YOLDAŞ

1. товарищ; 2. спутник, сподвижник, сообщник; 3. товарищеский; 4. перен. муж или жена;
YOLDANÇIXARICI
YOLDAŞCASINA
OBASTAN VİKİ
Yoldaş
Yoldaş (qəzet) Yoldaş (qəzet, Azərbaycan) — Azərbaycanda qəzet. Yoldaş (qəzet, Dağıstan) — Dağıstanda qəzet. Yoldaş (Uçalı) — Yoldaş (Avurğazı) — Başqırdıstan Respublikasının Auırqazı rayonunda yerləşən kənd. İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İki yoldaş (film, 1934) — Rejissor Aleksandr Makovskinin filmi. Üç yoldaş (roman) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman.
Yoldaş (Avurğazı)
Yoldaş (başq. Юлдаш, rus. Юлдашево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 20 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98%) üstünlük təşkil edir.
Yoldaş (Uçalı)
Yoldaş (başq. Юлдаш, rus. Юлдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 16 km, kənd sovetliyindən (Kunakbay): 9 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 21 km.
Yoldaş (qəzet)
Yoldaş (qəzet, Azərbaycan)
Yoldaş (qəzet, Azərbaycan)
Yoldaş (qəzet) — ictimai-siyasi qəzet. "Hümmət" sosial-demokrat (bolşevik) qrupunun orqanı. Yoldaş qəzeti 1907 ilin avqust ayından etibarən nəşr olunmağa başlamışdır. Naşiri Ə.Axundov, redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. S.M.Əfəndiyev, M.F.Axundov, M. Ə. Rəsulzadə, M.Hadi, Ə.Əzimzadə və başqaları qəzetdə əməkdaşlıq etmişlər. "Molla Nəsrəddin" jurnalı Bakıda nəşrə başlayan "Yoldaş" qəzetinin Qafqazda milli toqquşmalara son qoymaq, milli sülh və əmin-amanlığı təmin etmək çağırışını bəyənmişdir. Jurnalın 17 sentyabr tarixli 35-ci sayında (1907) Cəlil Məmmədquluzadənin "Yoldaş" sərlövhəli iri bir xülasə məqaləsi dərc olunmuşdur. Yazı belə başlayır: "Cəmi oxucularımızdan təvəqqe edirik Bakıda təzə çıxan "Yoldaş" adlı qəzetənin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahiblərinə. Və görsünlər qəzetənin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır". "Yoldaş"-ın 3-cü sayında dərc olunmuş "Quba şeyxi: Qubada bir nəfər peyğəmbərlik iddiasındadır!" sərlövhəli satirik yazının süjeti "Ölülər" (1909) pyesindəki hadisələrlə səsləşir.
Yoldaş (qəzet, Dağıstan)
«Yoldaş» (qum. Ёлдаш «yoldaş») — Mahaçqalada (Dağıstan, Rusiya) qumuq dilində dərc edilən qəzet). Qəzet 3 aprel 1917-ci ildən dərc edilir. 1922-ci ilə qədər müntəzəm dərc edilmirdi və adı tez-tez dəyişirdi: «Zaman», «Musavat», «İşçı xalqı», «Al bayraq», «Dağıstan füqərası». 1922—1931-ci illərdə «Yoldaş» adlandırılmışdır. 1930—1990-cı illərdə «Lenin yolu» adlandırılmış və Sovet İttifaqı Kommunist Partiyasının Dağıstan Vilayət komitəsinin orqanı olmuşdur. 1991-ci ildən indiki adını daşıyır. Qəzet həftədə 1 dəfə 5-8 min nüxsədə 24 zolaqda dərc olunur. 1968-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Yoldaş Alyoşa (1979)
Yoldaş Koroğlu (hekayə)
Yoldaş Koroğlu — pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır. Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir. Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar.
Yoldaş Koroğlu (pyes)
Yoldaş Koroğlu — pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır. Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir. Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar.
İki Yoldaş adası
İki Yoldaş adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Mikoyan körfəzinin cənub-şərqində yerləşir. Bolşevik adasında 800 m aralıda qərarlaşır. İki Yoldaş adasından 3 km cənubda Sportivnıy adası yerləşir. Ovalvari quruluşa malikdir. Şimal-qərbdən cənub-şərqəa doğru uzanır. Uzunluğu 1,2 km, eni 650 m təşkil edir. Adada gözlə seçiləcək hündürlük yoxdur. Maksimal hündürlüyü 8 metrə çatır.
Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır. Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir: - Yoldaş, səni kim apardı? Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır.
Yoldaş Alyoşa (film, 1979)
Film 26 Bakı komissarından birinə — Alyoşa Caparidzeyə həsr olunmuşdur. Rejissor: Musa Bağırov Ssenari müəllifi: Emil Ağayev Operator: Kənan Məmmədov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Üç yoldaş (roman)
Üç yoldaş (alm. Drei Kameraden‎) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman. Hadisələr təqribən 1928-ci ildə Almaniya cərəyan edir. Üç yoldaş Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens kiçik avtotəmir emalatxanasına malikdirlər. Baş qəhrəman - avtomobil mexaniki olan Robbi, Patrisiya Holman (Pat.) adlı gözəl bir qızla tanış olur. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir. "Üç yoldaş" romanı "itirilmiş nəsil" mövzusunun davamıdır. Müharibənin dəhşətlərini görmüş insanlar, heç cürə keçmişin qarabasmalarından azad ola bilmirlər. Hərbi xatirələr daim baş qəhrəmana əzab verir.
İki yoldaş (film, 1934)
İki yoldaş — Rejissor Aleksandr Makovskinin filmi. Film uşaqlara həsr olunmuşdur. Kinoplakatda Petka və Artyuşa adlı iki dost haqqında söhbət gedir. Valideynləri bu uşaqları düşərgəyə buraxmırlar. Onlar günlərini şəhərin küçələrində keçirərək həyatlarını təhlükə altında qoyurlar. Film Rusiya Dövlət Kino Arxiv Fondunda idi. 2011-ci ildə Azərbaycan Film Fonduna göndərilmişdir. Ssenari müəllifi: Anna Yan Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: İvan Manakov Quruluşçu rəssam: G.Əliyev Operator assistenti: Leonid Koretski Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.
Alim Yoldaşov
Fazil Yoldaşoğlu
Fazil Yoldaşoğlu (1872, Səmərqənd vilayəti – 17 mart 1955 və ya 1955, Səmərqənd vilayəti) — Özbəkistan şairi. == Həyatı == Fazil Yoldaşoğlu 1872-ci ildə Bulunğur rayonunun Layçə qışlağında yoxsul ailədə doğulmuşdur. Beş yaşından atasını itirən Fazil 19 yaşına qədər bəylərin qapısında işləmişdir. O, yerli şairlərdən Yoldaş, Köldaş və Suyarla dostlaşıb onlardan şairlik sənətini öyrənmişdir. Fazil Yoldaşoğlu görüb-keçirdiyi hadisələri öz yaradıcılığında əks etdirmişdir. O, "Cizzəx tətili", "Mətkərim pəhləvan" poemalarının müəllifi kimi şöhrət qazanmışdır. Cığatay (özbək) ədəbiyyatı qarşısındakı ən böyük xidmətlərindən biri folklor nümunələrini-dastanları, nağıl və rəvayətləri yazıya almasıdır. Onun söyləməsi ilə 30-a qədər əsər-şifahi xalq ədəbiyyatı nümunəsi yazıya alınmışdır. Fazil Yoldaşoğlu 1955-ci ildə vəfat etmişdir.
Yay yoldaşları (film, 1992)
Yay yoldaşları – 1992-ci ildə çəkilən ABŞ filmidir. Filmin rejissoru Tommi Li Uollesdir. Beysbol üzrə məşqçi bu idman növünü bilməyən Rusiya idmançılarına öyrətmək üçün bura gəlir. Rusiyanın necə ölkə olduğunu başa salmaq üçün Tanya adında xanım məşqçiyə kömək edir... Yay yoldaşları — Internet Movie Database saytında.
Yol yoldaşları (film, 2003)
Film bir qatar sərnişinlərinin başına gələn məzəli əhvalatlardan bəhs edir.
Yol yoldaşım (film, 2017)
Yol Yoldaşım (türk. Yol Arkadaşım) — 2017-ci ildə rejissoru Bedran Güzel olan komediya filmidir. Filmin çəkilişləri ümumiyyətlə İstanbulun müxtəlif bölgələrini və Balıkesirin bir hissəsi olan Ayvalıqı əhatə edir. Ufuq Bayram və İbrahim Büyükakın hekayəsindən ilhamlanan bir ssenariyə məxsusdur. Onur bacarıqsız bir əczaçıdır. Qurban Bayramına üç gün qala üç hədəfi var; Ayvalıqdakı sevgilisinin ailesiylə tanış olmaq, tərk etdiyi işini geri qazanmaq və ilk hədəfi yol yoldaşı Şərəfə baxmayaraq bunları etmək. Onur, hədəflərini gerçəkləşdirmək üçün bir telefon tətbiqilə tanış olur. Tək ortaq nöqtələri gedəcəkləri istiqamət olan Şərəf ilə birliktə əyləncə ve macəra dolu bir səyahətə çıxarlar.
Yol yoldaşım 2 (film, 2018)
Yol Yoldaşım 2 (türk. Yol Arkadaşım 2) — Bedran Güzelin 2018-ci ildə təqdim etdiyi və İstanbulda çəkilən komediya filmi. Filmin ssenarisi, filmin aktyoru olan İbrahim Büyükak tərəfindən yazılmışdır və Ufuq Bayramın yazdığı hekayəyə əsaslanır. Ayvalıqa etdikləri səyahətdə dost olan və min cür bəlaya baxmayaraq bir-biriylə yol yoldaşlığı edən Şərəf və Onur, son bir ildə bir-birinə daha da yaxınlaşmışlar. Dostlar son bir il içində həm iş yoldaşı, həm də ev yoldaşı olmuşdular. Xarakterləri bir-birinə tamamilə zidd olan bu iki dostun paylaşdığı iki sahədə çətinliklər və uğursuzluqlar bitmir. Şərəfin işi, musiqi karyerasına atılmağa çalışan Onurun menecerliyini etməkdir, ancaq bu işdə çox bacarıqsızdır. Çətinliklərə dözməyən Onur, sevmədiyi köhnə işə — əczaçılığa geri qayıtmaq istəyir və bu vaxt Şərəf tez bir şəkildə əyləncəli tur təşkil edir. Dostların bu tur səyahəti eşq, macəra və problem dolu keçəcək.
Yoldaşlıq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Teodora (I Yustinianın həyat yoldaşı)
Teodora (Yunanca: Θεοδώρα, təq. 500 və ya 497, Kipr Respublikası və ya Suriya – 28 iyun 548, Konstantinopol) — Teodora Bizans İmperiyasının ən məşhur simalarından biridir. İmperator I Yustinianın həyat yoldaşı kimi o, təkcə imperiyanın siyasi və dini həyatında deyil, həm də incəsənət və mədəniyyətdə mühüm şəxsiyyət olmuşdur. Teodoranın həyatı və irsi Bizans tarixi və Bizans imperatorlarının rolu haqqında çox şey deyir. Teodora təxmini 500-cü illərdə anadan olub. Atası ayı təlimçisi, anası isə aktrisa və ip gəzintiçisi idi. Teodora Konstantinopolda böyüdü və gənc yaşlarında aktrisa və mim sənətində şöhrət qazandı ancaq, dövrün tarixçisi Prokopi sözdə "Gizli Tarix" əsərində Teodoranın keçmişdə fahişə olduğunu deyir amma müsair tarixçilikdə bunun böhtan olduğu düşünülür. O, gözəlliyi, zəkası və xarizması ilə tanınırdı. 523-cü ildə o, imperiyanın gələcək hökmdarı Yustinianla tanış olur və onunla evlənir. Teodoranın Yustinianla evlənməsi Bizans tarixində dönüş nöqtəsi oldu.
Yay yoldaşları
Yay yoldaşları – 1992-ci ildə çəkilən ABŞ filmidir. Filmin rejissoru Tommi Li Uollesdir. Beysbol üzrə məşqçi bu idman növünü bilməyən Rusiya idmançılarına öyrətmək üçün bura gəlir. Rusiyanın necə ölkə olduğunu başa salmaq üçün Tanya adında xanım məşqçiyə kömək edir... Yay yoldaşları — Internet Movie Database saytında.
Yoldaşlar (miniserial)
Yoldaşlar (ing. Fellow Travelers) — Tomas Mallonun 2007-ci ildə eyniadlı romanı əsasında 2023-cü ildə yayımlanmış Amerika tarixi romantik siyasi triller televiziya miniserialıdır. Baş rollarının Mett Bomer və Conatan Belyinin yer aldığı serial, 1950-ci illərdə Makkartizmin qızğın çağında ilk dəfə görüşən iki kişi arasında onilliklər ərzində davam edən romantikadan bəhs edir. Serialın premyerası 27 oktyabr 2023-cü ildə Showtime ilə Paramount+-da yayımlandıqdan sonra 29 oktyabrda Showtime-da baş tutdu. 1950-ci illərdə Vaşinqtonda təsadüfi görüşdən sonra Hokins Fuller və Timoti Laflin mühüm tarixi hadisələr fonunda baş verən gərgin romantikaya başlayırlar. Onların səyahəti 1960-cı illərin səs-küylü Vyetnam müharibəsi etirazlarını, 1970-ci illərin narkomaniyadan qaynaqlanan diskoteka mədəniyyətini və 1980-ci illərin dağıdıcı QİÇS böhranını keçir. Bu onilliklər ərzində onlar təkcə ətraflarında dəyişən dünyanın xarici çağırışları ilə deyil, həm də öz daxilindəki daxili mübarizələrlə üzləşirlər. Mett Bomer - Hokins Fuller, İkinci Dünya Müharibəsi veteranı və homoseksuallığını sayıqcasına gizlədən Dövlət Departamentinin rəsmisi Conathan Beyli - Timoti "Tim" Laflin, Hovkins ilə münasibətə başlayan və idealist konqres işçisi Celani Alladin - Markus Qayns, 1950-ci illərin Vaşinqton DC-nin qeyri-rəsmi seqreqasiyasına qarışan gey afro-amerikalı Linus Roçe - Senator Ueesley Smit, Havkinsə ata kimi olan və Makkartizm rəqibi (qismən Lester C. Hunt-a əsaslanır) Noah J. Riketts - Frankie Hines, özünə güvənən drag-queen və Markusun sevgisi Ellison Uilliams - Lüsi Smit, senator Smitin qızı və Hawkinsin uşaqlıq dostu, daha sonradan həyat yoldaşı Uill Brill - Roy Coh Chris Bauer - senator Cozef Makkarti Matt Visser - David Schine Kristin Horn - Cin Kerr, senator Makkartinin köməkçisi və daha sonra həyat yoldaşı Erin Noyfer - Meri Conson, Hokinsin ofisində çalışan gizli lezbian katib və Timin dostu Keara Qreyvs - Miss Addison, Havkinsin ofisində çalışan Makkartiçiliyə əsl inanan katib. Çelsea Russell - Stormé, Cozy Corner-da işçi Endi Miln - Andre, Cozy Corner pianoçusu Devid Tomlinson - Eddi Kofler, Hokins ilə yatan daha sonradan müstəndiqlər tərəfindən qey olduğu bilindiyi üçün saxlanılan gənc dövlət işçisi Ceyn Moffat - Helen Smith, senator Smitin həyat yoldaşı Mayk Taylor - Leonard Smit, senator Smitin oğlu və Lüsinin qardaşı Rozmari Dansmor - Estelle Fuller, Hokinsin anası Maykl Therriault - Fred Treband, homoseksual işçiləri ABŞ hökumətindən təmizləmək üçün çalışan müstəntiq Cüd Uilson - Jerome, Markus və Frankinin kömək etdiyi San Fransiskolu gənc Brittani Raymond və Teaqan Sellers - Kimberli, Hokinsin və Lüsinin qızı (yetkin və yeniyetmə) Etienne Kellici - Cekson, Hokinsin və Lüsinin oğlu Morqan Lever - Kreyq, Hokinsin Fire Island-dakı "oğlan oyuncağı" Mallonun işinin televiziya adaptasiyası 2021-ci ilin oktyabr ayından etibarən Showtime üçün Fremantle-dan birgə istehsal kimi hazırlanırdı Showtime rəsmi olaraq 2022-ci ilin aprelində serial üçün yaşıl işıq yandırdı. Ssenarini həm də icraçı prodüser olan Ron Nysvaner yazdı.
Feodora Kantakuzenos (Orxanın həyat yoldaşı)
Feodora Kantakuzenos (yun. Θεοδώρα Καντακουζηνή; təq. 1332, Bizans imperiyası – ən tezi 1381, Konstantinopol) və ya Feodora Xatun — Bizans şahzadəsi, imperator VI İohann ilə alman mənşəli kraliça İrini Asaninin üç qızından biridir. O, Osmanlı sultanı olan Orxan Qazinin dördüncü və sonuncu həyat yoldaşı olmuşdur. == Mənşəyi == İmperator VI İohann ilə onun german mənşəli həyat yoldaşı olan kraliça İrini Asaninadan olan üç qızından biridir. Tarixçi Nikifor Qriqora bir fəsildə onu səhvən “Mariya” adlandırmışdır. == Bioqrafiyası == 1346-cı ilin yanvar ayında o, atasının yüksələn Osmanlı bəyliyi ilə ittifaqını möhkəmləndirmək və davam edən Bizans vətəndaş müharibəsində Osmanlıların Savoyyalı imperator-regenti olan Annaya yardım göndərməsinin qarşısını almaq üçün Osmanlı hökmdarı olan Orxan Qazi ilə nişanlanmışdır. Evlilikləri də elə həmin ilin yayında baş tutmuşdur. Valideynləri və bacıları onu Orxanın sarayının nüfuzlu adamları ilə bir atlı qaravul alayının da iştirak etdiyi Osmanlı nümayəndə heyətinin 30 gəmidən ibarət donanma ilə gəldikləri Selimbriyaya qədər onu müşayiət etmişdirlər. Tədbir Selimbriyada baş tutmuş və Orxanın nümayəndələri onu toyun keçiriləcəyi Mərmərə dənizinin o tayındakı Vifiniya torpaqlarında olan Osmanlı ərazisinə qədər onu müşayiət etmişdirlər.
Antiqona (Peleyin yoldaşı)
Antiqona ( q.yun. Ἀντιγόνη ) — qədim yunan mifologiyasında personaj. Fessaliya Ftiotida padşahı Evrition onu Peleyə həyat yoldaşı kimi verilmiş və o, eyni zamanda padşahlığın üçüncü hissəsini almışdır. Kalidon ovu zamanı Peley təsadüfən Evritionu qətlə yetirmiş və Fessaliyadan qaçmağa məcbur olmuşdur. İolk padşahı Akast Peleyi qətlin çirkabından təmizləmişdir. Sonuncunun həyat yoldaşı Astidamiya Peleyə ehtirasla alovlanmış və rədd edilərək onu zorla ona təcavüz etməkdə günahlandırmışdır. Antiqona ümidsizlikdən özünü asmışdır. Peley daha sonra İolku fəth etmiş, Akastı və onun həyat yoldaşını edam etməklə qisas almışdır.
Peribeya (Polibin yoldaşı)
Peribeya ( q.yun. Περίβοια) — yunan mifologiyasında Korinf tsiklına aid personaj, Korinf padşahının həyat yoldaşı və ya Edipi övladlığa götürən qadın. Peribeya mənbələrdə əsasən Edip hekayəsi ilə əlaqədar olaraq xatırlanır. Peribeya Korinf və ya Sikion padşahı Polibin həyat yoldaşı idi. O, Kiferon yamacında tapılmış bir tənha uşağı övladlığa götürmüş və ona Edip adını qoymuşdur. Peribeya onun mənşəyi haqqında həqiqəti gizlətməyə başlamışdı. Psevdo-Apollodorun təqdim etdiyi versiyaya görə, bir gün Edip həmyaşıdları tərəfindən bu mənşəyə sahib biri adlandırılanda, o, "Peribeyadan bunu soruşmağa başlamış, lakin ondan heç nə öyrənə bilməmişdir".

Digər lüğətlərdə