Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babarəhim Məşrəb
Babarəhim Məşrəb(1657-1711)—Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657-1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.
Mikrob
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır. == Ümumi məlumat == Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar. == Biodövriyədə rolu == Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür.
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. == Təsnifatı == Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik HemiplegikG 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqrenG 43.9 Dəqiqləşdirilməmiş miqren == Növləri == Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqrenMiqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Mişleş
Mişleş (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunda kənd. Mişleş (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — buddlejaceae fəsiləsinin buddleya cinsinə aid bitki növü.
Euphorbia misera
Euphorbia misera (lat. Euphorbia misera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. == Tarix == Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. == Məşhur Fridek'lilər == Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu == Qardaş şəhərlər == Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke == Qalereya == === Web link === http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Mikrob təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. == Tarix == Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mister Harinecumi
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Nidlmaus
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. == Tarixi == Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Mişleş (Zaqatala)
Mişleş (əvvəlki adı: Meşleş) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Meşleş kəndi Yuxarı Tala kəndinin şimalında, Tala çayının sol sahilində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. == Tarixi == 27 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Meşleş kəndinin adı Mişleş kəndi olaraq dəyişdirilmişdir. == Əhalisi == 2012-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 134 nəfərdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tişren Sarayı
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Erigeron miser
Erigeron miser (lat. Erigeron miser) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ketrin Mişel
Ketrin Mişel (isp. Catalina Micaela de Austria) (d. 10 oktyabr 1567 — ö. 6 noyabr 1597) — İspaniya kralı II Filipp və xanımı Valualı Elizabetin qızı, Savoyya hersoqinası. == Həyatı == Ketrin Mişel 10 oktyabr 1567-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı II Filipp, anası isə onun üçüncü xanımı olan Valualı Elizabet idi. Nənəsi Fransa kraliçası Ketrin Medicinin adını aldı. Atası onun vəftiz mərasiminə qatılmamış, böyük bacısı İzabellanın doğumu qədər sevinməmişdi. Buna baxmayaraq ata ilə qızı arasında münasibətlər həmişə yaxşı idi və ömrünün sonuna qədər məktublaşmışdılar. Uşaqlıq illəri bacısı İzabella ilə birlikdə ögey anası Avstriyalı Annanın və onun alman xidmətçilərinin himayəsi altında keçmişdi.
Mirey Matyö
Mirey Matyö (fr. Mireille Mathieu, d. 22 iyul 1946 - cı il , Avinyon) - fransız müğənni. == Bioqrafiya == Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.