MƏBƏD

ibadət məqsədi ilə inşa edilən dini məkanlarıdır. Bu məscid, kilsə, sinaqoq və ya bütpərəstlərin tanrılarına tapındıqları yerlər də ola bilər. Müsəlmanlar Allaha ibadət etmək üçün tikilən binaları “məscid” və ya “cami” adlandırırlar. Məbəd sözü isə daha çox bütpərəstlərin tapındıqları yerlər mənasında işlədilir.
MERAC
MƏBUD
OBASTAN VİKİ
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
Məbəd İnstitutu
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Qızıl Məbəd (dəqiqləşdirmə)
Qızıl məbəd (Hindistan)
Qızıl məbəd (Hindistan)
Qızıl Məbəd — Hindistanın şimalındakı Pəncab ştatının Amritsar şəhərində yerləşir. O, məbəd kompleksindən ibarətdir. Adını günbəzi və divarları örtən qızıl suyuna çəkilmiş mis lövhələrdən almışdır. Qızıl Məbəd siqhlərin əsas ibadətgahıdır. Onun digər adları Darbar Sahib (Allahın evi) və Harmandir Sahib (Allahın məbədi) - dir. Məbəd siqh qurdvaralarından (quru qapıları, onların fəaliyyəti ilə bağlı olan məbədlər) ən əsasıdır. O, süni gölün mərkəzində yerləşir. Həmin gölün siqhlər üçün dini mahiyyəti çox böyükdür. Rəvayətə əsasən onun suyu insana sağlamlıq və uzun ömür bəxş edir. Bu göl, şəhər və məbədi XVI əsrin sonlarında siqhərin dördüncü qurusu Ram Das Ci inşa etmişdir.
Qızıl məbəd (Yaponiya)
Kinkaku məbədi – Kiotoda yerləşən qədim məbədlərdən biri. Hərfi tərcümədə Qızıl pavilyon məbədi deməkdir. Tikilinin üzəri təmiz qızıldan örtülüb. 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara almış və Kinkaku məbədinin tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülmüşdür. Kinkaku məbədi Yaponiyanın nadir incilərindən biridir. 1397-ci ildə inşa edilib. Bir neçə dəfə bina tamam yandırılıb.
Qızıl məbəd (Çin)
Qızıl məbəd — Çində yerləşən məbəd. Vudang Dağının ana təpəsində olan "Qızıl Məbəd", Çində qoruma altına alınan bürüncdən hazırlanmış və qızıl örtməli ən böyük məbəddir. Beş metr yüksəkliyində və dörd metr genişliyində olan "Qızıl Məbəd", qüsursuz bir şəkildə tikilmişdir və içəriyə külək belə sızmaz. Bu məbəddə bürüncdən hazırlanmış və üzəri qızıl örtmə 10 ton ağırlığında "Taoizmin Tanrısı Zhenwu" heykəli var. Qeydlərə görə; bu məbəd, 20 ton bürünc və 300 kilo qızıl istifadə edilərək Beijingdə tikildikdən sonra, Vudang Dağına daşınmışdır. "Qızıl Məbəd"in yaxşı ötürücü qüvvəsi olduği üçün, üzərinə tez-tez ildırım düşməkdədir. Lakin, ildırımlar məbədə heç də zərər verə bilməməkdə, əksinə daha da parlaqlıq qazanmasına səbəb olmaqdadır. Bu, möcüzəvi bir vəziyyətdir.
Xudavəng məbəd kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Yunqan mağara-məbəd kompleksi
Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri. Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur. Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür.
Dazayfu məbədi
Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir. Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır. İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir. Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir. Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır. Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir. Məbədin illik festivalı 25 sentyabrda keçirilir. Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur. İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.
Denden məbədi
Denden məbədi (電電宮, Denden-qu) – Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur. Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur. Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir. Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir. Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır. 1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir. Bu zamandan etibarən Denden-Myocin elektrik və radio dalğalarının kamisi hesab olunmağa başlamışdır. Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir. Məbəddə Henrix Hers və Tomas Edisona həsr olunmuş abidə tikilmişdir.
Dendur məbədi
Dendur məbədi — koptik əlyazmada göstərildiyi kimi VI əsrdə (544, 559, və ya 574 cü illərə təsadüf edir) Nubiya hökmdarı Eyparnomun göstərişi ilə məbəd kilsəyə çevrilmişdir. Dendur məbədi Misir iqtidarının ABŞ hökumətinə hədiyyəsi kimi təqdim olunur. ABŞ prezidenti isə onu Lindon B. Conson 1965 ci ildə Metropoliten muzeyinə hədiyyə etmişdir. Pavilyonda məbədin ətrafındakı su sahəsi Nil çayını simvolizə edir.
Döş məbədi
Mama Kanno məbədi (間々観音) və ya Ryuon məbədi (龍音寺) – Yaponiyanın Ayçi prefekturasının Komaki şəhərində yerləşən buddist məbədi. Yaponiyada qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. İnanca görə bu məbəddə dua etmək yol təhlükəsizliyini, yaxşı evliliyi və rahat doğumu təmin edir. Mama Kannon məbədi 1492-ci ildə Komaki dağında qurulmuşdur. Lakin XVI əsrdə Oda Nobunaqanın əmri ilə müasir yerinə köçürülmüşdür. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Bundan əlavə, məbəd qadın döşlərinə həsr olunmuş yeganə məbəddir. Buna görə də məbəd "Döş məbədi" kimi də tanınır. Əfsanəyə görə 1665-ci ildə laktasiya problemi olan bir qadın məbəddə dua etdikdən sonra döşlərindən süd gəlməyə başlamış və uşağını əmizdirə bilmişdir. Analarla olan əlaqəsinə baxmayaraq, məbədin adı yerləşdiyi rayonun adından gəlir.
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
Edfu məbədi
İdfu məbədi — Nil çayının qərb sahilindəki İdfu şəhəri yaxınlığında yerləşən Qədim Misir dövrünə aid məbəd kompleksi. Məbəd Misir mifologiyasıında şahin başlı Horusun şərəfinə inşa edilmişdir. Karnak məbədindən sonra günümüzə qədər salamat qalmış ikinci ən böyük Qədim Misir abidəsidir.
Ellura Kaylasanatxa məbədi
Ellura Kaylasanatxa məbədi (hind. कैलास) - qayalıq bir hind məbədidir, Ellurada yerləşən mağara məbədləri kompleksinin mərkəzi tikintisidir. Kompleksin digər məbəd tikintilərindən Kaylasanatxa məbədini üç dərin (30 metrə qədər) yarğan ayırır. Kaylasanatxa məbədinin inşası çox uzun bir müddəti əhatə etmişdir. Tikintinin başlanğıcı Raştrakuta sülaləsindən olan Dantidurqanın idarəsi dövrünə təsadüf edir və I Krişnaradcenin dövründə tamamlanır. Kaylasanatxa məbədi monolit, tək dayaqlı qayada yonulmuşdur. Məbədin tikintisi inşaat taxtalarının tətbiqi olmadan, qayalıq massivi üzrə yuxarıdan aşağıya doğru yonulurdu. Məbədin özünün uzunluğu 55 m, eni isə 36 metrdir. Səthlər 1980 m² tutan sahəni əhatə edir. Əvvəllər bütün məbəd ağ malayla örtülmüşdü ki, onu qayaların fonunda özünəməxsus bir şəkildə göstərirdi və bunu Ranqa Maxal adlandırırdılar.
Eşmun məbədi
Eşmun məbədi (ərəb. معبد أشمون‎) — Finikiya şəfa allahı Eşuma həsr olunmuş qədim ibadət yeri. Bu məbəd Livanın cənub-qərbində Sidon şəhərinin 2 km şimal-şərqində Avali çayının yaxınlığında yerləşir. Olduğu yer E.ə. VII əsrdən eramızın VIII əsrinədək işğal altında olub. Halbuki, şəhərin nüfuzunu bərpa etmək məqsədilə Əhəməni dövründə Sidon kralı II Eşmunazar tərəfindən inşa olunmuş məbəd kompleksi sonrakı illərdə bir neçə Finikiya hökmdarı tərəfindən genişləndirilmişdir.
Futara dağı məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur. Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir. Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F).
Futarasan məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur. Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir. Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F).
Fuşimi İnari məbədi
Fuşimi İnari məbədi (伏見稲荷大社, Fuşimi İnari-tayşa) – Yaponiyanın Kioto prefekturasının Kioto şəhərinin Fuşimi rayonunda yerləşən şintoist məbədi. Kənd təsərrüfatı kamisi olan Uka-no-Mitamaya, eləcə də, insanların sadə ehtiyaclarını qoruyan digər 4 kamiyə həsr olunmuşdur. Məbəd 711-ci ildə Kiotonun cənub-şərqində yerləşən İnari dağında tikilmişdir. 816-cı ildə buddizmin Şinqon sektasının qurucusu olan Kukayın təşəbbüsü ilə məbəd dağın ətəyinə köçürülmüşdür. Kukay hesab edirdi ki, məbədin ilahları yaxınlıqda yerləşən Şinqon məbədi olan To məbədinin qorunmasını təmin edəcəklər. Fuşimi İnari məbədi əsrlər boyunca Yaponiyada ən populyar şintoist məbədlərindən birinə çevrilmişdir. Xüsusilə, siravi şəxslərin tez-tez ziyarət etdiyi məbəd olmuşdur. Fuşimi İnari məbədi Yaponiyada yerləşən 40.000-dən çox İnari məbədinin mərkəzi məbədi hesab olunur. Naqare-zukuri üslubunda tikilmiş əsas ibadətgahı 1499-cu ilə aid edilir. Məbədin illik festivalı olan İnari festivalı 9 aprel tarixində baş tutur.
Göy Mələkləri məbədi
Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi. Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına baxmayaraq artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır. Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır. Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir.
Gümüş pavilyon məbədi
Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir. Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir. İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür. 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir. Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.
Gəncə Alban Məbədi-1
Müqəddəs İohann kilsəsi – Gəncə şəhərində yerləşən Alban Həvari kilsəsidir. Şəhərdə ən qədim və əsas alban kilsəsi olan Müqəddəs İohann kilsəsi 1633-cü ildə inşa edilmişdir. Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır. XIX əsrə qədər Alban kimliyini qoruyan və sonradan ermenilər tərəfindən restavrasiya olunur və Gəncədə dörd erməni kilsəsindən biri kimi fəaliyyət göstərirdi ki, onlardan üçü şəhərdə, biri isə qəbirsanlıq ərazisində yerləşir. 1849-cu ilə aid arxiv sənədində həmin kilsələrin adları qeyd edilir. Müqəddəs İohann kilsəsi, Müqəddəs Gevorq kilsəsi, Müqəddəs Tanrı anası kilsəsi və Müqəddəs Sərkis kilsəsi. 1870-ci ildə Gəncədə ümumilikdə dörd şəhər kilsəsinin olması haqqında məlumat verilir. 1885-ci ilin məlumatında artıq şəhərdə altı kilsənin olması xəbər verilir.
Gəncə Alban məbədi-2
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
Gəncəsər alban məbədi
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Gəncəsər məbədi
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Gərni məbədi
Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı.
Hakozaki məbədi
Hakozaki məbədi (筥崎宮, Hakozaki-qu) – Yaponiyanın Fukuoka prefekturasının Fukuoka şəhərində yerləşən şintoist məbədi. İmperator Ocinə həsr olunmuşdur. Hakozaki məbədi X əsrin əvvələrində Usa məbədinin bir qolu kimi qurulmuşdur. Məbədin qurulmasında məqsəd Koreya dövləti olan Şila krallığının hücumlarından qorunmaq olmuşdur. 927-ci ildə yazılmış "Enqişiki" kitabında Hakozaki məbədi myocin-tayşa olaraq göstərilmişdir. Məbəd İmperator Ocin, İmperatriça Cinqu və ilahə Tamayorihimeyə həsr olunmuşdur. Məbədin illik festivalı 15 sentyabr tarixində baş tutur. Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha.
Heliodorun məbəddən çıxarılması
Heliodorun məbəddən çıxarılması — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. "Heliodorun məbəddən çıxarılması" əsəri hal-hazırda Vatikanda saxlanılır. Rafel əsəri 1511-1512-ci illərdə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.
Hie məbədi
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Hie məbədi (Otsu)
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Hiyoşi məbədi
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Ləkit məbədi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Məbədin dairəvi divarları xaricdən pilyastrlar vasitəsilə 28 hissəyə bölünür. Ləkit kilsəsində daxili məkanın təşkili də xüsusi diqqət cəlb edir. Bu pilonlar günbəz və barabanı saxlamaqla yanaşı, həm də tetrakonxun Hər eksedrası üç sütun vasitəsiylə formalaşdırılmış künclərini vurğulayır. Bu sütunlar kvadrat formalı özüllər (interkolumni 120 sm) üzərində durmaqla hər biri bir metr diametrə malik olmuşdur. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.

Digər lüğətlərdə