Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Horatsio Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 21 oktyabr 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Keyt Nelson
Keyt Nelson (27 dekabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Keyt Nelson Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Nelson Batallones
Nelson Dida
Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub. 1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb. "Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi. Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Milan" qapıçısından biridir. Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Keyp əyaləti[d], Cənubi Afrika İttifaqı[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.
Nelson Pinedo
Napoleon Nelson Pinedo Fedullo (10 Fevral 1928 – 27 Oktyabr 2016) — Barrakillada anadan olmuş Kolumbiyalı musiqiçi. 1954-cü ildə Pinedo Sonora Matankeranın zamanında Latın Amerikasında geniş şöhrət qazanmış Kubalı ansambl ilə beş illik müqavilə imzalayaraq karyerasında başlamışdır. Pinedo da Bolero kimi Kuba ritmlərinə uyğunlaşdırılmış qrup ilə Kolumbiyanın məşhur musiqilərini (porros, kumbias və ağcaqayın) səsləndirirdi. İnsult keçirdikdən 2 həftə sonra Pinedo Venesuelanın Valensiya şəhərində 27 oktyabr 2016-cı ildə 88 yaşında vəfat etdi. Una Noche en Caracas Nelson Pinedo musiqiləri Sonora Matancera: Səni rəqsə dəvət etmək Sonora Matancera: Desfile de Estrellas El Rítmico Cortijo Combo A Bailar Merecumbé Con Pacho Galán, con Pacho Galán y su Orquesta Amerikada Latın En Venezuela, con "Chucho" Sanoja y su Orquesta ¿Quién Será? La Esquina del Movimiento Fausto Pérez Villarreal. Nelson Pinedo: El Almirante Del Ritmo. Fundación Cultural Nueva Música, 2006.
Nelson Rokfeller
Nelson Rokefeller (8 iyul 1908–26 Yanvar 1979) — Amerikalı iş adamı, xeyriyyəçi, siyasətçi, 1974–1977-ci illərdə Amerika Birləşmiş Ştatlarının 41-ci vitse-prezidenti və 1959–1973-cü illərdə Nyu-Yorkun 49-cu Qubernatoru kimi xidmət etmişdir. Nelson varlı Rokefellər ailəsinin üzvü, həmçinin incəsənət kolleksiyası yığan idi. Rockefeller Archive Center: Archived papers of the Special Studies Project, 1956–1960.
Nelson Semedo
Nelson Kabral Semedo (doğum 16 noyabr 1993, Lissabon, Portuqaliya) — İspaniya təmsilçilərindən olan "Barselona" klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Nelson Stepanyan
Nelson Qeorqiyeviç Stepanyan (erm. Նելսոն Գևորգի Ստեփանյան; rus. Нельсон Георгиевич Степанян; 15 (28) mart 1913, Şuşa – 14 dekabr 1944, Liepaya) — İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, erməni əsilli sovet pilotu. Polkovnik-leytenant rütbəsi daşımış Nelson Stepanyan müharibə dövründə göstərmiş olduğu xidmətlərə görə, iki dəfə SSRİ-nin ali qəhrəmanlıq medalı olan Sovet İttifaqı Qəhrəmanı mükafatına layiq görülmüşdür. 47-ci döyüş diviziyasına komandiri olmuş Nelson Stepanyanın rəhbərlik etdiyi hərbi birləşmə Feodosiya səmalarında göstərmiş olduqları xidmətlərə görə SSRİ rəhbərliyi tərəfindən Feodosiyanın Şərəf Nişanı fəxri medalı ilə mükafatlandırılmışdır. 1944-cü ilin 14 dekabr tarixində Latviya Sovet Sosialist Respublikasının Liepaya şəhəri yaxınlığında aparılan şiddətli döyüş zamanı, idarə etdiyi döyüş təyyarəsinin vurulmasına baxmayaraq, pilot öz təyyarəsini düşmənə məxsus hərbi gəmi ilə toqquşdurmağa nail olmuşdur. Nelson Stepanyana ikinci Sovet İttifaqı Qəhrəmanı mükafatı, ölümündən sonra 1945-ci ilin 6 mart tarixində verilmişdir. Nelson Stepanyan 1913-cü ilin 28 mart tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı olan Şuşa şəhərində anadan olmuşdur. Ailəsi Nelson gənc yaşlarında olarkən İrəvan şəhərində məskunlaşmışdır. Nelsonun atası Qevorq Stepanyan əslən İrəvan şəhərindən olmuş ata evləri Yekmalyan küçəsində yerləşməkdə idi.
Nelson adası
Nelson adası (ing. Nelson Island), həmcinin Leypsiq — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Kinq-Corc adasından cənub-qərbində yerləşir. Adadan 400 metrlik boğazla ayrılır. Robert adasından isə eni 10 km olan Nelson boğazı ilə ayrılmışdır. Antarktidadan 110 km məsafədə yerləşir. Ada 20 km uzunluğa və 11 km enə malikdir. Onun sahəsi 192,1 km² təşkil edir. Ərazisinin 90 % buzla örtülüdür. Qərb qutaracağı və şimal-şərqi buzdan azad olur.
Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Ted Nelson
Ted Nelson (ing. Ted Nelson, Theodor Holm Nelson; 17 iyun 1937, Çikaqo, İllinoys) — Amerika sosioloqu. Teodor Holm Nelson 1937-ci ildə doğulub, Amerika sosioloqu və filosofudur. Ted Nelson Grammy mükafatının mərhum laureatı Ralf Nelsonun (Ralph Nelson) və Akademiyanın mükafatını almış aktrisa Seleste Holmun (Celeste Holm) oğludur. Onun etnik mənsubiyyəti norveç-amerikalıdır. O, 1962-ci ildə "hipermətn" terminini ixtira edən və onu 1965-də geniş kütləyə çatdıran insan kimi tanınır. Nelson, həmçinin ilk dəfə "hipermühit" və ya "hipermedia" (hypermedia) kimi anlayışlardan istifadə edib. O, işinin əsas məqsədini kompüterləri adi insanlar üçün asan başa düşülən etmək hesab edirdi. Onun şüarı: "İnterfeys o qədər sadə olmalıdır ki, hətta təcrübəsiz istifadəçi belə kritik vəziyyətdə ondan 10 saniyə ərzində baş çıxara bilsin". Ted Nelson 1960-cı ildə sadə istifadəçi interfeysi ilə kompüter şəbəkəsi sisteminin yaradılması məqsədi ilə Xanadu layihəsini yaradır.
Hillari Nelson
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…] – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Peano aksiomaları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Peano aksiomları
Peano aksiomları — natural ədədlər çoxluğunun təsvirində istifadə edilən, Qiuseppe Peano və Riçard Dedekind tərəfindən irəli sürülmüş dörd əsas və bir köməkçi aksiomdur. Bu aksiomlar aşağıdakılardır: a. Verilən çoxluq boş deyil. Tərkibinə 1 adlandırılan obyekt daxildir. 1 ∈ N {\displaystyle 1\in \mathbb {N} } b. Hər natural ədəd üçün onun ardıcılı deyilən başqa bir natural ədəd vardır (yalnız bir natural ədəd var). c. Ardıcılığı 1 olan heç bir natural ədəd yoxdur. d. İki natural ədədin ardıcılığı bərabərsə, natural ədədləri də bərabərdir.
Yu Nesbö
Yu Nesbö (norv. Jo Nesbø; d. 29 mart 1960, Oslo) – norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbir. Əsərləri 40-dan çox dilə tərcümə edilmiş, 30 milyon nüsxə satılmışdır. Yu Nesbö ən çox inspektor Harri Hole haqqında olan cinayət romanı seriyasına və Di Derre rok qrupunun mahnı yazarı kimi tanınır. 2007-ci ildə Doktor Proktor haqqında uşaq kitabları yazmışdır. 2011-ci ildə "Kəllə ovçuları" romanı, 2017-ci ildə isə "Qar adamı" romanı əsasında eyniadlı film çəkilmişdir. Yu Nesbö 29 mart 1960-cı ildə Oslo şəhərində anadan olmuş, lakin Molde şəhərində böyümüşdür. Anası kitabxanada işlədiyindən gələcək yazıçının ədəbiyyata olan həvəsi erkən yaşlarından başlamışdır. Gənc yaşlarında futbolla maraqlanan Nesbö, sonralar dizindən travma alana kimi "Molde" futbol klubunda çıxış etmişdir.
Nanno Marinatos
Uraniya Marinatos, daha çox Nanno Marinatos kimi tanınır — yunanıstanəsilli ABŞ arxeoloqu, Minos dini və ikonoqrafiyası üzrə mütəxəssis. Məşhur Minos arxeoloqu Spiridon Marinatosun qızıdır. O, ABŞ-də klassik tarix və arxeologiya üzrə təhsil almış, 1978-ci ildə Kolorado Boulder Universitetini bitirmişdir. O, Ohayodakı Oberlin Kollecində və Kolorado Boulder Universitetində klassik antik dövr və arxeologiyadan dərs demişdir. Hal-hazırda Çikaqoda İllinoys Universitetində professordur. Onun əsas maraqları antik və tunc dövründə dinlərin tarixi, xüsusən də Minoy dininin hakim siniflərin davranışına təsiri, eləcə də ümumilikdə dini kultlarla bağlıdır.
E.C.Nelson
Ernest Çarlz Nelson (ing. (Ernest) Charles Nelson) 15 sentyabr 1951, Belfast) İrlandiya botaniki.
Ernest Çarlz Nelson
Ernest Çarlz Nelson (ing. (Ernest) Charles Nelson) 15 sentyabr 1951, Belfast) İrlandiya botaniki.
Hillari Nelson (alpinist)
Hillari Nelson (13 dekabr 1972, Sietl, Vaşinqton – 26 sentyabr 2022, Manaslu) — Amerikalı xizəkçi alpinist. Nelson 25 may 2012-ci ildə 24 saatlıq təkanla iki 8000 metrlik zirvəyə (Everest və Lhotze) qalxan ilk qadın olub. == Həyatı == Nelson 13 dekabr 1972-ci ildə Sietl şəhərində anadan olub və burada böyüyüb. İlk dəfə üç yaşında olarkən Stivens keçidində xizək sürməyə başlayıb. O iki oğlu ilə bərabər Telluride Koloradoda yaşayırdı. O The North Face qlobal atletik komandasının vəzifəsində çalışıb. 2012 Montana Dövlət universitetinin Everest Təhsil Ekspedisiyasında komanda üzvü idi. Nelson National Geographic Explorers qrant alıcısıdı və 40-dan çox ekspedisyada üzv olub. == Ölümü == 26 sentyabr 2022-ci ildə 49 yaşlı Nelson həmkarı Cim Morrisonla Manaslu dağının 8163 metrlik zirvəsində xizək sürərkən dağdan yıxılıb. Pis hava şəraitinə görə Nelsonun axtarışı iki gün davam edib.
Joseph Nelson Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 – 4 may 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. == Təsnif etdiyi taksonlar == Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus == Rouzun şərəfinə adlandırılan taksonlar == Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton == Əsərləri == Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.