Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Tata Nano
Tata Nano — Hindistanın Tata Motors şirkətinin istehsal etdiyi avtomobil markası Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərlərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəlir. Tezliklə "Chrysler CCV" və 1984-dən bəri Hindistanda yığılan "Maruti 800"-ün bazasında yeni model hazırlanır. Bu avtomobil də "Chrysler" kimi kompozit materialdan hazırlanmışdı. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanır. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirilir. Avtomobil 2008-ci il yanarında Dehli avtosalonunda təqdim edilir və bundan sonra seriya istehsal başlayır. 2009-cu ildə isə avtomobilin Avropa bazarına çıxarılacağı barədə xəbərlərə isə Avropa mediası kinayə qarışıq rişxəndlə yanaşır. Bu avtomobil standartlara uyğunluq baxımından avropalıları, təchizat etibarilə isə Azərbaycan alıcısını razı sala bilməz. Avtomobildə heç bir elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı və ventilyator yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
NAYO
NAYO (Norveç dili: Norges Aserbaidsjanske Ungdomsforening, Azərbaycan dili: Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, İngilis dili: Norwegian Azerbaijanis Youth Organization) — Norveçdəki Azərbaycan cəmiyyətinə, Azərbaycana və Azərbaycanın mədəniyyətinə maraq göstərən gənclər üçün qeyri-siyasi, qeyri-gəlir, qeyri-dini təşkilatdır. Təşkilat bir qrup azərbaycanlı, norveçli və xarici tələbələrin təşəbbüsü ilə, Norveç Tələbə İttifaqının keçmiş vitse-prezidenti olan Ramil Əliyevin başçılığı ilə 2006-ci ildə yaradılmışdır. NAYO Azərbaycana aid prezentasiyalar, mədəni görüşlər, foto sərgilər, informasiya tədbirlər, şənliklər və konsertlər təşkil edir.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Nant
Nant — ərazisinə görə Fransa-nın altıncı şəhəridir, inzibati mərkəzi Atlantik Luara departamenti və keçmiş Bretan hersoqluğunun paytaxtı olmuşdur. Əhalisi 2005-ci ildə 281 800 nəfər təşkil edib. Şəhər çoxlu kiçik çayların keçdiyi, Luara allüvial vadisində yerləşir. Şimala vadi qalxır, Bretan üçün tipik təpəli yerə keçərək, kiçik ağaclıqlarla örtülmüşdü. Cənuba bataqlıq ovalığı yerləşir. Qonşu şəhərlər və kəndlər: Buqene, Karkefu, La-Şapel-syur-Erdr, Orvo, Rzaya, Sen-Erblen, Sen-Sebasten—Luaraya, Sent-Lyus—Luaraya, Treter-i-Vertu.
Nanə
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
Nan
Nan (Fransa)
El-Nino
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kano Ciqoro
Kano Ciqoro (ing: Kanō Jigorō, yap.: 嘉納 治五郎), (28 oktyabr 1860, Mikaqe[d] – 4 may 1938) — Yapon maarifçi, tədqidatçı, idmançı. Cüdo idmanını və terminini elmə gətirən ilk insan. Cüdo üzrə kəmərləri yaradan şəxs, professor, alim. Şotakan və Şido-Ryu termini elmə gətirən ilk insan, cüdonun banisi, Üçüncü İmperiya Dərəcəsi laureatı, Doğan Günəş sinin Xidmətləri və Grandorder-in İlk xadimi, Kano 14 May 1999 Cüdo Federasiyasının (İJF-in) Zalında ilk üzv olub. 1901-ci ildən 1920-ci ilə qədər Tokio Ali Normal Məktəbinin prezidenti. 1909-cu ildən 1936-ci ilə qədər ilk Asiya üzvü, 1912-ci ildən 1936-cı ilə qədər Olimpiya Oyunlarında Yaponiyanı təmsil edən, 1936-cı ilə qədər Yaponiya aparıcı mətbuat katibi vəzifəsində çalışıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano qoyub.
Kano Eytoku
Kano Eytoku (狩野 永徳, 16 fevral 1543, Heyan-kyo[d] – 12 oktyabr 1590, Heyan-kyo[d]) – Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığındakı qalın, rəngli stili ilə tanınır. Dövrünün aparıcı və ən nüfuzlu rəssamlarından biri olmuşdur. == Həyatı == 1543-cü ildə Kiotoda incəsənət ailəsində doğulmuşdur. Rəssamlıq təhsilini atası Kano Şoey və babası Kano Motonobudan almışdır. İkisi də XVI əsrin birinci yarısının tanınmış incəsənət xadimləri idi. Eytokunun ilk əsas işi Kiotonun əsas Zen məbədlərindən biri olan Daytoku məbədinin Cukoin dekorasiyası idi. O, bu dekorasiyası 1566-cı ildə atası ilə birlikdə yerinə yetirmişdir. Eytoku məşhurlaşdıqdan sonra Oda Nobunaqanın sevimli rəssamı olmuş və onun bir çox sifarişini yerinə yetirmişdir. Bu sifarişlərin arasında Nobunaqanın Azuçi qəsrinin dekorasiyası və Kioto şəhərini əks etdirən şirma dəstləri də var idi.
Kano Kristales
Kano Kristales (isp. Caño Cristales) — Kolumbiyanın Meta əyalətində olan çaylardan biri. Çay adətən "Beş Rənglər çayı", "Maye Göy qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kişo Yano
Kişo Yano (d. 5 aprel 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Klaudio Kano
Klaudio Kano (18 dekabr 1965 — 1 iyul 1996) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Klaudio Kano Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Klaudio Kano Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Kyoko Yano
Kyoko Yano (d. 3 iyun 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 1 qol vurub.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Mazama nana
Mazama nana (lat. Mazama nana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin mazama cinsinə aid heyvan növü.
Mikania nana
Mikania nana (lat. Mikania nana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Monardella nana
Monardella nana (lat. Monardella nana) – dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Müqəddəs Nino
Müqəddəs Nino(gürc. წმინდა ნინო, ts'minda nino; erm. Սուրբ Նունե, Surb Nune; yun. Αγία Νίνα Agía Nína; bəzən Müqəddəs Nyun və ya Müqəddəs Nini də deyilir; 296, Kappadokiya, Mərkəzi Anadolu regionu – 27 yanvar 335, Bodbe monastırı)- Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran, Həvarilərə Bərabər və Gürcüstanı Aydınladan kimi titulların sahibi dindar qadın. Bir sıra tarixi məlumatlara görə o, Kappadokiyanın Kolastra şəhərindən olan yunan dilli Roma ailəsinə mənsub idi. Bəzi mənbələr onun Müqəddəs Georginin qohumu olduğunu iddia edir. Başqa mənbələrdə onun Romadan, Qüdsdən və ya Qauldan (müasir Fransa) olduğu iddası öz əksini tapır. Uşaq yaşlarında betlehəmli rahibə Nifora-Sarah tərəfindən dini dərslər aldı. Böyüdükçə Qüds patriarxı əmisi Ninonun dini təhsil-tərbiyəsinə nəzarət edirdi. Əmisinin köməyiylə Nino Romaya gəldi və burada İberiyada xristianlığı təbliğ etməyə qərar verdi.
NAND elementi
NAND elementi (İNKAR AND və ya NOT AND) — Rəqəmli elektronikada,yalnız bütün girişlər 1 (true) olanada, çıxışdakı məlumat 0 (false) alınan məntiqi element. Əgər hər iki giriş elementləri yalnız maxsimum 1 olarsa,nəticədə çıxış minimum-0 alınar. Əgər bir və ya hər iki giriş minimum 0 olarsa, nəticədə çıxış maxsimum-1 alınar. Bu tranzistorlarda istifadə edilir. NAND elementləri əhəmiyyətlidir, çünki istənilən Bul funksiyası NAND elementlərinin kombinasiyasından istifadə edilərək yerinə yetirilə bilər.Bu xüsusiyyət funksional tamlıq adlanır. NOT(a1 AND a2 AND … AND an)funksiyası NAND(a1, a2, …, an) funksiyasının ekvivalentidir. NAND elementləri üçün 3 simvol var. MIL/ANSI simvolu, the IEC simvolu və DIN simvolu. NAND elementləri əsas məntiqi elementlərdir və onlar TTL və CMOS İnteqral sxemlərdə tanınırlar. NAND elementlərinin funksional tamlıqlarının xüsusiyyətləri var.Yəni ki,istənilən başqa məntiqi funksiyalar (AND,OR, və s.) yalnız NAND elementlərindən istifadə edərək yerinə yetirilə bilər.Tam prosessor tək NAND elementlərindən istifadə edilərək yaradıla bilər.