Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
MIRV
MIRV (multiple independently targetable reentry vehicle; “müstəqil olaraq hədəflənən çoxlu vasitə”), hər biri fərqli hədəfi vurmağı hədəfləyən bir neçə termonüvə döyüş başlığını əhatə edən ballistik raketdir. Hal-hazırda yalnızca ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsrail və Çinin MIRV döyüş raketlərinə malik olduğu məlumdur.
Mira
Mira — bugünkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
MIRC
mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir. Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub. mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir. == Tarixi == mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır. O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı. Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.
MiG
MiG, rəsmi olaraq Mikoyan Gurevich (Rusca: Микоян-Гуревич, МиГ), Rusiyanın hərbi təyyarə istehsalı ilə məşğul olan şirkətdir. Arteem Mikoyan və Mikhail Gurevich tərəfindən "Mikoyan-Gurevich" olaraq yaradılmışdır. Mikoyanın 1970-ci ildə ölümündən sonra Gurevich adı qaldırılmışdır. Prefiksi MiG olaraq bilinir. Rusiya hökuməti Mikoyan, Ilyushin, Irkut, Sukhoi, Tupovlev və Yakovlevi "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirmək istəyir. Firma ayrıca olaraq Kamov helikopter layihəsi kimi çeşitli texnikaların istehsalı üzərində də işləyir.
Miq.
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. == Əsərləri == De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
Mir
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi. == Tarixi == Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi. ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax.
İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. == Məzmun == Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqlarına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur. İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır.
Mir Tağı Mir
Mir Tağı Mir (28 may 1723 – 20 sentyabr 1810, Birləşmiş Krallıq) — Urdu ədəbiyatının tanınmış şairi və təzkirəçisi. == Həyatı == Hicazdan Hindistana köç etmiş bir ailəyə mənsub olub Aqrada (Əkbərabad) dünyaya gəlmişdi. Doğum iliylə ilgili olaraq 1134 (1722), 1135 və 1137 kimi dəyişik tarixlər zikr edilməkdəysə də dördüncü divanında qardaşı oğlu Məhəmməd Hüseynin yazdığı, Ləknəvdə doxsan yaşında ikən öldüyünə dair qeyddən 1135-ci ildə (1723) doğulduğu anlaşılır. Mir Məhəmməd Tağı, 1146-cı (1733-cü) ildə mütəsəvvif olan atası Mir Əli Müttağı və atasının yaxın dostu Əmanullah Dərviş bir-biri ardınca vəfat edincə çeşidli çətinliklərlə qarşılaşdı. Bir müddət Aqrada iş aradıysa fərli bir nəticə alamayınca Dehliyə getdi (1147/1734). Burada atasının dostu Nəvvab Samsamüddövlə Əmirülüməra ona maaş bağladı. Ancaq onun da Nadir şah Qırxlı-Avşarla aparılan savaşda ölməsinə görə (1151/1738) bu gəlirdən məhrum qaldı. Bu hadisədən sonra Aqraya gedən Mir Məhəmməd qarşılaşdığı sıxıntılar səbəbiylə yenə Dehliyə döndü (1152/1739) və ögey qardaşı Məhəmmədhəsənin əmisi şair Siracüddin Əli xan Arzunun yanında qalmağa və ərəbcə, farsca və şeir dərsləri almağa başladı. Bəzi qaynaqlarda, bu dönəmdəki müəllimləri arasında olan Seyyid Səadət Əlinin Mir Məhəmmədi Urduca şeir yazmağa təşviq etdiyi bildirilirsə də onu bu mövzuda yönləndirən şəxsin Əli xan Arzu olduğunu qeyd edən çalışmalar da vardır. Sünni olan Əli xan Arzunun, Şiə olması səbəbiylə ona qarşı arzuolunmaz bir tövr sərgiləməsi və ya başından keçən bir eşq məcərası üzündən Əli xan Arzunun evindən ayrıldı.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Minq sülaləsi
Minq sülaləsi hun imperiyasının 3-cü sülaləsidir.bu sülalənin hərbi qoşunuda var idi ki bu da hunların çinlilələ müharibəsində iştirak etmişdir.minq sülaləsi E.ə 135-ci ildə Kenq çim um tərəfindən yaradılıb.minq sülaləsi təxminən 100-150 nəfərdən ibarətdir.minq sülaləsinə E.ə 143-cü ildə son qoyulub.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç) — Serbiya voleybolçusu.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. == Həyatı == Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. == Həyatı == Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. == Fəaliyyəti == 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). == Həyatı == Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. == Şəxsi həyatı == Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. == Karyerası == Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. == Həyatı == Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Sesil Mirz
Sesil Henri Mirz (ing. Cecil Henry Meares,1877, Kilkenni qraflığı[d] – 13 may 1937, Viktoriya) — Robert Skottun rəhbərlik etdiyi İngilis Antarktika Ekspedisiyasında iştirakı ilə məşhur olan İngilis hərbi peşəkar səyyahı idi. İrlandiyada Şotland hərbçi ailəsində anadan olub. O, kiçik yaşlarından canlı xarakter və riskli işlərə məhəbbət göstərmiş, uzun müddət Hindistan və Çində yaşamış, ingilis-bur və rus-yapon müharibələrində iştirak etmişdir. Kamçatka və Sibirdə oldu, xəz ticarəti ilə məşğul oldu. 1907–1908-ci illərdə Sıçuana səyahət etdi. 1910-cu ildə Robert Skottla tanış oldu və ona sərt iqlimə öyrəşmiş Rusiyadan xizək itləri və ponilər almağı tapşırdı. Alınan heyvanlar (34 it və 20 at) Vladivostokdan Yeni Zelandiyaya aparılmalı, oradan da ekspedisiya gəmisinə aparılmalı idi. Mirz heyvanları yaxşı bilmirdi, lakin yaxşı mütəxəssisləri işə götürdü — Dmitri Girev və Anton Omelçenko, onlar da Antarktika ekspedisiyasına qoşuldular. Antarktidada Mirz aralıq anbarların salınmasında iştirak etdi və Beardmore buzlaqının ətəyinə çatdı.
Mir Həsən Ağa Mir
Mir Həsən Seyid Hüseyn oğlu Ağa Mir — Xurşidbanu Natəvanın ortancıl oğlu, şair. == Həyatı == Mir Həsən 1870-ci ildə Şuşada doğulmuşdur. Xurşidbanu Nətəvanın ikinci əri Seyid Hüseyndən olan ortancıl oğludur. O, Azərbaycan, fars və ərəb klassiklərinin əsərlərini mütaliə etmiş, həmin xəzinə əsasında şeirlər yazmışdır. Xurşidbanu Nətəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun Mir təxəllüsü ilə şeirlər qələmə aldığını göstərmişdir. Mir Həsən 33 il ömür sürmüş, 1903-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == Mir Həsən Ağa Mirin yazdığı şeirlərdə bədbin bir ruh, fərəhdən çox əzab, tərkidünyalığa meyl və həyat ziddiyyətlərindən yaranan bir narazılıq özünü göstərir. Mir Həsən farsca yazdığı şeirlərdə Ömər Xəyyama yaxınlaşmışdır. Təzkirələrdə onun iti hafizəsi, rəvan təbə malik olduğu bildirilir. Şairin qələmə aldığı mənzumələr əlyazma şəklində pərakəndə halda cünk və bəyazlarda, şeir dəftərlərində qalmışdır.
Amidou Mir
Amidou Mir (1 yanvar 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Amidou Mir Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Amidou Mir 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.452 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu.
Avropoid (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid) ifadə edirdi.