Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərifət
Mərifət — ad. Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhəmməd Hadi Mərifət — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Digər Mərifət (qəzet) — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Mərifət (Cavad Amuli) — Cavad Amulinin Mərifətşünaslıq mövzusunda kitabı.
Mərvəst
Mərvəst-İranın Yəzd ostanının Xatəm şəhristanının Mərvəst bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,585 nəfər və 1,966 ailədən ibarət idi.
Sərvət
== Sərvət anlayışı == Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. == Həyatı == Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Güloğlan oğlu Məmmədyarov (20 sentyabr 1996; Gəgəli, Ağsu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürvət Məmmədyarov 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürvət Şərifov
Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır. 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. == Ailəsi == 1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi. == Qanlı Yanvar faciəsi == Gəlini Şərifova Fatma Əsab qızının dedikləri: Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Servet Çetin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu == Həyatı == 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. == Kariyerası == 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Məhəmməd Hadi Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Mərifət (Cavad Amuli)
Mərifət — Cavad Amulinin Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə olan kitabı. == Məzmun == Bu kitab Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə qələmə alınmışdır. Mərifətşünaslıq elminin əsasları barədə bəhs qədim zamanlardan mütəfəkkirlər arasında mövcud olmasına baxmayaraq, bir elm kimi formalaşması bizim əsrimizə təsadüf edir. Mərifətşünaslıq insan düşüncəsinə əsaslı surətdə təsir edərək onun ideologiyasını nizama salıb yanlışlıqlardan qoruyan mühüm bir elm sahəsidir. Hər bir mütəfəkkir ideoloji əsaslarını qurmamışdan əvvəl mərifətşünaslıq barədə araşdırma aparmalıdır. Əks təqdirdə xətaya düşməsi qaçınılmazdır. == Nəşr == Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "Mərifətşünaslıq və hikmət elmləri" silsiləsindən 144 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Mərifət" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib.
Pyer İmbert Derevet
Pyer İmbert Derevet (22 iyun 1697[…], Paris – 27 aprel 1739[…], Paris) — Cavan Pyer adı ilə də tanınan rəssam. == Həyatı və karyerası == Pyer İmbert Derevet 22 iyun 1967-ci ildə Parisdə anadan olub. Atası Drevet ona bu sənəti öyrətmişdi və o 13 yaşında olarkən oyma işi ilə məşğul olurdu. Əvvəllər o Şarlz Lebrunun tərzini davam etdirirdi, lakin qısa müddət sonra o öz tərzini yaratdı və inkişaf etdirdi. O, atasının dəyişilməz ortağı oldu. 1723-cü ildə Pyer İmbert Riqaudun ardınca Bossetin portretini tamamladı. 1724-cü ildə Kardinal Dubanın portretini həkk etmişdi. 1730-cu ildə Adrienna Lükovrerin lövhəsini hazırlayıb. Samuel Bernard üçün hazırladığı qravüraya Riqaud rəsm çəkmişdi. Onun portretləri ilə yanaşı Pyer İmbert Derevet bir çox dini və tarixi lövhələr hazırlamışdı.
Mərvə Oflaz
Mərvə Oflaz (türk. Merve Oflaz; 23 may 1988, İstanbul) — Türkiyə aktyoru.
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. == Karyerası == === Klub === Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur. 2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir. 5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. === Milli komanda === 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi.
Mərvə Kavakcı
Mərvə Kavakcı(19 avqust 1968, Ankara) — Türk akademiki, siyasətçisi və diplomatı. Mərvə Kavakcı 18 aprel 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasiminə qadağan olunsa da, hicablı qatıldığı üçün parlamentdən xaric edilib. O, Nazirlər Şurasının qərarı ilə ABŞ vətəndaşı olduğunu bəyan etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. O, 1999-cu ildə ABŞ-yə köçüb. Vaşinqtonda Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində müəllim vəzifəsində çalışıb. Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində müəllim vəzifəsində çalışıb və eyni universitetin Postkolonial Araşdırmalar Tətbiq və Araşdırma Mərkəzinin (PAMER) direktoru olub. Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli məktubu ilə Nazirlər Şurasının 3 iyul 2017-ci il tarixli “Resmi Gazete”də dərc olunmuş qərarına əsasən, Nazirlər Kabinetinin 13 may 1999-cu il tarixli qərarı ilə Kavakcının Türkiyə vətəndaşlığını itirməsi ilə bağlı qərarı Nazirlər Kabinetinin 26 may tarixli qərarı ilə ləğv edilib. O, Xarici İşlər Nazirliyinin yay müddətli fərmanı ilə Kuala-Lumpura səfir təyin edilib və vəzifə müddəti 2 iyun 2022-ci ildə başa çatıb. O, 12 avqust 2022-ci il tarixində Prezident tərəfindən Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının üzvü təyin edilib.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. == Həyatı == === Karyerası === Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. === Şəxsi həyatı === 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Sərvət Sami Dədəcay
Sərvət Sami Dədəcay(türk. Servet Sami Dedeçay) — Kipr türkü, akademik və pedaqoq. O, 1976, 1981 və 1985-ci illərdə Şimali Kiprdə keçirilən prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edib. == Bioqrafiyası == İbtidai və orta təhsilini Larnakadakı Amerika Akademiyasında bitirmişdir. 1960-1968-ci illərdə Paris Universitetinin Hüquq fakültəsində Kriminologiya və Penologiya şöbəsində doktorluq dərəcəsi almışdır. Kipr Cümhuriyyətinin Konstitusiya dövründə Türk komissiyasının rəhbəri Nihat Erimin şəxsi katibi olarkən qərəzsiz İsveçrə Komissiyasında tərcüməçi işləyib. 1968-72-ci illərdə Atatürk Universitetində mütəxəssis vəzifəsində çalışıb. Kiprə qayıtdıqdan sonra öz vəsaiti ilə Lefkoşa Özəl Türk Universitetini qurur. O, Kipr mədəniyyətinə dair iyirmidən çox kitab yazmışdır. Kipr türk qadınları və ümumilikdə Kipr coğrafiyası üzərində işləmişdir.
İzahedilməmiş Sərvət Sərəncamı
İzahedilməmiş Sərvət Sərəncamı (ing. Unexplained wealth order) — Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür. Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.
Mərvə Aydın (atlet)
Merve Aydın — Türkiyəli yüngül atlet.
Sərvət-i Fünun ədəbiyyatı
Sərvət-i Fünun ədəbiyyatı — Sərvət-i Fünun ədəbiyyatı və ya cəmiyyət tərəfindən xatırlanmaq üçün istifadə edilən ədəbi ədəbiyyat, II. Əbdülhəmidin hakimiyyəti dövründə Qərbin təsiri altında dövri Servet-i Fünün ətrafında toplaşan sənətkarlar tərəfindən yaradılan bir ədəbi hərəkatdır. Servet-i Fünün, 1860-cı ildən bəri davam edən Şərq-Qərb mübarizəsinin dəqiq nəticəsini - Qərb ədəbiyyatının xeyrinə müəyyən edən Türk ədəbiyyatının son mərhələsidir. Həqiqətən gərgin və çox dinamik olan bu isti mərhələnin sonunda Türk ədəbiyyatı hər iki zehniyyət, mövzu və texniki baxımdan tamamilə Avropa idi. [1] 1895-ci ilin sonlarında Malumat jurnalının baş redaktoru Mehmet Tahir Əfəndi ilə Recaizade Mahmud Əkrəm arasındakı qafiyə haqqında mübahisə Recaizade tərəfindən Malumat hekayəsinin icazəsiz dərc edilməsi ilə böyüdü. Bu böyüyən mübahisələr qarşısında Recaizade, tələbəsi Əhməd İhsan tərəfindən nəşr olunan və jurnalın baş redaktoru olduğu Servet-i Fünûn jurnalından istifadə etmək qərarına gəldi. Bu təyinatla Servet-i Fünûn jurnalı ədəbi bir jurnal oldu və 5 il ərzində aktiv olduğu dövrdə Türk ədəbiyyatı zamanın, simvolizmin və parnazizmin əsas cərəyanlarının təsiri altında yeni bir üsluba qədəm qoydu. [2] 16 oktyabr 1901-ci ildə Fransanın 1789 rejimini qiymətləndirən Hüseyin Cahit Yalçın tərəfindən Fransız dilindən tərcümə edilmiş "Ədəbiyyat və Qanun" başlıqlı məqalə dövrün senzura komitəsi tərəfindən etiraz edildi və jurnal 6 həftəlik tətil verildi. Bağlanış Servet-i Fünün şairləri arasında mövcud olan gərginliyi artırdı və ədəbi mühit jurnaldan tamamilə uzaqlaşdırıldı. Jurnal cümlənin sonunda Əhməd İhsanın imtiyazı altında yenidən görünməyə başlasa da, ədəbi şəxsiyyətini tamamilə itirdi və elmi jurnal oldu. == Servet-i Fünün Ədəbiyyatının Doğuşu == === Abes Muktebes Müzakirəsi === Divan ədəbiyyatında ərəb əlifbasındakı hər iki ayəni təkrarlamaqla qafiyə əmələ gəlir.
Əbədi sərvət (film, 1990)