Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. == Təbiətdə mum == Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Baton-Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Baton Ruj
Baton-Ruj (fr. Bâton Rouge) — ABŞ-nin Luiziana əyalətinin paytaxtı və ikinci ən iri şəhəridir. 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 229,553 nəfər idi.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960, Şimali Karolina, Feyetville) amerikalı aktrisa. == Həyatı == Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. == Həyatı == Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
La-Mür
La-Mür (fr. La Mure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38269. Kommunanın 2006-cu il üçün əhalisi 5334 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 720 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Le-Muy
Le-Muy — Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azur vilayətində Var departamentində yerləşən kommuna. 1944-cü ilin avqust ayında Cənubi Fransa müttəfiqlərin işğalında azad olunan ilk yerlərdən biri idi.
MLJ Comics
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir."Archie Comics" nəşriyyatının personajları və süjetləri müxtəlif filmlərdə, televerilişlərdə, cizgi filmlərdə və video oyunlarda istifadə edilmişdir.
MLJ Magazines
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir."Archie Comics" nəşriyyatının personajları və süjetləri müxtəlif filmlərdə, televerilişlərdə, cizgi filmlərdə və video oyunlarda istifadə edilmişdir.
Moj Svijet
Moj Svijet (azərb. Mənim Dünyam‎) — Monteneqronun 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Mum lövhələr
Eramızdan əvvəl 7-ci əsrdə Qədim Romada yazı yazmaq üçün mum lövhələrdən istifadə edilirdi. İçəri tərəfi mumla örtülən bu lövhələr taxtadan və ya fil sümüyündən hazırlanırdı və mumun üzərində stilos adlanan metal çubuqla hərflər cızılırdı. Mum lövhələrdən 1500 ildən artıq zaman müddətində istifadə edilmişdir.Eramızdan əvvəl 2-ci əsrdə '''perqament''' papirusu tədricən sıxışdırıb çıxarmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi. == Gil lövhələr == E.ə. 7-ci əsrdə informasiyanın saxlanması üçün gil lövhələrdən istifadə edilirdi. Yaş lövhələrin üzərinə yazı yazdıqdan sonra onları sobada bişirirdilər.
Mun-Proanku
Mun-Proanku (fr. Mounes-Prohencoux, oks. Monés Proencós) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12192. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 70 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 192 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 105 yaşdan yuxarı (15-64 yaş arasında) 73 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 57.1%).
Mun xalçaları
Mun xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. == Tarix == 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. == Təsvir == Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Mur çayı
Mur çayı— Mərkəzi Avropada (Avstriya) Mərkəzi Şərq Alplarındakı Hohe Tauern Milli parkında çay. == Fiziki xüsusiyyətləri == Mur çayının mənbəyi dəniz səviyyəsindən 1898 m hündürlükdən başlayır. Çay Drava çayının sonra isə Dunayın bir qoludur. Mur çayının ümumi ümumi uzunluğu 480 kilometr (300 mil) təşkil edir. Təxminən 330 km məsafədə Avstriyanın içərisində; 95 km məsafədə Sloveniyadan axır (67 km Avstriya və Xorvatiya sərhədlərində, 28 km isə Sloveniya daxilində) və qalan hissəsi isə Xorvatiya ilə Macarıstan arasında sərhəd təşkil edir. Çay üzərindəki ən böyük şəhər Avstriyanın Qrats şəhəridir. Çayın hövzəsi 13,800 km2 ərazini əhatə edir.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Muş döyüşü
Muş döyüşü — 1467-ci il noyabrın 11-də Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüş. Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoydu. Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu. == Arxaplan == XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyabəkirdə idi və Uzun Həsən əsas zərbəni bura vurmağa çalışırdı. 1453-cü ildə baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. Daha sonra o Uzun Həsənə qarşı mübarizədə mütəffiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi.Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu.
Muş ili
Muş ili — Türkiyədə il. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi. === 1927-ci s.a. === 1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı. Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır. Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.
МR 1
Makedoniya Radiosu 1 – qısa formada "MR 1", həmçinin "Skopye Radiosu" (mak. Skopye Radiosu) kimi də tatınır. Makedoniyanın ilk böyük radiostansiyası, 1944-cü ildən etibarən de-facto yayımlanır. == Tarixi == Makedoniyada ilk radioyayım 1944-cü ildə, eksperimental ötürücülərin quraşdırılmasından sonra başlayıb. Yuqoslaviya təslim olunduqdan sonra yayım dayandırılsa da, Alman əsirliyində olan Bolqar radiostansiyaları fəaliyyətə başladı. 1944-cü ilin avqustunda Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş iclasında yazıçı Vlado Maleski gələcək Yuqoslaviya Respublikasında radiostansiya yaratmaq təklifini irəli sürdü. Bu səbəbdən Gorno-Vranovtsi kəndində canlı yayıma hazırlıq üçün texnik və jurnalistlər qrupu yiğılmışdı. Texniki avadanlıqlara Makedoniyada Yuqoslav Milli Azadlıq hərəkatı Ordusunun Baş Qərargahının zabiti Vasko Petkovski cavabdeh idi. 28 avqust 1944-cü ildə Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş 2-ci Antifaşist konqresini yayımlayan "Skopye Radiosu" efirə buraxıldı. Yayım Amerikanın 20vatlı, SCR qısadalğalı ötürücüsü vasitəsilə həyata keçirildi.