Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Morskoy adası
Morskoy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində yerləşir. Neudaç buxtasında sahillərini yuyur. Bolşevik adasının şərq sahillərinə yaxın ərazidə yerləmir. Qərbində Blizkiy adası yerləşir. Blizkiy adası Morskoy adasından nisbətən iridir. Bu iki ada arasında Neudaç buxtası yerləşir. Bu hissədən buxtaya Neojıdannaya çayı tökülür. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır.
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Na-Dene dilləri
Na-Dene (/ˌnɑːdɪˈneɪ/ həmçinin Nadene, Na-Dené, Athabaskan–Eyak–Tlingit, Tlina–Dene)Atabaskan, Eyak və Tlinqit dillərini özündə birləşdirən yerli Amerika dilləri ailəsidir. Haida dili də əvvəllər bu qrupa daxil edilmişdi, lakin indi onun bu qrupa daxil olub olmaması dilçilər tərəfindən mübahisəlidir mövzu sayılır. Hal-hazırda ən çox danışan sayına malik olan Na-Dene dili navaxo dilidir. 2008-ci ilin fevralında Na-Dene dillərini (Haida istisna olmaqla) Mərkəzi Sibirin Yenisey dilləri ilə birləşdirən Dene-Yenisey ailəsinin varlığı təklif olunan elmi məqalə dərc olundu və bu bir çox dilçilər tərəfindən rəğbətlə qarşılandı. 2014-cü ilə aid bir məqalədə Şimali Amerikanın Na-Dene dilləri ilə Sibirin Yenisey dillərinin iki qitə arasında tarixi Berinqiya bərzəxində danışılmış ortaq mənşəli dillər olduğu təklif edildi.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Nkosilati Nyati
Nkosilati Nyati — Zimbabveli ətraf mühit fəalı. O, 10 yaşından ətraf mühiti qorumağa başlamış və gənclərin mühüm qərarların qəbulu prosesinə cəlb edilməsinin tərəfdarı olmuşdur. O, hesab edir ki, gənclərin müxtəlif strukturlarda səsini çıxarıb qərar qəbul edə bilmədikləri halda iqlim ədalətini təmin etmək səyləri həyata keçirilə bilməz. 2019-cu ildə Nkosilati İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi konfransında iştirak edir və iqlim dəyişikliyi ilə bağlı daha güclü fəaliyyət üçün kampaniya aparır. Nkosilati Nyati Viktoriya şəlaləsi yaxınlığında böyüyüb. O, Viktoriya şəlaləsindəki zibillikləri görən gündən sonra ətraf mühitin mühafizəsi yoluna qədəm qoyur, bundan sonra ekoloji problemlərdən daha çox xəbərdar olur. O, 11 yaşında ikən Zimbabvedəki Çamabondo İbtidai Məktəbində 5-ci sinifdə oxuyarkən ölkəsindəki iqlim dəyişikliyinin təsirlərini hiss etməyə başlayır. 2019-cu ildə Victoriya şəlaləsində şiddətli quraqlıq yaşanır. İqlim dəyişikliyi nəticəsində təqribən 7,7 milyon Zimbabveli qida çatışmazlığı ilə üzləşir və 45 milyon Cənubi Afrikalı gələcək aclıq riski altındadır. Həmçinin Zimbabvenin səkkiz rayonunda misli görünməmiş qida çatışmazlığı var və beş faizi ötüb.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər. Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.
Ajuga nanti
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga vulgaris Rouy Ajuga vulgaris subsp. reptans (L.) Rouy Bugula reptans (L.) Crantz Teucrium reptans (L.) Salisb.
.na
.na — Namibiyanın internet kodu.
.ne
.ne — Nigerin internet kodu.
NE
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. "Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib. Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb. "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.
Say Na Na Na (mahnı)
Say Na Na Na (azərb. Na na na de‎) — San-Marinonun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Serhat "Say Na Na Na" mahnısı ilə San-Marinonu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Serhat və Meri Syuzan Applqeyt tərəfindən bəstələnmişdir.
DNA@Home
DNA@Home - layihədə ehtimal nəzəriyyəsi alqoritmləri istifadə edilərək müxtəlif genlərə cavabdeh DNT molekullarında ardıcılığın axtarılması, polimeraza molekulları istifadə olunmaqla gen transkripsiyası mexanizminin araşdırılması, xıyarcıklı vəba və vərəm xəstəliklərini yaradan DNT bakteriyalarının araşdırılması üçün hesablamalar aparılır. Layihədə 16000-ə yaxın istifadəçi qeydiyyatdan keçmişdir və 60 000-ə yaxın qurğu istifadə olunur.
DNA (jurnal)
DNA — Avstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur. == Nəşr və məzmun == Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.
Ana de la Reqera
Anabel Qardoki de la Reqera (isp. Anabell Gardoqui de la Reguera; 8 aprel 1977, Verakrus[d]) — Meksika aktrisası.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nayt adası
Nayt adası (ing. Knight Island) — Alyaska körfəzində, Şahzadə Vilhelm boğazının girişində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska Valdez-Kordova siyahıyaalma bölgəsinə aiddir. Montaqyo adasının şimalında yerləşir. Nayt adasının sahəsi 277,2 km²-dir. Bu göstərici ilə ABŞ-nin 54-cü ən böyük adasıdır. Daimi yaşayışı yoxdur. Adanın çox hissəsi Çuqaç milli meşəsinin bir hissəsidir. Adanın şimal və şərq sahilləri 1989-cu ildə Ekson Valdez neft sızması nəticəsində ağır şəkildə çirklənmişdir.
Şuq Nayt
Marion Knight, Jr. və yaxud bilinən adı ilə Şuq Nayt (Suge Knight). Bir zamanlar Dr. Drenin mühafizəçisi. Eyni zamanda Death Row Records səs yazma şirkətinin qurucularından biri. Bir çox ittihamlarla qarşı qarşıya qalıb və ən önəmlisi də Tupak Şakur-un öldürüldüyü hadisədədir.
Dayti Milli Parkı
Dayti Milli Parkı (alb. Parku Kombëtar i Malit të Dajtit) ― 1966-cı ildə mərkəzi Albaniyada yaradılmış, 2006-cı ildən bəri 293,84 km² ərazini əhatə edən milli park. Park Adriatik dənizinin 40 kilometr (25 mil), Tirananın isə 26 kilometr (16 mil) şərqində yerləşir. Ərazi Albaniya Qoruq Əraziləri Agentliyi (ing. Albanian Agency of Protected Areas - AKZM) və Tirana Bələdiyyəsi Parklar və İstirahət Agentliyinin (ing. Tirana Municipality Parks and Recreation Agency APR) birlikdə səlahiyyətindədir. Park ekosistem və biomüxtəlifliyin fərqliliyi üçün əlverişli şərait yaradan olduqca parçalanmış, kələ-kötür topoqrafiyası ilə seçilir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı II kateqoriyaya daxil etmişdir. Park həmçinin Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli Mühüm Bitki Sahəsi (ing. Important Plant Area (IPA)) kimi tanınmışdır.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Con Pik Nayt
Con Pik Nayt (13 yanvar 1828, Nottinqem – 23 iyul 1886, London) — İngilis dəmir yolu idarəçisi və ixtiraçısı idi. 1868-ci ildə işıqforun ixtirası ilə tanınır. == Həyatı == Con Pik Nottinqemdə anadan olub və Nottingham Liseyində oxuyub. Onun ibtidai məktəbi məlum deyil. 12 yaşında məktəbi tərk edərək Derbi vağzalının bağlama otağında işləməyə başladı. Pik Nayt tez bir zamanda yüksəldi və 20 yaşına qədər Cənub-Şərqi Dəmiryoluna qatılaraq Baş Müfəttiş rütbəsinə yüksəldi. O, 1869-cu ildə Londondan Brighton xəttinə Trafik Meneceri və növbəti il Baş Menecer təyin edildi. O, Vestinghouse hava əyləcini, rabitə kabelləri ilə daha təhlükəsiz vaqonları, elektrik işıqlandırmasını və Pulman avtomobillərini təqdim edərək, dəmir yolunda dəmir yolu səyahətinin keyfiyyətini yaxşılaşdırmaq üçün çox şey etdi. Onun və həyat yoldaşı Elizabet beş oğlu var idi və ən böyüyü JP Nayt Ltd. yedək gəmisi operatorlarını şirkətini qurdu.
Hvala, ne!
Hvala, ne! (azərb. Təşəkkür edirəm, yox!‎) — Sloveniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lea Sirk "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Sloven dilində səslənən mahnı Lea Sirk və Tomi DeKlerk tərəfindən bəstələnmişdir.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Moskov papirusu
Moskva şəhərində A.S Puşkin adına Təsviri İncəsənət Muzeyinda saxlanılan Qədim Misir riyazi papirusu, digər adı Qolenişşevin riyazi papirusu – məlum olan qədim riyazi mətnlərdən biri. Bizim eradan əvvəl 1850-ci ilə yaxın tərtib olunmuşdu və buna görə də öz qədimliyi ilə digər məşhur riyazi məsələlərin həllinə həsr olunmuş Rinda Papirusu adlanan (və ya Ahmes Papirusu) və bizim eradan əvvəl 1650-ci ilə yaxın yazılan Qədim Misir mətnindən üstündür. Beləliklə, Moskva Papirusu Rinda Papirusundan təxminən 200 yaş böyükdür.
Valentin Moşkov
Valentin Aleksandroviç Moşkov (rus. Валенти́н Алекса́ндрович Мошков; 6 aprel 1852 - 19 noyabr 1922) — Rusiya etnoqrafı, general-leytenant. Valentin Aleksandroviç Moşkov 6 aprel 1852-ci ildə anadan olmuşdu.5 avqust 1868-ci ildə Peterburq hərbi gimnaziyasını bitirmişdi.Sonra yunker kimi Konstantin hərbi məktəbə daxil olmuşdu.11 avqust 1871-ci ildə podporuçik rütbəsi almışdı.17 iyun 1873-cü ildə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. İlk defa Qaqauz adı 1817-ci ildə Rusiya kameral siyahılarında qeyd edilmişdir. Rus ordusu generalı Valentin Moşkov (1852 – 1922), Besarabiya qaqauzlarının dili və mədəniyyəti ilə ilgilenmiş və nəticədə “Qagauzı benderskogo uyezda” adlı kitab yazmışdı. Valentin Moşkov 19 noyabr 1922-ci ildə Sofiya şəhərində vəfat edib. Valentin Moşkovun Dmitri,Vladimir adlı oğlanları, Yuliya və Zinaida adlı qızları vardı. «Материалы для характеристики музыкального творчества инородцев Волжско-Камского края» // ru:Известия Общества археологии, истории и этнографии при Императорском Казанском университете. - 1893. - Т. XI, вып.
İrakli Morkov
İrakli İvanoviç Morkov (rus. Ираклий Иванович Морков; 1753–1828) — Rusiya hərbçisi, Həştərxan quberniyasının general-qubernatoru, qraf (1796). İrakli İvanoviç Morkov 1753-cü ildə Rusiyada anadan olmuşdu. Moskva quberniyası zadəganlarındandır. 1798-ci ildən 1799-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. İrakli Morkov 1828-ci ildə Rusiya imperiyasının Moskva şəhərində vəfat etmişdi.
Morskie Oko gölü
Morskie Oko (pol. Morskie Oko; slovak. Morské oko, "Dəniz gözü"; mac. Halas-tó, "Balıqlı göl")) — Polşanın cənubunda, Malopolski voyevodluğunda yerləşən göl. Tatra dağlarında yerləşən dərinliyinə görə dördüncü böyük göl. Morskie Oko gölü Tatra milli park ərazisininin Rıbıy Potok çayı dərəsində yerləşir. Gölü əhatə edən dağların hündürlüyü 1000 metrdən yüksəkdir; Rısı zirvəsi (2499 m) polşa Tarasının ən yüksək zirvəsidir. Bundan başqa ərazidə Menquşoves (2438 m) və Mnix (2068 m) zirvələridə gölü əhatə edir. Gölü avropa şamı ağacları meşəsi əhatə edir. Keçmişdə göl "Balıqlı göl" adı ilə məşhur idi.
E.ə. 10
== Hadisələr == Akvink salınıb.
E.ə. 11
== Hadisələr ==
E.ə. 12
== Hadisələr ==
E.ə. 13
== Hadisələr ==
E.ə. 14
== Hadisələr == Tiberi ( e. ə.
E.ə. 15
== Hadisələr ==
E.ə. 16
== Hadisələr == Tririn əsası qoyulub.
E.ə. 17
== Hadisələr ==
E.ə. 18
== Hadisələr == Bekçe krallığının yaranması.
E.ə. 19
== Hadisələr == Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
== Hadisələr == Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 21
== Hadisələr ==
E.ə. 22
== Hadisələr ==
E.ə. 23
== Hadisələr ==
E.ə. 24
== Hadisələr ==
E.ə. 25
== Hadisələr == == Doğumlar == Filon İsgəndəıriyyəli Filon (lat. Philos Alexandros) ya Yəhudi Filon e.ə. 25-e.50 ci illərində İsgəndəriyyə şəhərində doğulub yaşamış "ellinizmin" görkəmli nümayəndəsi, dini mütəfəkkir, ilahiyyatçi.
E.ə. 26
== Hadisələr ==
E.ə. 27
== Hadisələr == 13 yanvar — Oktavian senatda özünə fövqal səlahiyyətlər verir. 16 yanvar — Oktaviana Avqust titulunun verilməsi. Oktavianın və Aqrippanın konsulluğu. Peritorian qvardiyasının (500 nəfərlik 9 koqort) yaranması. Şimal-qərbi İspaniya tayfalarının, Asturiya və Kantrabrinin Avqustun tabeçiliyinə keçməsi.
E.ə. 30
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Siciliyalı Diodor 30 noyabr — Kleopatra – Misir şahzadəsi.
E.ə. 31
== Hadisələr ==
E.ə. 32
== Hadisələr ==
E.ə. 36
== Hadisələr == Roma sərkərdəsi Antoninin Şərqə yürüşü. O, Parfiyanın təzyiqi ilə geri çəkildi və Misirə getdi. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. Fraaspa döyüşü (Roma - Atropatena) Atropatena qələbəsi ilə başa çatdı.
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. == Texniki xüsusiyyətləri == NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. == İstehsalı == Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.