MAR

I
(Ağdam, Cəbrayıl)
əkinçilik aləti
II
(Çənbərək)
ip boyamaq üçün xüsusi hazırlanmış maye. – Marnan ip bo:yurux dayna
◊ Mara qalmağ (Lənkəran) – adı qalmaq. – Səni görüm mara qalasan
MANTOR
MARALA
OBASTAN VİKİ
MAR
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
MAR bayrağı
Mərkəzi Afrika Respublikasının bayrağı 1958-ci iin dekabr ayının 1-də qəbul edilib. == Bayrağın ideyası == Onun layihəsi Bartelemi Boqanda tərəfindən hazırlanıb. O Afrikanın müstəqilliyi uğrunda mübarizə aparıb. Bununla yanaşı o deyirdi ki, "Fransa ilə Afrika bir yerdə olmalıdır". Buna görə də Fransa bayrağında olduğu kimi qırmızı, ağ və göy rənglərdən, həmçinin Afrika ölkələrinin əsas rəngləri olan qırmızı, yaşıl və sarı rənglərindən də istifadə edib. == Rənglərin mənası == Qırmızı - ölkə xalqının azadlıq uğrunda apardığı zaman axıdılan qanı simvolizə edir. Göy - səma və azadlıq simvolu. Ağ - sülh və qürur. Yaşıl - ümid və inam. Sarı - Səbr.
MAR himni
Canlanma (fr. La Renaissance, sanqo E Zingo) — Mərkəzi Afrika Respublikası dövlət himni. == Himnin sözləri == === Fransız dilində === Ô Centrafrique, ô berceau des Bantous ! Reprends ton droit au respect, à la vie ! Longtemps soumis, longtemps brimé par tous, Mais de ce jour brisant la tyrannie. Dans le travail, l'ordre et la dignité, Tu reconquiers ton droit, ton unité, Et pour franchir cette étape nouvelle, De nos ancêtres la voix nous appelle. Xor: Au travail dans l'ordre et la dignité, Dans le respect du droit dans l'unité, Brisant la misère et la tyrannie, Brandissant l'étendard de la Patrie. === Sanqo dilində === Bêafrîka, mbeso tî âBantu Kîri mo gbû gîgî tî mo-mvenî Mo bâa pâsi na gbe tî âzo kûê Me fadësô, mo ke na kürü gô Mo sö benda, mo bûngbi kûê ôko Na kusâra ngâ na nëngö-terê Tî tö ndâ tî finî dutï tî ë sô E mä gbegô tî_âkötarä tî ë Xor: E gbû kua nzönî na nëngö-terê E kpë ndiä nzönî na mängö-terê E kinda wasïöbê, ë tomba pâsi E yâa bandêra tî ködrö tî ë!
MAR şəhərləri
Bu siyahıda Afrikadakı Mərkəzi Afrika Respublikasının şəhərləri sıralanmışdır. Mərkəzi Afrika Respublikasının ən böyük və ən çox əhaliyə sahib şəhəri paytaxt Bangidir. Burada 2003-cü ilin məlumatlarına görə 622.771 nəfər yaşamaqdadır. Ölkə əhalisinin 20 %-dən çoxu paytaxt və ətrafda məskunlaşmışdır. Aşağıdakı siyahı 8 dekabr 1975, 8 dekabr 1988 və 8 dekabr 2003 tarixlərindəki siyahıalmalara əsasən qurulmuş olub əhalisi 6.000-dən çox olan şəhərlərdən ibarətdir.
Mar Bayciyev
Mar Taşimoviç Bayciyev (23 mart 1935, Cəlalabad – 29 oktyabr 2021, Bişkek) — qırğız yazıçısı. == Həyatı == Mar Taşimoviç Bayciyev 23 mart 1935-ci ildə Qırğızıstanda anadan olub. 1960-cı ildə Qırğızıstan universitetini bitirib. Pravda və Komsomolskaya pravda qəzetlərində çalışıb. Mar Bayciyev nasir, dramaturq, teatr və kino rejissorudur. 1990–1995-ci illərdə Qırğızstan Parlamentinin deputatı olub. Qırğızstan parlamentinin Təhsil, elm, mədəniyyət və idman komitəsinin iclasında yazıçı Mar Bayciyev təklif verib ki, məscidlərdə sübh azanı qadağan edilsin. Yazıçının məntiqinə görə, əvvəllər azan möminlərə namaz vaxtını xatırlatmaq məqsədilə verilirdi. İndi, bu, lazım deyil və möminlərə görə dinə inanmayanlar əziyyət çəkməli deyillər. Ona görə də səhər saat 5-də verilən azana qadağa qoyulmalıdır.
Malqrat de Mar
Malqrat de Mar — İspaniyanın Kataloniya muxtar regionunun Barselona vilayətinin Maresme rayonunda yerləşən bələdiyyə.
Serra-du-Mar
Serra-du-Mar (port. Serra do Mar) — cənub-şərqi Braziliyada dağ sistemi. Uzunluğu 1500 km, hündürlüyü 1889 m-dir. İquasu çayı başlanğıcını bu dağ sisemindən götürür.
Vina del Mar
Viña del Mar — Çilidə şəhər. Əhalisi 286931 nəfərdir (2002). Ərazi — 122 km², əhali sıxlığı — 2352 nəfər/km²-dir.
Vinya-del-Mar
Viña del Mar — Çilidə şəhər. Əhalisi 286931 nəfərdir (2002). Ərazi — 122 km², əhali sıxlığı — 2352 nəfər/km²-dir.
MAR şəhərlərinin siyahısı
Bu siyahıda Afrikadakı Mərkəzi Afrika Respublikasının şəhərləri sıralanmışdır. Mərkəzi Afrika Respublikasının ən böyük və ən çox əhaliyə sahib şəhəri paytaxt Bangidir. Burada 2003-cü ilin məlumatlarına görə 622.771 nəfər yaşamaqdadır. Ölkə əhalisinin 20 %-dən çoxu paytaxt və ətrafda məskunlaşmışdır. Aşağıdakı siyahı 8 dekabr 1975, 8 dekabr 1988 və 8 dekabr 2003 tarixlərindəki siyahıalmalara əsasən qurulmuş olub əhalisi 6.000-dən çox olan şəhərlərdən ibarətdir.
Everton Vinya-del-Mar FK
Everton (Vinya-del-Mar) (isp. Corporación Deportiva Everton de Viña del Mar) — Çilinin Vinya-del-Mar şəhərindən olan futbol klubu. "Everton" dörd dəfə Çilinin çempionu olub. Paytaxt Santyaqodan olmayan komanda kimi o bu göstəricidə ancaq Kalama şəhərindən olan "Kobreloa" komandasından geri qalır. == Tarixi == 24 iyun 1909-cu ildə İngiltərənin Liverpul şəhərindən olan dənizçilər tərəfindən təşkil edilib.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Hacı Zeynalabdin Marağayi
Hacı Zeynalabdin Məşədi Səfərəli oğlu Marağayi (1840, Marağa, Şərqi Azərbaycan ostanı – 1910, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan və ya kürd əsilli İran yazıçısı. == Həyatı == Zeynalabdin Marağayi 1837-ci ildə Marağada bir kürd və ya azərbaycanlı ailəsindən anadan olmuşdur. O, 20 yaşınadək Marağa və Ərdəbil şəhərlərində yaşayıb, atasından qalan mal-dövləti əldən verib, qardaşı ilə bərabər öz vətənini tərk edib, çox az sərmayə ilə Qafqaza gəlib, Tiflis şəhərində sakin olub. Bu şəhərdə 3–4 ilin ərzində artıq mal qazanıb, neçə min manat ələ gətirir. Yavaş-yavaş iranlıların sayı Tiflis şəhərində artdıqca, onun da hörməti, etibarı artır, İranın baş konsulu Əsədulla xan Nazim əl Dövlə tərəfindən Kutaisi şəhərində naib-konsul işinə məşğul olur. Hacı Zeynalabdin Mərağei özü bu barədə belə deyir: "O zamanlarda mən həm konsul və həm iranlıların başçısı və həm də tacir idim. Həmvətənlərin malı təzyiqatların rəf etməyi özümə vacib bilib, onların yeyib-içməklərin, geyməklərin və s. çətinliklərin həll etməyə başladım. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi və təkcə həmvətənlərin borcları yazılmış bir dəftər əlimdə qaldı. Krıma getməyə məcbur oldum və qardaşımla birlikdə İstambuldan Krıma malul ticarə aparıb, orada ticarətə məşğul oldum.
Hacıbağırkəndi (Marağa)
Hacıbağırkəndi (fars. حاجي باقركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (26 ailə).
Hacıkürd (Marağa)
Hacıkürd (fars. حاجي كرد‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,101 nəfər yaşayır (512 ailə).
Hacıkənd (Marağa)
Hacıkənd (fars. حاجي كندي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
Henri Martin Liland
Henri Martin Liland (16 fevral 1843 – 26 mart 1932, Detroyt, Miçiqan) — ABŞ mühəndisi == Həyatı == 16 fevral 1843-cü ildə Barton şəhərciyi yaxınlığında (Vermont ştatı, ABŞ) fermer ailəsində anadan olmuşdu. 1857-ci ildə Lilandlar ailəsi Massaçusetsə köçdü. İmkansız ailələrdən olan oğlanların çoxu kimi, gələcək konstruktor da erkən yaşlarından işləməli oldu. Öz işçi karyerasına Liland trikotaj fabrikində başladı. Hər şeylə maraqlanan və hər şeyi tez qavrayan Liland zaman keçdikcə mexanik peşəsinə yiyələndi və bir sıra müəssisələrdə mexanik kimi uğurla işlədi. Əgər 1861-ci ildə ABŞ-də şimal və cənub ştatları arasında vətəndaş müharibəsi başlamasaydı, bəlkə də, Lilandın taleyi başqa cür olacaqdı. Cəbhəyə silah tələb olunurdu. Silahqayırma müəssisələrində ixtisaslı mexaniklər böyük pullar qazanmaq imkanına malik idilər. Liland "Kolt" fabrikinə işə düzəldi, bu fabrik o vaxtlar detalların standartlaşdırılması və dəqiq ölçülərə uyğun hazırlanması sahəsində lider idi və məşhur "Kolt" tapançasının buraxılışı sayəsində ad qazanmışdı. Bu fabrikdə qazandığı pullar və əldə etdiyi təcrübə Linkolna 1880-ci ildə öz şəriki ilə birlikdə "Liland and Falkoner" şirkətini təsis etmək imkanı verdi.
Herbert Markuze
Herbert Markuze (alm. Herbert Marcuse‎; 19 iyul 1898[…], Berlin – 29 iyul 1979[…]) — Frankfurt məktəbinin görkəmli nümayəndələrindən, Vilhelm Rayx və Erix Frommdan sonra Freydo-Marksizm nəzəriyyəsinin banilərindən biridir. 1968-ci il Paris baharının ilhamvericilərindəndir. "Birölçülü insan", "Eros və bəşəriyyət", "Əksinqilab və qiyam", "Şüur və inqilab", "Sovet marksizmi: tənqidi təhlil", "Psixotəhlil və siyasət", "Qurtuluş haqqında esse" və bir çox başqa kitabların müəllifidir.
Heris (Marağa)
Heris (fars. ‎‎هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Himalay marmotu
Himalay marmotu (lat. Marmota himalayana) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Bu heyvanlar Pakistanın Deosay və Hindistan Kəşmirindəki Ladakx düzənliklərində yaşayırlar. Himalay marmotları iri pişik böyüklüyündə olub koloniyalarla yaşayırlar.
Hypertext Markup Language
HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir. == İnkişaf tarixi == HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu.
Hüseyn Dəxil Marağayi
Axund Molla Hüseyn Marağayi — "Dəxil" təxəllüsü ilə Azərbaycan şairlərindən dir ki Marağada dünyaya gəlib. O,Azərbaycan dilində şeir yazıb. Bu şair 19-cu yüzildə yaşayırdır. == Həyatı == Hüseyn dəxil Marağayinin dəqiq doğum tarixi bəlli deyildir. Lakin onun XIX əsrdə bu şəhərdə dünyaya gəldiyi və elə o şəhərdə də vəfat etdiyi bilinməkdədir. O, Marağa şəhərində fəaliyyət göstərən axundlardan biri olmuşdur. === Fəaliyyəti === Hüseyn Marağayinin şeiriyyatının önəmli hissəsini şiəlik ilə bağlı hadisələrin poetik təsviri təşkil etməkdədir. O, Kərbəla döyüşündə İmam Hüseynin öldürülməsi hadisəsi barədə xeyli şeirlər yazmış, eləcə də İmam Əli, Zeynəb bint Əli barədə də əsərlər yaratmışdır. Ümumilikdə o, Kərbala hadisəsi barədə 7 cildlik əsər yazmışdır. Onun divanı müxtəlif vaxtlarda Təbriz şəhərində Azərbaycan türkcəsində çap edilmişdir.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Imelda Marcos
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
Indigofera marmorata
Indigofera marmorata (lat. Indigofera marmorata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Inga maritima
Inga maritima (lat. Inga maritima) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga martinicensis
Inga martinicensis (lat. Inga martinicensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Inula mariae
Inula mariae (lat. Inula mariae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Kamilabad (Marağa)
Kamilabad (fars. كامل اباد‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (150 ailə).
Kamçatka marmotu
Kamçatka marmotu (lat. Marmota camtschatica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.

Digər lüğətlərdə