Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taşto Murza
Taşto Murza və ya Starıe Turdaki (erz. Ташто Мурза) — Mordoviyanın Koçkurovsk rayonunda kənd. Taşto Murza kənd inzibati mərkəzi statusuna malikdir. Əhalisi 691 nəfərdir (2001). Əsasən erzyanlılardı. Kuzım çayının sahilində yerləşir. Rayon mərkəzindən 20 km aralıdır. Simbuxovo dəmiryol stansiyasından isə 3 km aralıda yerləşir. Yaşayış məntəqəsinin adı antroponimdir: xristian dininə qədər istifadə edilmiş Turdak (Turqak) sözündən yaranıb. Starıy sözü həm də izah edir ki, Yeni Turdaki kəndi də var.
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. == Karyerası == O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Murla
Murla (isp. Murla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,81 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 629 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 23 km uzaqlıqda yerləşir.
Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Murya
Murya — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1065 nəfərdir.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Luciobarbus mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Mirza Delibaşiç
Mirza Delibaşiç (serb-xorv. Mirza Delibašić / Мирза Делибашић; 9 yanvar 1954, Tuzla — 8 dekabr 2001, Sarayevo) — Yuqoslaviya basktebolçusu, ölkə tarixinin ən yaxşı basketbolçularından biri. Oyun qurucu, hücumçu müdafiəçi və qısa hücumçu mövqeyində oynayırdı. Oynadığı klublar: Sloboda, Bosna və Real Madrid. Yuqoslaviya komandası tərkibində 1975-1977-ci illərdə keçirilən Avropa çempionu, 1978-ci ilin dünya çempionu və 1980 Yay Olimpiya Oyunları çempionu. 2000-ci ildə Bosniya və Herseqovinanın XX əsrdəki ən yaxşı idmançısı seçilmişdir. == Bioqrafiyası == Uşaq ikən Mirza Delibasiç tennislə ciddi məşğul olumuş və yeniyetmələr arasında Bosniya və Herseqovina çempionu olmuşdur. 15 yaşında tennisi basketbolla dəyişdirməyə qərar verir. Onun qərarına iki amil təsir etdi: Tuzlada qapalı tennis kortu yox idi və buna görə də yayda oynamaq və məşq etmək mümkün idi, üstəlik, başqa bir idmançı, yerli siyasətçinin oğlu Mirzanin əvəzinə Çexoslovakiyadakı turnirə göndərilir.Sloboda klubunun təlim-məşq toplanışına ilk dəfə 1968-ci ilin payızında gəlmiş və komandada 4 il oynamışdır. 1971-ci ildə Sloboda klubu ilə Bosniya və Herseqovina Kubokunu qazandı.1972-ci ilin yayında, o dövrdə Yuqoslaviya gənclər komandasının ən istedadlı basketbolçusu hesab olunan Mirza Delibasic birinci liqaya vəsiqə qazanan Sarayevo şəhərinin "Bosna" klubuna keçdi.
Mirza Teletoviç
Mirza Teletoviç (serb. Мирза Телетовић; doğ, 17 sentyabr 1985-ci il, Mostar, Bosniya və Herseqovina Sosialist Respublikası, YSFR) — Bosniyalı peşəkar basketbolçu, Bosniya və Herseqovina, Belçika, İspaniya, NBA çempionatlarının oyunçusu. Uzun hücumçu mövqeyində oynamış. == Bioqrafiyası == Peşəkar səviyyədə Teletoviç Sloboda Tuzla komandasında 2002/03-cü il mövsümündə debüt etdi. İlk mövsümdə hər oyuna orta hesabla 7,2 xal toplayaraq 2,7 ribaund etdi. İkinci mövsümdə göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşdı. Mirza 26.4 xal və 6.6 ribaund nəticəni göstərdi (liqada 17 matç üçün).2004-cü ildə Belçika çempionatına keçdi. Burada iki mövsüm Ostende komandasında oynadı. Həm də Avropanın ikinci ən vacib klub yarışmasında - ULEB Eurocupda oynadı. Ortalama hər matçda 6,7 ​​xal topladı.
Muraz Cabbarov
Muraz İlham oğlu Cabbarov (7 mart 2000; Zağalı, Daşkəsən, Azərbaycan — 10 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Cabbarov 2000-ci il martın 7-də Daşkəsən rayonunda anadan olub. == Hərbi xidmətləri == 2018-ci ildə hərbi xidmətə başlayan Muraz Cabbarov xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Muraz Cabbarov Fizuli və Kəlbəcər döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muraz Gülməmmədov
Muraz Məhərli
Məhərli Muraz Baxışəli oğlu (21 noyabr 1993, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020) — II Qarabağ müharibəsi şəhidi. == Həyatı == 21 dekabr 1993-cü ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur.Yevlax rayonunun Salahlı kənd tam orta məktəbində təhsil almışdır. Məzun olduqdan sonra 1 il 6 aylıq hərbi xidmətə getmiş, Yeni Yasalamda yerləşən N saylı hərbi hissədə xidmət etmiştir. 2016-cı ildən Zaqatala Daxili Qoşunlarda 3 il xidmət etmişdir. Bu 3 illik müqaviləsi bitdikdən sonra Yevlax rayonunun N saylı hərbi hissəsində öz qulluğuna davam etmişdir. Bir il yarım bu hərbi hissədə işlədikdən sonra , II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Çaylı kənd istiqamətində gedən döyüşdə iştirak edib. İki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən vurularaq şəhid olmuşdur.
Muraz Ələkbərov
Muraz Məzahir oğlu Ələkbərov (23 mart 1995; Koxanəbi, Tovuz rayonu — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Ələkbərov 1995-ci il martın 23-də Tovuz rayonunun Koxanəbi kəndində anadan olub. 2001-2012-cı illərdə Koxa Nəbi kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Muraz Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Muraz Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Muraz Ələkbərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Koxanəbi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Ələkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Taliya (muza)
Taliya və ya Faliya (yun. Θαλία, Θαλεία; θάλλω - çiçək açmaq, çiçəklənmək) — yunan mifologiyasına görə komediya muzası. Taliya əsasən başında çələng, əlində komik maska tutmuş təsvir edilir. Taliya və Apollondan Karibantlar dünyaya gəlmişdirlər. Zevs kərsəng cildində onun könlünü alaraq Taliyanı özünə arvad etmişdir. Heranın zəhimindən qorxaraq muza Taliya Etnada Palikləri dünyaya gətirmiş və yerin tərkində gizlətmişdir. Palikləri buna görə Etnada qaynayan iki isti bulağın ruhları da adlandırırlar.
Uraniya (muza)
Uraniya (yun. Οὐρανία, lat. Ūrania, Ūraniē) yunan mifologiyasında astranomiya muzasıdır. Zevs və Mnemosinanın qızı və Himeneyin anasıdır.
Sen-Marsel-an-Müra
Sen-Marsel-an-Müra (fr. Saint-Marcel-en-Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03243. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 67 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78,8%, 1999-cu ildə 70.0%) idi. 67 fəal şəxsdən 66 nəfəri (35 kişi və 31 qadın), 1 qadın işsiz idi. 18 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 5 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Priyest-an-Müra
Sen-Priyest-an-Müra (fr. Saint-Priest-en-Murat) — Fransada kommuna, Overn - Rona - Alplar regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03256. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş) arasında 109 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.6%, 1999-cu ildə 68.8%). Fəal olan 109 nəfərdən 93 nəfər (59 kişi və 34 qadın) işləyir, 16 nəfər işsizdir (6 kişi və 10 qadın). 50 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Luiza
Luiza — qadın adı.