Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Yulius Evola
Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, it. Giulio Cesare Andrea Evola; 19 may 1898[…], Roma, İtaliya krallığı – 11 iyun 1974[…], Roma) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir. == Həyatı == === Erkən illəri === Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm". Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.
Levoça
Levoça (slovak. Levoča, alm. Leutschau‎, mac. Lőcse) — Slovakiyanın şərqində kiçik bir şəhər (Spiş tarixi vilyəti). Şəhər Levoçske Vrhi dağ massivinin ətəyində, Spişski Hrad qəsrinin yaxınlığında yerləşir. Əhalisi 14 min nəfərə yaxındır (2003-cü il). Şəhərin adı ilk dəfə 1249-cu ildə, macar kralı IV Belanın məktublarında qeyd edilib. Lakin buna bamayaraq, şəhərin yaşı bundan daha qədimdir və buna bir sübut kimi, mərkəzdə qorunub saxlanılan və roman üslubunda inşa edilən müqəddəs Nikolay kostyolunu misal gətirmək olar. 1241-ci ildə monqol-tatar qoşunları şəhəri tərk etdikdən sonra, buraya almanlar köçərək geniş koloniyalar yaradırlar. 1271-ci ildə Levoçanın adı artıq azad kral şəhəri və vilayət mərkəzi kimi qeyd edilir.
Nebula
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Nikola
Nikola — ad. Nikola Tesla — futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçı. Nikola Müller — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Paşiç — serb siyasətçi və diplomat Nikola Muskat — Maltalı üzgüçü. Nikola Burbaki Digər Nikola çayı — Kotelnı adasının qərbindən axan çay.
Novolak
Novolak (keçmiş adı: Banayaul, sonra Banay-aux, çeç. Бони-Эвла) — Dağıstan Respublikası, Novolak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Novolak rayonunun və Novolak kənd sovetliyinin mərkəzidir. Novolak kənd inzibati vavidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Xasayurtdan 16 km cənub-qərbdə,yarıq-su çayının sol sahilində, Çapayevo kəndinin qarşı tərəfində yerləşir. == Tarixi == Kənd 1850-ci ildə salınmışdır. 1883-cü ildə Banayaulda 270 həyət vardı. Hansı ki, burada 1129 nəfər yaşayırdı (milli tərkib baxımıəndan çeçenlərdən ibarət idi). Kənddə 3 məsid mövcud idi. 22 noyabr 1928-ci il Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyə Komitəsinin 4-cü isesiyasında respublikanın yeni rayonlaşdırma layihəsi hazırlanır.
Covola
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Nefela
Nefela ( q.yun. Νεφέλη ) — qədim yunan mifologiyasındakı personaj. Hərfi mənada onun adı "bulud" deməkdir və o, bu meteoroloji hadisəni təcəssüm etdirir. Fereside görə, Kefal ov zamanı onu çağırmışdır.
Ebola
Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virus. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir . Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. == Tarixi == Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib.
Nevel
Nevel — Rusiya Federasiyasında yerləşən şəhər, Pskov vilayətinə daxildir.
Henderson (Nevada)
Henderson — ABŞ-nın Nevada ştatında şəhər.
Inula nervosa
Inula nervosa (lat. Inula nervosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Liparis nervosa
Liparis nervosa (lat. Liparis nervosa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin liparis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Liparis nervosa subsp. granitica Carnevali & I.Ramírez Liparis nervosa var. khasiana (Hook.f.) P.K.Sarkar Liparis nervosa subsp.
Lulia nervosa
Mahonia nervosa
Mahonia nervosa (lat. Mahonia nervosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Nebula mükafatı
Nebula mükafatı (ing. Nebula Award) Amerika Elmi Fantastika və Fentezi Yazıçıları tərəfindən hər il əvvəlki iki il ABŞ-də yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə verilən mükafat. Şəffaf bir blok içinə basdırılmış spiral nebula formasındakı mükafatla birlikdə pul verilmir.
Nevada (gəmi)
"USS Nevada (BB-36)" (ing. USS Nevada (BB-36)) — ABŞ hərbi-dəniz donanmasının xətt gəmisi. ABŞ-nin 36-cı ştatının şərəfinə adlandırılmış ikinci hərbi gəmi. "Nevada" xətt gəmiləri tipli ilk gəmi. 1914-cü ildə suya salınmış "USS Nevada (BB-36)" drednout texnologiyasında irəliyə atılmış addım idi və onun dörd yeni xüsusiyyəti ABŞ-də ondan sonra tikilmiş bütün gəmilərdə öz əksini tapmışdı: üçqat silah qülləsi, yanacaq kimi kömür əvəzinə mazut işlətməsi, üzmə məasəfisni artıran mühərrikli buxar turbinləri və "hər şey yaxud heç nə" zirehlənmə prinsipi. Bu xüsusiyyətlər "USS Nevada (BB-36)"ın ABŞ HDQ-nin ilk "super-drednoutu" adlandırmağa imkan verirdi. Yanacaq kimi neft məhsullarının seçilməsi çox vacib və uğurlu qərar idi. Kömür neftlə müqayisədə uduzurdu. Gəmilərin neft məhsulları ilə işləməsi onları kömürün bunkerdən sobaya daşınması, sobaların kömürün yanma məhsullarından təmizlənməsi (hər üç saatdan bir), çirk və kömür tozunun toplanması (xüsusilə də, optika üzərində), kömür şaxtalarında qaz yığılması səbəbindən əlavə ventilyasiyaya ehtiyac yaranması və sair kimi problemlər dən xilas edirdi. == İlk super-drednout == Hələ 1903-cü ildə qərara alınmışdı ki, ABŞ-nin "Monro doktrinası"nı həyata keçirməsi üçün 11 min km hərəkət radiusuna malik hərbi gəmilərin olması zəruridir.
Nevena Bojoviç
Nevena Bojoviç (serb. Nevena Božović, Невена Божовић; d. 15 iyun 1994, Mitrovitsa, Kosovo, Serbiya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Serbiya müğənnisi və bəstəkar. O, "Piši mi" mahnısı ilə Serbiyanı 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və üçüncü yeri tutmuşdur. Nevena 2012-ci ildə Serbiyanın Prvi glas Srbije səs yarışmasındakı iştirakından sonra tanınmağa başlamışdır. Bunun ardınca Bojoviç və onun iştirak etdiyi səs yarışmasındakı digər finalçılar olan Mirna Raduloviç və Sara Yovanoviç Moje 3 qrupunun üzvü kimi "Ljubav je svuda" mahnısı ilə Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Nəticədə qrup yarımfinalda 11-ci yerdə qərarlaşaraq, finala yüksələ bilməmişdir. Nevena növbəti dəfə solo ifaçı kimi "Kruna" mahnısı ilə Serbiyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Nevena Bojoviç 15 iyun 1994-cü ildə Kosovonun Mitovitsa şəhərində dünyaya göz açmışdır. O, musiqi təhsilini Belqrad İncəsənət Universitetində almışdır.
Nevena Qeorqievna
Nevena Qeorqievna (mak. Невена Георгиева 25 avqust 1925, Skopye – 16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. == Bioqrafiyası == 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur 16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur.
Nevill Çemberlen
Nevill Çemberlen (ing. Arthur Neville Chamberlain; 18 mart 1869[…], Birminhem, Vorvikşir qraflığı – 9 noyabr 1940[…], Ridinq) — ingilis dövlət xadimi, Mühafizəkarlar Partiyası lideri, 1937–1940-cı illərdə Böyük Britaniyanın 60-cı baş naziri. == Həyat və fəaliyyəti == Artur Nevill Çemberlen 18 mart 1869-cu ildə Birminhemdə anadan olmuşdur. 1918-ci ildən parlament deputatı, 1930–1931-ci illərdə Mühafizəkarlar partiyasının sədri, 1937–1940-cı illərdə isə Böyük Britaniyanın baş naziri olmuşdur. Faşist təcavüzünü SSRİ-yə qarşı yönəltmək məqsədilə Çemberlen hökuməti Hitler Almaniyasına bir sıra güzəştlərə getmiş, Moskva danışıqlarına (1939) baxmayaraq Almaniya ilə gizli sövdələşməyə cəhd göstərmişdir. Lakin Çemberlen hökumətinin bu siyasəti boşa çıxdıqdan sonra Böyük Britaniya əlverişsiz bir şəraitdə İkinci dünya müharibəsinə qoşulmuşdu. 1940-cı il, mayın 10-da istefa verməyə məcbur olmuş və elə həmin ilin noyabrın 9-da vəfat etmişdir. == Ədəbiyyat == Aster, Sidney. Guilty Man: the Case of Neville Chamberlain // Finney, Patrick (redaktor). The Origins of the Second World War.
Nikola Abbanyano
Nikola Abbanyano (it. Nicola Abbagnano) - italyan filosofu, Turin Universitetinin professoru. == Fəaliyyəti == Abbanyano Jan Pol Sartrın neqativ ekzistensializminə əks olan pozitiv ekzistensializmin banisi. Alman və italyan idealizmindən çıxış edən Abbanyano insanın mövcudluğunun qeyri-müəyyən və problemli olması fikrindədir. Abbanyanoya görə, sonuncu varlıq olan və həyatda öz qorxu və riskləri ilə hərəkət edən insanın azadlığı hər zaman seçimin seçimi aktlarında realizə edilməlidir, elə bir seçimin ki, hər bir özün dən sonrakı seçim imkanının qarşısını almır. Abbanyanonun təlimində seçimin nəticələrindən daha çox insanın öz şansını həyata keçirmək üçün istifadə etdiyi alətlərin təhlili mühüm əhəmiyyət daşıyır. Sonradan Abbanyanonun bilik, elm və texnologiya məsələlərinə müraciət etməsi də bununla bağlıdır. Filosof eyni zamanda italyan empiriksosiologiyasının banilərindən biridir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Nikola Anelka
Nikola Sebastyan Anelka (14 mart 1979[…]) — Fransa peşəkar futbol məşqçisi və forvard mövqeyində oynamış keçmiş futbolçu.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. == Həyatı == Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.