Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mons
Mons və ya Bergen — Belçikanın fransızca danışılan Valloniya bölgəsində yerləşən şəhər. Zəngin bir tarixə və memarlıq mirasına sahib olan Mons 2002-ci ildən bəri Valloniya Bölgəsinin mədəniyyət paytaxtı hesab olunur. 94 964 nəfər.
Moos
Moos və ya Mustafa Əl-Əlemi (ərəb. مصطفى العلمي ‎;fr. Moustaphe Al-Alamy) (29 avqust 1974, Tuluza) — fransız müğənni və bəstəkardır. Moos Moustaphe olaraq 29 avqust 1974-cü ildə Fransanın Tuluza şəhərində mərakeşli mühacir ailəsində anadan olub. Moos 1999-cu ildə çıxardığı Le Crabe Est Érotique albomu və Délicate Chatte, Au Nom De La Rose mahnıları ilə həm AB ölkələrində, həm də Fransada böyük uğur qazandı. Moos-un hit mahnısı Au Nom De La Rose 13 aprel 1999-cu ildə Fransada buraxıldı.
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Google Maps
Google Xəritələr (ing. Google Maps; keçmiş Google Local) veb xəritə tətbiqetməsidir, Google tərəfindən hazırlanır, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit) və üçüncü tərəfə Google Maps API-lərindən istifadə etməklə xəritələri digər veb-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il yaşı olur.
Kandida Moss
Kandida R. Moss (ing. Candida R. Moss; 26 noyabr 1978, London) — İngiltərə akademiki və jurnalist. O, Əhdi-Cədid alimi və xristianlıq üzrə ixtisaslaşmışdır. Birmingem Universitetinin İlahiyyat və Din fakültəsində ilahiyyat üzrə professordur. Oksford və Yel universitetlərinin məzunu olan Moss erkən xristianlıqda əzabkeşliyin tədqiqi üzrə ixtisaslaşmışdır. == Seçilmiş əsərləri == === Tezis === Moss, Candida. Gods, Lords and Kings: the characterization of the martyrs in the early Christian Acta Martyrum (PhD). Yale University. 2008. OCLC 272271965.
Mons Meg
Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biri. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir. Şotlandiyanın Edinburq qalasında saxlanılır. Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir. Top Belçikada Mons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir. Mons Meg son olaraq XVII əsrdə salamlama üçün atəşfəşanlıq mərasimində istifadə edilmişdir. 1754-cü ildə London qülləsinə aparılan top, 1829-cu ildə yenidənə öz yerinə, Edinburq qalasına qaytarılmşdır.
Mons Selmerlöv
Mons Petter Albert Semerlöv (isv. Måns Petter Albert Zelmerlöw; doğ. 13 iyun 1986) - isveçli pop musiqiçisi, teleaparıcı, müğənni və aktyor. O, Idol 2005 yarışmasına qatılaraq beşinci yeri tutmuş, “Let's Dance” yarışmasının birinci mövsümünü isə birinci yerdə bitirmişdir. “Stand by for” adlı ilk albomundan çıxardığı “Cara Mia” adlı ilk sinqlla “2007 Melodifestivalen” yarışmasına qatılan Mons bu yarışmanı üçüncü yerdə bitirmişdir. 2011-2013-cü illərdə Selmerlöv “Allsång på Skansen” adlı televiziya şousunun aparıcısı olmuşdur. 2007, 2009 və 2015-ci illərdə “Melodifestivalen” yarışmasına qatılmış Mons üçüncü dəfə yarışmanın qalibi olmuşdur. 2015-ci ildə “Heroes” mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Selmerlöv 365 xalla müsabiqənin qalibi olmuşdur və onun topladığı xal göstəricisi Avroviziya Mahnı Müsabiqəsi tarixində üçüncü ən böyük göstərici olmuşdur. Lund şəhərində doğulmuş Mons Selmerlöv Lund Universitetinin professoru Bircitta Sahlen və cərrah Sven-Olof Selmerlövün övladıdır. Lund şəhərində oxuduğu gimnaziyada musiqi təhsili almış Mons məktəb xorunda iştirak etmişdir.
Samuel Mors
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…], Çarlztaun[d] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Mons Universiteti
Mons Universiteti — Belçikanın Mons şəhərində, 2009-cu ildə yaradılmış universitet. 6 iyul 2007-ci ildə iki universitet — Mons Mühəndislik İnstitutu və Mons-Hainaut Universitetinin birləşməsi Belçika — Fransız İcmasının Parlamenti tərəfindən təsdiq edilmişdir və Mons Universiteti yaradılmışdır. Mühəndislik fakültəsi İqtisadiyyat və İdarəetmə fakültəsi Psixologiya və Təhsil Elmləri fakültəsi Tibb və Əczaçılıq fakültəsi Elmlər fakültəsi Tərcümə və Təfsir (interpretasiya, şərh) fakültəsi Memarlıq və Şəhərsalma fakültəsi Sosial Elmlər İnstitutu Hüquq Elmləri İnstitutu Dil Elmləri İnstitutu 20 Tədqiqat sahəsi (tədqiqat sahəsi üzrə bir neçə laboratoriyanın qruplaşdırılması) 4 Tədqiqat mərkəzi: Multitel (İKT) Materia Nova (Materiallar) Inisma (Keramika materialları) CETIC (İKT) Onlarla spin-off, startap, patentlər... Brüssel-Mons Mühəndislik İnstitutu nəzdində Université Libre de Bruxelles ilə əməkdaşlıqda bir neçə "Beynəlxalq Magistr" proqramı yaradılmışdır: Proqram tətbiq olunan sahələrdə bacarıq və bilik əldə etmək istəyən Telekommunikasiya və Multimedia həvəskarları üçün nəzərdə tutulmuşdur. Bu dərəcə peyklər, Telefon xidmətləri, Kabel yayımı və Telefoniya, Multimedia proqramları, Kompüter şəbəkələri, Məlumat təhlükəsizliyi, Mobil telefon və İnternet Telekommunikasiya texnologiyaları kimi aparıcı sektorlarda aktivdir. Biosistem Mühəndisliyi üzrə ixtisaslaşmış Magistr kursu, ölçü, siqnalın işlənməsi, sistemin modelləşdirilməsi, optimallaşdırılması və tibbi siqnal və görüntü emalında tətbiqlərlə idarə olunması, həmçinin biosənaye proseslərində tətbiqləri ilə bağlı metod və üsullara diqqət yetirir. Dizayndan Tətbiqlərə qədər Material elmləri üzrə magistratura material elmində fənlərarası, tədqiqata əsaslanan təlim vermək məqsədi daşıyır. O, magistr dərəcəsi mühəndislik məktəbləri və elm fakültələri arasında fənlərarası əməkdaşlıqdan, həmçinin Materia Nova və INISMa tədqiqat mərkəzlərinin iştirakından faydalanır.
Yandex Maps
Yandex Maps (rus. Яндекс Карты) — "Yandex"in axtarış və məlumat kartoqrafiya xidməti. 2004-cü ildə istifadəyə verilib. Xəritə üzərində axtarış, tıxaclar haqqında məlumat, şəhər nəqliyyatının izlənməsi, marşrutların qurulması və böyük şəhərlərin küçə panoramaları mövcuddur. 2017-ci ilin may ayına olan vəziyyətə görə, resursun Rusiya auditoriyası 24,9 milyon istifadəçiyə çatıb . == İmkanlar == Xəritələr üç variantda mövcuddur: sxemlər, peyk şəkilləri, yazılar və şərti işarələrlə peyk şəkilləri (hibrid). Xəritələrlə işləmək üçün imkanlar dəsti kifayət qədər genişdir, lakin tam həcmdə bütün ölkələrdə və şəhərlərdə mövcud deyil. Saytda təşkilat axtarışından sonra rayonun, şəhərin və ya ərazinin işıqlandırılması mümkündür. Xəritələrdə küçələrin görünüşü mövcuddur. Axtarış həm coğrafi obyektlər (ünvanlar, küçələr, şəhərlər, bölgələr və ölkələr), həm də təşkilatlar üzrə mövcuddur.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
Mos maiorum
"Mos maiorum" (Latınca tələffüz: [ˈmoːs majˈjoːrʊ̃]; "ata-baba adət") — qədim romalıların sosial normalarını əldə etdikləri yazılmamış kodeks. Bu, Roma ənənəçiliyinin əsas konsepsiyasıdır. Yazılı hüquqdan fərqlidir, lakin onu dinamik şəkildə tamamlayır. "Mos maiorum" kollektiv olaraq Qədim Romada şəxsi, siyasi və hərbi həyata təsir edən zamanla tanınan prinsiplər, davranış modelləri və sosial təcrübələr idi.
Moş Krakiun
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Kerri-Enn Moss
Kerri-Enn Moss (ing. Carrie-Anne Moss; 21 avqust 1967) – Kanada aktrisası. "Matris", "Memento" və "Şokalad" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. == Həyatı və karyerası == === Gənclik dövrü === Kerri-Enn Moss Vankuver Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür. Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o, Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır. O vaxtlar Enn ilə birlikdə onun sinif yoldaşı Hill Bellou da yola düşmüşdü. Turdan qayıtdıqdan sonra o, Amerikan Dram İncəsənət Akademiyasını daxil olur.
Spec Ops (seriya)
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur. İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır. Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır. İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".
Heroes (Mons Selmerlöv mahnısı)
Maps (Lesley Roy mahnısı)
Maps (Lesli Roy mahnısı)
"Maps" (azərb. Xəritələr‎) — İrlandiyalı ifaçı Lesli Royun mahnısı. Mahnı İrlandiyanı Niderlandın Rotterdam şəhərində keçirilən sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Mahnı == Pop janrında olan "Maps" mahnısının sözləri və bəstəsi, Filip Strend, Emeli Eriksson, Lukas Hollqrin və mahnını səsləndirən ifaçı Lesli Roy tərəfindən ərsəyə gətirilmişdir. Mahnının sözləri insan həyatı üçün mühüm olan müsbət ruhani təsirlərə səbəbdir. Həyatın hər enişini "Məğlubiyyət" deyil, İlahi iradəyə əsaslanaraq, tam əksinə bir "Qələbə" kimi göstərmişdir. O, hər alçalmanın mütləq bir yüksəlmə ilə əvəz olunacağına inanır. Mahnının əsas hissəsindəki: "Bəli, mən iki dəfə yıxıldım. Lakin, indi ikiqat güclüyəm" ifadələri bunu isbatlayır. İfaçı öz timsalında, insan ruhunu "Xəritə", qəlbini "Kompas" və həyatın özünü isə bitmək bilməyən "Uzun bir yol"-a bənzətmişdir.
Spec Ops: The Line
Spec Ops: The Line (azərb. Xüsusi əməliyyatlar: Xətt‎) — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir. "Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur.
Call of Duty: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Call of Duty 7:Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Call of Duty 7: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar‎) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
FIPS
FIPS 10-4 ölkələr, asılılıqlar, xüsusi suverenlik zonaları və onların əsas inzibati bölgüləri CIA World Factbook kimi bir çox nəşrlərdə coğrafi məlumatları emal etmək üçün ABŞ hökumətinin istifadə etdiyi iki hərfli ölkə kodlarının siyahısı idi. Bu standart, həmçinin DAFIF 0413 ed 7 Amdt kimi tanındı. № 3 (Noyabr 2003) və DIA 65-18 (Hərbi Kəşfiyyat İdarəsi, 1994, "Geosiyasi Məlumat Elementləri və əlaqəli elementlər"). FIPS 10-4 kodları ISO 3166-1 alfa-2 ölkə kodlarına bənzəyir (lakin bəzən uyğun deyil). Standart, eyni zamanda, lakin ümumiyyətlə ISO 3166-2 standartına uyğun olmayan ölkələrin ən yüksək səviyyəli bölmələri üçün kodları ehtiva edir. 2 sentyabr 2008-ci ildə FIPS 10-4 NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən Federal İnformasiya Qenerasiya Standartı olaraq götürülmüş on standartdan biri idi. Milli Yer Kosmik-Kəşfiyyat Agentliyi 31 dekabr 2014-cü il tarixinə FIPS 10-4 texniki xidmətini dayandırdı. FIPS 10-4 kodları "Geosiyasi Şəxslər və Kodlar" adlı bir siyahı ilə əvəz edilmişdir.
FLOPS
FLOPS (həmçinin flops, flop/s) (ing. FLoating-point Operations Per Seconddən akronim, flops kimi tələffüz edilir) — kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahidi. Hesablama sisteminin bir saniyədə neçə əməliyyat həyata keçirmə göstəricisidir. == Mənbə == TOP500 Рейтинг суперкомпьютеров TOP500 (ing.) The Performance Database Server Большая база данных производительности вычислительных систем (ing.) Roy Longbottom’s PC Benchmark Collection Arxivləşdirilib 2008-03-26 at the Wayback Machine Подборка тестовых программ для ПК (включая LINPACK) и результатов испытаний (ing.) История суперкомпьютеров (англ.
Foks
Foks (ad)
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Gyps
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Homs
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qövs
Qövs-Dairə çevrəsinin və ya digər əyri xəttin bir hissəsi. Dairənin qövsü. Qövs cızmaq. 2-Xüsusi terminologiyada: qövs lampaları, generatorları, fənərləri. Elektrik işıq mənbələri, qövs və közərmə lampaları XIX əsrin ikinci yarısında ixtira edilmişdir.