Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Mərmərə
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Mərmər taxtabiti
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Mərmər xul
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. == Morfoloji əlamətləri == Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür.
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Mərmər mağara (Kosovo)
Mərmər mağara (serb. Мермерна пећина/Mermerna pećina, alb. Shpella e Mermerit) — Kosovonun Liplyan bələdiyyəsinin Domlye Qadimlye kəndində yerləşən karst mağarası.[a] Mağaranın böyük hissəsi hələ də tədqiq edilməyib. Mağara 1966-cı ildə kəndli Ahmet Diti tərəfindən daş kəsərkən kəşf olunmuşdur. == Həmçinin bax == Serbiya mağaralarının siyahısı == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == 501 Must-visit Natural Wonders. Bounty Books. 2007. ISBN 978-0-7537-1591-8. "Mermerna pećina". 2003-12-23 tarixində orijinalından arxivləşdirilib.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Zaqafqaziya mərmər böcəyi
Zaqafqaziya mərmər böcəyi (lat. Polyphylla fullo) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Zaqafqaziya mərmər böcəyi 28–38 mm uzunluqda olub, qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəciyinin əsasında isə qara haşiyə vardır. Bığcıqları lövhə şəkilindədir. İyunun sonundan başlayaraq böcəklər kütləvi uçuşa başlayırlar. Böcəklər ancaq gecələr fəal olur. Az müddət sonra böcəklər cütləşməyə başlayırlar. == Həyat tərzi == Bir dişi böcək həyatı ərzində 15-40-a kimi yumurta qoyur. 20-25 gün keçdikdən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Birinci qabıqdəyişməyə qədər sürfələr humus, müxtəlif bitki qalıqlarının çürüntüləri və s.
Əmirvar mərmər yatağı
Qəhvəyi mərmər bağacığı
Qəhvəyi mərmər bağacığı — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Qəhvəyi mərmər bağacığının bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmərə Universiteti
Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir. 16 yanvar 1883-cü ildə Həmidiyyə Ticarət Məktəbi-Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildən Osmanlı Təhsil Nazirliyinə tabe olan məktəb təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Mərmərə Universiteti adlandırılmışdır. Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir.
Mərmərə adası
marmara Mərmərə (türk. Marmara), əvvəllər Prokonnessos (yun. Προκόννησος) — Mərmərə dənizinin qərbində Türkiyəyə məxsus ada. == Coğrafiyası == Mərmərə dənizinin ən böyük adasının sahəsi 117 km², hündürlüyü isə 699 m-ə qədər (Kap dağı). Sahilləri dik, kiçik körfəzləri, relyefi isə dağlıqdır. Ada Balıkəsir ilinin Mərmərə dairəsinin mərkəzidir. Həm Aralıq dənizi həm də Qara dəniz iqliminin təsirləri adada göründüyü üçün bitki örtüyü ilə çox zəngindir. Adanın cənub hissəsi zeytun ağacları və maquislərlə örtülü olduğu halda, şimal sahili meşəlikdir. Ada dünyanın ən qədim və Türkiyənin ən böyük mərmər mədənlərinə malikdir. Prokonnesos mərməri qədim dövrlərdə ən çox istifadə edilən mərmərdir.
Mərmərə dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Prokonnesos mərməri
Prokonnesos mərməri ya da Mərmərə adası mərməri, antik adı Prokonnesos olan müasir Mərmərə adasında 2000 ildən artıqdır çıxarılan ağ mərmərdir.
Metyu Merser
Metyu Kristofer Miller (ing. Matthew Christopher Miller), daha çox Metyu Merser (ing. Matthew Mercer; 29 iyun 1982) — anime, cizgi filmləri və videooyunlarda fəaliyyət göstərmiş ABŞ səs aktyoru. O, ailə üzvlərinin keçmişdə istifadə etdiyi Merser soyadını istifadə etməyə qərar vermişdir, çünki bu, Millerdən daha az yayılmış ad idi. O, "Resident Evil 6", "Mortal Kombat 9", "Titanfall 2", "Overwatch", "Persona 5", "League of Legends" və "Fallout 4" kimi videooyunlarda səs aktyorluğu etmişdir. Aktyorluqdan əlavə, Merser "Critical Role" veb-serialında Zindan masteri kimi görünür.
Məmər məscidi
Məmər məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə erməni işğalı dövründə donuz saxlanılması beynəlxalq reaksiyalara və etirazlara səbəb olub. == Haqqında == Məmər məscidi XVIII əsrdə Azərbaycanın Qubadlı rayonunun Məmər kəndində tikilib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Məmər məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin binasından anbar kimi istifadə olunub.
Mərmər saray (Sankt-Peterburq)
Mərmər saray (rus. Мраморный дворец) – Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən saray. 1992-ci ildən Rus Dövlət muzeyinin filialıdır. == Yerləşmə == Saray Peterburqun 1-ci Admirallıq adasında, dörd tərəfdən Saray sahil küçəsi, Suvorov meydanı, Milyonnaya küçəsi və Mərmər xiyabanı ilə məhdudlanan məhəllədə yerləşir. Həmin bu məhəllənin şərq hissəsini Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu tutur; onların arasında 1997-ci ildə Paolo Trubetskoy tərəfindən imperator III Aleksandrın abidəsi yenidən quraşdırılmışdı (abidə Znamenskaya meydanında Sovet dövründə sökülməsindən sonra bir müddət muzeydə saxlanılırdı). ŞQDTU-nun arxasında, yəni məhəllənin şərqində heykəltaraş M.İ. Kozlovski tərəfindən yaradılmış A.V. Suvorovun heykəli yerləşir (heykəl eyniadlı meydanın mərkəzində quraşdırılmışdır); həmin ərazidə həmçinin Troitski körpüsü də var. Mərmər sarayından cənubda Pavlovski Leyb-Alayının kazarmaları, qərb fasadının qarşısında isə Şimal-Qərb Gəmiçilik reyestrinin binası və İncəsənət və Mədəniyyət Universiteti yerləşir. == Sarayın təsviri == Mərmər sarayı Peterburqda fasadı təbii daşla üzlənmiş ilk bina hesab olunur. Memar A.Rinaldi tikinti işlərində mərmərin müxtəlif növlərindən istifadə edirdi; burada xüsusilə çəhrayı-qırmızı tivdiya daşı nəzərəçarpan təsir yaradırdı, lakin zamanla o öz parlaq rəngini itirərək solmuşdur. Əsas girişin attiki F.İ. Şubinin heykəltaraşlıq əsərləri ilə bəzədilib.
Qırmızı məxmər tortu
Qırmızı məxmər tortu (ing. red velvet cake) — tünd qırmızı, parlaq qırmızı və ya qırmızı-qəhvəyi rəngli şokoladlı tort. Ənənəvi olaraq krem pendir ilə donmuş bir piroq tort kimi hazırlanır. Kakao tozu, un, şəkər və kərə yağından hazırlanır.
Gərgər
Gərgər bu mənalarda gələ bilər: == Gərgər == Gərgər (Loru) — Gərgər (Cəlaloğlu) — Tiflis quberniyasının Borçalr qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Gərgər (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gərgər (Adıyaman) — Türkiyənin Adıyaman vilayətinin inzibati rayonlarından biridir . Gərgər (Hadişəhr) — Hadişəhrin cənubi qisminin tarixi adıdır. Gərgər mahalı — Arazın cənubunda yerləşən kiçik bir mahalıdı. Gərgər (çay) — İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu. Gərgər qapısı — Gərgərlər — Gərgər — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda çay.
Herher
Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi, Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir. == Toponimi == Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir.
Herlər
Herlər — haputluların ulu əcdadları. Qiyasəddin Qeybullayevə görə Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar.