Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. == Etimologiya == Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.
Muab
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. == İqtisadiyyat == Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
MAR
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. == Coğrafiya == Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. == Tarixi == Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Muavr düsturu
Muavr düsturu — kompleks ədədlər üçün ifadə olunan z = r ( cos ⁡ φ + i sin ⁡ φ ) {\displaystyle z=r(\cos \varphi +i\sin \varphi )\ } düsturu, iddia edir ki, ixtiyari n ∈ Z {\displaystyle n\in \mathbb {Z} } üçün olduqda Muavr düsturu aşağıdakı kimi olur: z n = r n ( cos ⁡ n φ + i sin ⁡ n φ ) {\displaystyle z^{n}=r^{n}(\cos n\varphi +i\sin n\varphi )\ } . == İsbatı == Muavr düsturunu Eyler düsturu ilə e i φ = cos ⁡ φ + i sin ⁡ φ {\displaystyle e^{i\varphi }=\cos \varphi +i\sin \varphi \ } ifadə edib və qüvvət əməllərini ( e a ) b = e a b {\displaystyle (e^{a})^{b}=e^{ab}\!} yerini yetirib isbat etmək olar. Burada b — tam ədəddir. == Tətbiqi == Analoji düstur həmçinin kompleks ədədlərin sıfırdan fərqli n-ci köklərinin tapılmasında istifadə olunur: z 1 / n = [ r ( cos ⁡ ( φ + 2 π k ) + i sin ⁡ ( φ + 2 π k ) ) ] 1 / n = r 1 / n ( cos ⁡ φ + 2 π k n + i sin ⁡ φ + 2 π k n ) , {\displaystyle z^{1/n}=[r(\cos(\varphi +2\pi k)+i\sin(\varphi +2\pi k))]^{1/n}=r^{1/n}\left(\cos {\frac {\varphi +2\pi k}{n}}+i\sin {\frac {\varphi +2\pi k}{n}}\right),} k = 0, 1, …, n—1 olduqda. == Tarix == Bu düstur ilk dəfə XVIII əsrdə yaşamış fransız riyaziyyatçısı Abraham de Muavr tərəfindən kəşf edilmişdir və onun şərəfinə adlandırılmışdır.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ot-Luar
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. == Tarixi == Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. == Tarixi == Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Sen-Juar
Sen-Juar (fr. Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38387. Kommunanın 1999-cu il üçün əhalisi 410 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Vuar
Sen-Vuar (fr. Saint-Voir) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03263. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 197 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 126 yaşında (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 65.6%). Fəal olan 91 nəfərdən 81 nəfər (43 kişi və 38 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. == Bioqrafiyası == 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Umar Beksultanov
Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federasiyası) — bəstəkar, pedaqoq, Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının dövlət himninin musiqisinin müəllifi. == Həyatı == Çeçen-Aul kəndində anad olub. Atası traktorçu, anası isə evdar qadın olub. 23 fevral 1944-cü ildə deportasiya vaxtı anası əri və uşaqları tərəfindən tərk edildi. Umar anasını yalnız 1960-cı ildə axtardı. Umar atası və kiçik bacısı ilə Qırğızıstana getdi. Atası tezliklə silikozdan vəfat etdi. Uşaqlar Belovodsk kəndində uşaq evinə yerləşdirildi. 1946-cı ildə Umarı Panfilovka kəndində yerləşən uşaq evində yerləşdirdilər.
Umar Əfəndiyev
Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972-1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973-1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981-1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir. Milliyətcə avardır. == Fəaliyyəti == Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçkidairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir. 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi. Umar Əfəndiyev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.
Muan-Sartu
Muan-Sartu (fr. Muan-Sartu) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 13,52 km², əhalisi 10 203 nəfərdir (2006) artım tendensiyası ilə: 10 214 nəfər (2012), əhalinin sıxlığı 755,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 10 274 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 10 214 nəfər.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası. == Həyatı == Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. == Həyatı == Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
La-Mür
La-Mür (fr. La Mure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38269. Kommunanın 2006-cu il üçün əhalisi 5334 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 720 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
MAR bayrağı
Mərkəzi Afrika Respublikasının bayrağı 1958-ci iin dekabr ayının 1-də qəbul edilib. == Bayrağın ideyası == Onun layihəsi Bartelemi Boqanda tərəfindən hazırlanıb. O Afrikanın müstəqilliyi uğrunda mübarizə aparıb. Bununla yanaşı o deyirdi ki, "Fransa ilə Afrika bir yerdə olmalıdır". Buna görə də Fransa bayrağında olduğu kimi qırmızı, ağ və göy rənglərdən, həmçinin Afrika ölkələrinin əsas rəngləri olan qırmızı, yaşıl və sarı rənglərindən də istifadə edib. == Rənglərin mənası == Qırmızı - ölkə xalqının azadlıq uğrunda apardığı zaman axıdılan qanı simvolizə edir. Göy - səma və azadlıq simvolu. Ağ - sülh və qürur. Yaşıl - ümid və inam. Sarı - Səbr.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.