NANE

nanə
NAMUS
NANKÖR
OBASTAN VİKİ
Capsella nanella
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Viktor Naneyşvili
Viktor İvanoviç Naneyşvili (1878, Samtredia bələdiyyəsi[d], İmereti – 22 mart 1940, Moskva) — sovet siyasi xadimi, 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü. Viktor Naneyşvili 1878-ci ildə kəndli ailəsində dünyaya gəlmişdir. 1917-ci il inqilabı zamanı Bakıda olmuşdur. 1918-ci ilin aprelində Dağıstanın fövqəladə komissarı təyin edilmiş, 23 noyabr 1918-yanvar 1919 tarixlərində RKP(b)-nin Həştərxan quberniya komitəsinin sədri vəzifəsini icra etmişdir. 1920-ci il iyul ayının 23-dən sentyabr ayının 9-na qədər Azərbaycan SSR KP MK-nın prezidiumunun sədri, 1922-ci ilin sentyabrından 1923-cü ilin sonlarına qədər RKP(b)-nin Perm quberniyası komitəsinin katibi olmuşdur. 1924-cü ilin sentyabrından 1925-ci ilin iyununa qədər RKP(b)-nin Qazaxıstan partiya təşkilatının məsul (1-ci) katibi vəzifəsini icra etmişdir. 1931-ci ildən həbs olunduğu 1939-cu ilə qədər Moskva Ümumittifaq Ticarət Akademiyasına rəhbərlik etmişdir. 1939-cu il noyabr ayının 28-də həbs olunmuş, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən 21 mart 1940-cı ildə ölüm hökmünə məhkum edilmiş, 22 mart 1940-cı ildə güllələnmişdir. 1955-ci il mart ayının 19-da bəraət almışdır. Qırmızı əmək bayrağı ordeni ilə mükafatlandırılmışdır.