktəbi, Kazan Ticarət Məktəbi və Vilna Kimya və Texniki Məktəbi. 2 yanvar 1919-cu ildə, RSFSR Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 22 saylı fərmanı ilə Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci, 9 yanvarda bir hissəsi olaraq işinə başlayan Kazan Politexnik İnstitutuna çevrildi.
Kolonial intibah memarlığı
Kolonial intibah memarlıq üslubu Amerika müstəmləkə memarlığının elementlərini canlandırmağa çalışır. Kolonial intibah memarlığı üslubunun başlanğıcları tez-tez amerikalıları öz müstəmləkə keçmişlərinin memarlıq ənənələri ilə tanış edən 1876-cı ilin yüzillik sərgisi ilə əlaqələndirirdi. 1880–1910-cu illərdə ABŞ-də Kraliça Anne tipli memarlığın üstünlük təşkil etdiyi bir dövrdə olduqca az sayda Kolonial intibah evləri tikilmişdir. 1910-1930-cu illərdə Kolonial intibah memarlığı hərəkatı yüksəldi. Bu dövrdə ABŞ-də evlərin təxminən 40%-i intibah memarlığı üslubunda inşa edilməyə başlamışdır. Müharibədən sonrakı dövrdə (1950-1960-cı illərin əvvəlləri), Kolonial intibah evləri daha sadələşdirilmiş formada tikilməyə davam etmişdir. İndiki dövrdə də bir çox yeni ənənəvi evlər Kolonial intibah memarlığı üslubundan istifadə edilərək tikilir. Kolonial intibah memarlığı üslubunda dominant təsirlər Gürcüstan və federal memarlığı olsa da, Kolonial intibah evləri də, Hollandiya müstəmləkə üslubundan və orta əsrlərdən sonrakı ingilis üslublarını da az dərəcədə cəlb edir. Kolonial intibah evləri tez-tez bu prototiplərin bəzilərinin cəhətlərini sərbəst birləşdirən eklektik bir tərzə sahibdirlər. Memarlıq hərəkatı ilə əlaqəli olsa da, "Kolonial intibah" tarixi qorunma, landşaft memarlığı, bağ dizaynı və müstəmləkə formalarından ilham alan və ya ilham verən dekorativ sənət növlərinə də aiddir.
Konstruktivist memarlıq
Konstruktivizm, Konstruktsionizm və ya Konstruktivist memarlıq — müasir memarlığın bir növü olub, daha çox Sovet Sosialist Respublikaları İttifaqında 1920-ci və 1930-cu illərin əvvəlində geniş yayılmışdır. Bu növ memarlıq inkişaf etmiş texnologiyanı və mühəndislik elmlərini dövürün Kommunist ideologiyasına uyğun bir sosial məqsədlə birləşdirməyi və bu məqsəd istiqamətində dizaynlar etməyi hədəfləmişdir. Hər nə qədər bir-biri ilə rəqib olan bir neçə qrup olsa da, 1932-ci ildə tamamilə popyularlığını itirənə qədər, bir çox dizaynı tətbiq etmək fürsətini əldə etmiş və tamamlanmışdır. Həmçinin, 1932-ci ildən sonra gözdən düşməsinə baxmayaraq, sonrakı illərdə və dövrlərdə yeni memarlıq istiqamətlərinə olduqca əhəmiyyətli təsirləri olmuşdur. == Konstruktivizm haqqında == Kontstruktizm Rus futurizmindən irəli gələn daha geniş kontstruktiv incəsənət cərəyanından meydana çıxmışdır. Kontstruktiv incəsənət üç ölçülü kubist təxəyyülünü kinetik ünsürləri olan tamamilə mücərrəd qeyri-obyektiv "konstruksiyalara" tətbiq etməyə təşəbbüs göstərmişdi. 1917-ci il Rusiya inqilabından sonra o, öz diqqətini yeni rejimin tələb etdiyi yeni sosial tələblər və istehsalat məsələlərinə çevirdi. İki müxtəlif düşüncə tərzi meydana çıxdı. Birincisi fəza və ahənglə əlaqəli Antuan Pevsner və Naum Qabonun "Realist manifest"ində ümumiləşmişdi. İkincisi isə Maarifçilik Komissarlığı daxilindəki mübarizəni təmsil edirdi.
Mart hadisələri zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. == Abidələrin siyahısı == Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Mart soyqırımı zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. == Abidələrin siyahısı == Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Memar Sinan İncəsənət Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Memar Əcəmi-2 metrostansiyası
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. == Tarixi == Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.
Memarlıq
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. == Etimologiya == "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
Memarlıq doktoru
Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə. Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Memarlıq terminlərinin siyahısı
Memarlıq terminlərinin siyahısı — == A == Aisle Sütunlar, dayaq, və ya ismarışlar tərəfindən ayrılmış binada törəmə yer. Apron 1. Qoruyucu, kiminsə libasının arkasından bağlanmış qoruyucu geyim 3. Böyük sahə və ya strukturun bitişik kiçik ərazisi.. Apse Bir kilsədə böyük yarımdairəvi və ya çoxbucaqlı taxça. Arcade Bir və ya hər iki tərəflə birlikdə kəmərlə əhatə olunan keçid yolu. Arch Əyri simmetrik quruluşu olan bir körpü, dam, və ya divar Architrave Giriş və ya pəncərə ətrafında qəliblənmiş çərçivə Arris İki səthin bir bucaq altında kəsişdiyi kəskin kənar. Arrowslit Xüsusilə orta əsr istehkam tikilisi,Ox atmaq üçün istifadə edilən bina Articulation Memarlıqda bir-birinə qoşulan hissələrin artikulasiyası. Ashlar Böyük kvadrat şəklində kəsilmiş daşlar. Atrium (plural: atria) Qədim Roma evinlərində bir açıq çatılı giriş zalı və ya mərkəzi məhkəmə.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Memarlıqda eklektizm
Memarlıqda eklektizm XIX və XX əsrlərdə xüsusilə məşhur olan bu növ bədii ifadələrin bir tendensiyası idi. Bu tendensiyanın əsas xüsusiyyəti müxtəlif üslub elementlərinə sahib olması idi. Səbəb eklektik sənət nümayəndələrinin sabit qaydalara və qanunlara uyuşmamasıdır; bu səbəbdən heterojen bir üslub sayılırdı. XIX əsrin ortalarında eklektizm ən vacib memarlıq anını yaşamışdır. Bu üslubun ən aydın nümunələrinin yaradıldığı Rusiyada (Asiya və Avropanın bir hissəsi olduğu üçün qitələrarası bir millət) olmasına baxmayaraq, təsiri Avropa qitəsində daha güclü idi. İlk əsərlərin Fransada inşa edildiyi müəyyən edilmişdir. Eklektik memarların hədəflərindən biri əvvəlcədən qurulmuş qəliblərə riayət etmədən daha yaradıcılıqla işlər qurmaq idi. == Tarix == Eklektizm bir cərəyana çevrilməzdən əvvəl dövrün memarları neoklassik hərəkatın normalarına uyğun işləyirdi. XIX əsrin birinci yarısında tikinti üslubunda bir fikir ittifaqı yox idi və tikililər Roma və ya Yunan parametrləri ilə idarə olundu. Memarlar barokko, şərq və ya Yunan detalları kimi digər memarlıq üslublarına xas xüsusiyyətlərə sahib olan mövcud üslubların bir çoxunun qarışığı ilə təcrübə etməyə başladılar.
Mesopotamiya memarlığı
Qədim Mesopotomiya (İkiçayarası) xaqlarında memarlığı mühüm əhəmiyyət kəsb edirdi. İkiçayarasında təbii ehtiyatlar yox dərəcəsində idi. Orada tikinti ağacları və daş kifayət qədər olmadığından xüsusilə gil - kərpic memarlığı təkmilləşmişdı. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər. == Xüsusiyyətləri == Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi. E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir.
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey. Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Norveç Milli Qalereyasının birləşməsindən ibarətdir. Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur. Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir. == Kolleksiyalar == === Milli Qalereya === Milli Qalereya (norv.

Digər lüğətlərdə