Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
Məbəd İnstitutu
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Qızıl Məbəd (dəqiqləşdirmə)
Qızıl məbəd (Hindistan)
Qızıl məbəd (Hindistan)
Qızıl Məbəd — Hindistanın şimalındakı Pəncab ştatının Amritsar şəhərində yerləşir. O, məbəd kompleksindən ibarətdir. Adını günbəzi və divarları örtən qızıl suyuna çəkilmiş mis lövhələrdən almışdır. Qızıl Məbəd siqhlərin əsas ibadətgahıdır. Onun digər adları Darbar Sahib (Allahın evi) və Harmandir Sahib (Allahın məbədi) - dir. Məbəd siqh qurdvaralarından (quru qapıları, onların fəaliyyəti ilə bağlı olan məbədlər) ən əsasıdır. O, süni gölün mərkəzində yerləşir. Həmin gölün siqhlər üçün dini mahiyyəti çox böyükdür. Rəvayətə əsasən onun suyu insana sağlamlıq və uzun ömür bəxş edir. Bu göl, şəhər və məbədi XVI əsrin sonlarında siqhərin dördüncü qurusu Ram Das Ci inşa etmişdir.
Qızıl məbəd (Yaponiya)
Kinkaku məbədi – Kiotoda yerləşən qədim məbədlərdən biri. Hərfi tərcümədə Qızıl pavilyon məbədi deməkdir. Tikilinin üzəri təmiz qızıldan örtülüb. 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara almış və Kinkaku məbədinin tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülmüşdür. Kinkaku məbədi Yaponiyanın nadir incilərindən biridir. 1397-ci ildə inşa edilib. Bir neçə dəfə bina tamam yandırılıb.
Qızıl məbəd (Çin)
Qızıl məbəd — Çində yerləşən məbəd. Vudang Dağının ana təpəsində olan "Qızıl Məbəd", Çində qoruma altına alınan bürüncdən hazırlanmış və qızıl örtməli ən böyük məbəddir. Beş metr yüksəkliyində və dörd metr genişliyində olan "Qızıl Məbəd", qüsursuz bir şəkildə tikilmişdir və içəriyə külək belə sızmaz. Bu məbəddə bürüncdən hazırlanmış və üzəri qızıl örtmə 10 ton ağırlığında "Taoizmin Tanrısı Zhenwu" heykəli var. Qeydlərə görə; bu məbəd, 20 ton bürünc və 300 kilo qızıl istifadə edilərək Beijingdə tikildikdən sonra, Vudang Dağına daşınmışdır. "Qızıl Məbəd"in yaxşı ötürücü qüvvəsi olduği üçün, üzərinə tez-tez ildırım düşməkdədir. Lakin, ildırımlar məbədə heç də zərər verə bilməməkdə, əksinə daha da parlaqlıq qazanmasına səbəb olmaqdadır. Bu, möcüzəvi bir vəziyyətdir.
Xudavəng məbəd kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Yunqan mağara-məbəd kompleksi
Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri. Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur. Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.
Gugəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Günbəd
Günbəd (Tikantəpə)
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
Mujen
Mujen (fr. Mougins) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Mulen
Mulen (fr. Moulins [mu.lɛ̃]) — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi və üçüncü böyük şəhəri. Keçmiş Burbon əyalətinin tarixi paytaxtı. Adı "dəyirman" kimi tərcümə olunur. Əhalisi — 21,9 min nəfərdir. Alye çayının sağ sahilində yerləşir. Şəhər Mərkəzi massiv dağlarının şimalında yerləşir, lakin ərazi yalnız bir qədər dağlıqdır. Mulen Fransanın bir neçə kommunalarından biridir, bəziləri müxtəlif kantonlara aiddir. Şəhərin tarixi 1327-ci ildən, Mulen, kimi tanınan Berbank hersoqluğunun tarixinə əsaslanır.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Mübah
Mübah (ərəb. مباح‎) və ya caiz — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az.
Mübtəda
Mübtəda — (ərəb. ‎ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir. Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.
Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. İlk təhsilini öz ailəsində almışdır.
Müjdə
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir. İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi. Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur. Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir. Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Quqəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.