Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nadirin yürüşləri
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonra da şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi. Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi.
Dövlət xadimi
Dövlət xadimi — Dövlət hakimiyyətinin siyasi xadimi.
Nadili (Azərşəhr)
Nadili (fars. ناديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,116 nəfər yaşayır (821 ailə).
Sənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Teatr xadimi
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Din xadimi
Din xadimi və ya ruhani — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Hər bir dinin din xadimi anlayışı fərqli ola bilər, lakin ümumi olaraq bu şəxslər dini təlimləri yaymaq, icmalarına mənəvi rəhbərlik etmək və ibadətləri təşkil etmək rolunu oynayır. Onlar həmçinin cəmiyyətin etik və mənəvi dəyərlərinə də böyük təsir göstərir. Din xadimi anlayışı müxtəlif dinlərdə və mədəniyyətlərdə fərqli formalarda təzahür edir, lakin ümumi olaraq dinə xidmət edən və dini vəzifələri yerinə yetirən insanlara işarə edir. Hər bir dinin özünəməxsus ruhani liderləri, din xadimləri və ya dini strukturları var. İslam dinində “din xadimi” anlayışı üləma (din alimləri), imamlar, şeyxlər və mollalar vasitəsilə təmsil olunur. Bu insanlar şəriəti öyrənir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. İmamlar məscidlərdə dini liderlik edir, mollalar isə dini təhsil verir və cəmiyyətə mənəvi rəhbərlik edirlər. Xristianlıqda din xadimi anlayışı keşişlər, rahiblər, yepiskoplar və papalar vasitəsilə təmsil olunur. Katolik Kilsəsində papa ən yüksək ruhani lider sayılır, yepiskoplar bölgələri idarə edir, keşişlər isə cəmiyyətə dini rəhbərlik edir.
Bəni Nadirin mühasirəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Nadirin Dağıstan yürüşləri
Nadir şahın Dağıstan yürüşləri — Nadir şah Əfşarın qiyamları yatırmaq üçün Şirvana və Dağıstana etdiyi yürüşləri. Osmanlı ordusunu Bağdad həndəvərində 1733-cü ildə darmadağın edən Nadir Əhməd paşa ilə Bağdad sülh müqaviləsi bağladı ki, bununla əlaqədar olaraq sultan ona İrandan alınmış bütün vilayətlərin paşalarına müraciyətlə xətti-şərif göndərdi. Sultan dərhal onların idarəsi altında olan vilayətləri tərk etməyi əmr edirdi. Nadir Ərdəbilə gələrək Musa xan Astaralıya tapşırdı ki öz nökərini xətti –şərifin sürəti ilə Şirvanı idarə edən Surxay xanın yanına göndərsin. Şirvana və Qazıqumukun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin. Elə həmin məqsədlə şəhər əhalisi Ağsuçay ərazisinə köçürüldü, buradakı düzdə Kür çayından təxminən 30 km şimala yeni şəhər salındı.
Nadirin Əfqanıstan yürüşləri
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri. Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi.
Bədiəddin (din xadimi)
Bədiəddin, həmçinin Şah Mədar və Qütbül-Mədar (1315, Hələb – 1433, Makanpur[d], Kanpur[d]) — sufi din xadimi. O, Hindistana hicrət edərək burada Mədariyyə sufi təqirətini qurmuşdur. Bədiəddin övliya kimi yüksək qiymətləndirilir. == Həyatı == Bədiəddin 1315-ci ildə Suriyada, Hələb şəhərində anadan olmuşdur. Sonrakı əsrlərdə onun haqqında getdikcə daha çox əfsanələr yaranmış, bu da mənbələrin ardıcıl olaraq onun doğum ilini daha əvvələ aparmasına səbəb olmuşdur. Həmin mənbələrdə Bədiəddinin mənşəyi ilə bağlı bir-birini təkzib edən qeydlər mövcuddur. Bəziləri onun seyid, yəni İslam peyğəmbəri Məhəmmədin nəslindən olduğunu iddia edir və onun mənşəyini imam Cəfər Sadiqə (765-ci ildə vəfat etmişdir) çıxarır. Digərləri Məhəmmədin 678-ci ildə vəfat edən səhabəsi Əbu Hüreyrənin nəslindən olduğunu yazırlar. Bədiəddinin İslamı qəbul etmiş bir yəhudi olması iddiası sadəcə bir mənbədə dəstəklənir. Onun müəllimi Bəyazid Tayfur Bəstami idi.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Tarixi-cəhangüşayi-Nadiri
Tarix-e Cahanqoşa-ye Nadiri və ya Tarixi-cəhangüşayi-Nadiri (farsca:جهانگشای نادری), ya da qısaca Tarixi-Nadir — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən yazılan tarixçilik əsəri. “Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri” əsərinin adı Azərbaycanca “Dünyanı fəth edən Nadirin tarixi” deməkdir. Kitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür. Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddur. Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair. == Həyatı == İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir. == Fəaliyyəti == Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.
John Naimi Amiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Elnur Əliyev (dövlət xadimi)
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. == Həyatı == Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elçin Cəfərov (idman xadimi)
Elçin Cəfərov (azərb. Elçin Lənkəran oğlu Cəfərov‎) — Milli Olimpiya Komitəsinin üzvü, 2010-cu ildən Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti == Həyatı == Elçin Cəfərov 1959-cu il fevralın 7-də Ağdam rayonunda anadan olub. 10 yaşından güləşlə məşğul olmağa başlayan Cəfərov ümumittifaq yarışlarında mükafatlar qazanıb. İdmançı karyerasına 26 yaşında erkən vida deyib. == Karyerası == Daha sonra məşqçilik fəaliyyətinə başlayan E. Cəfərov 1981-ci ildə Yunan-Roma güləşi üzrə idman ustası adına layiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1992-ci ildə “Əməkdar məşqçi” adına layiq görülüb. Elçin Cəfərov 1992-ci ildən 1994-cü ilə kimi Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini və bir müddət sədr vəzifələrində çalışıb. 1996-cı ildə Gənclər və İdman Nazirliyinin İdman və Baş İdman İdarələrinin rəisi olub. 2002-2010-cu illərdə 10 il yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib.
Fikrət Məmmədov (dövlət xadimi)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Firudin Qurbanov (dövlət xadimi)
Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019). == Həyat == Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
Fərhad Babayev (dövlət xadimi)
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.