MƏŞRƏB

ə. 1) içki içilən yer; 2) içki qabı; 3) xasiyyət, adət; 4) həvəs, meyil; 5) naxır bulağı; 6) gediş, hərəkət.

MƏŞMUL
MƏŞRƏBƏ
OBASTAN VİKİ
Babarəhim Məşrəb
Babarəhim Məşrəb (1657[…], Nəməngan – 1711[…], Bəlx, Bəlx vilayəti) — Özbəkistan şairi. == Həyatı == Babarəhim Məşrəb (1657–1711) məşhur cığatay şairi, doğulduğu yerdən azadfikirlilik üstündə sürgün olunmuş, dərviş kimi Orta Asiya və Hindistanı gəzmişdir. Şeirlərində əyanları, məmurları, fitnəkar dindarları ifşa etdiyi üçün divanə çağrılmışdır. Bəlx hakiminin əmri ilə edam edilmişdir. Babarəhim Məşrəbin yaradıcılığında sufilik ideyaları öz əksini tapmışdır. Şeirləri (qəzəl, müxəmməs, müsəddəs və s.) səmimiliyi, dilinin sadəliyi ilə seçilir. Rədifdən məharətlə istifadə etmişdir. "Nur mənbəyi" didaktik əsəri var. Filosof, sufi şair Babarəhim Məşrəb haqqında yazılmış qısa məlumat hər halda onun taleyi barədə müəyyən epizodları aydınlaşdırır.

Digər lüğətlərdə