MEYLUDƏ DOĞUM
MƏCDƏDDİN
OBASTAN VİKİ
Məbud Məhərrəmov
Məbud Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006). Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979). Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Digər lüğətlərdə