Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir. Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Nero
Neron (lat. Nero Claudius Caesar Augustus Germanicus; 15 dekabr 37 – 9 iyun 68, Roma) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Neto
Neto (Tam adı: Norberto Murara Neto, (port. Norberto Murara Neto) — "Barselona" klubunun braziliyalı qapıçısı, Braziliya yığmasının üzvü. == Klub karyerası == Neto karyerasına Kruzeyro gənclər komandasında başladı, lakin bir il sonra ilk peşəkar müqaviləsini imzaladığı Atletiko Paranenseyə keçdi. Birinci komanda üçün Neto 17 Avqust 2009-cu ildə Gremio Barueri ilə debüt etdi və ilk matçındda gənc qapıçı qol buraxmadı, komandası isə qalib gəldi (3:0). 2009-cu ildə Neto, Botafoqoya qarşı Atletiko bazasında başqa bir oyun keçirdi və yenə də gənc braziliyalı qapısını toxunulmaz saxlaya bildi. 2010-cu ildə Neto Atletiko Paranensenin əsas qapıçısı oldu və onun üçün 34 matç keçirdi.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Nəbz
Nəbz (lat. pulsus — zərbə) — ürəkdə qan dövranı ilə əlaqədar arteriya divarlarının təkanvari rəqsi və ya qanı ürəkdən aparan damarların arteriyaların ritmik zərbələri nəbz adlanır . Daha geniş anlamda nəbz dedikdə qan-damar sistemində ürəyin fəaliyyəti ilə bağlı istənilən dəyişikliklər başa düşülür və buna görə də klinikada nəbzi arterial, venoz və kapilyar nəbzlərə ayırırlar. İnsan bədənində dəri səthinə yaxın yerləşən aşağıdakı arteriyalar üzərində nəbzi əllə təyin etmək mümkündür: sağ və sol daxili yuxu arteriyaları boğaz nahiyəsində sağ və sol qoltuq arteriyaları qoltuq çuxuru nahiyəsində sağ və sol dirsək arteriyaları — dirsək çuxuru nahiyəsində sağ və sol mil arteriyaları — bilək nahiyəsində sağ və sol bud arteriyaları — qasıq nahiyəsində sağ və sol dizaltı arteriyaları — dizaltı çuxur nahiyəsində sağ və sol dal qamış arteriyları — topuq nahiyəsində lat. Arteria dorsalis pedis sinistra et dextra — ayaqdarağı nahiyəsində Nəbzin əllə təyin edildiyi nahiyələr tibbi nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb edirlər.
Neo-
Neo- – Yunanca "neos" sözündən yaranıb. Yunancadan tərcümədə "yeni" mənasını verən söz qoşulduğu sözə "yeni" mənasını qatır. Nümunələr: Neapol – Yunancadan tərcümədə "Yeni şəhər" deməkdir. Neologizm – yeni yaranmış sözlər. Neon – yeni kəşf olunmuş (1898) təsirsiz qaz.
Məscidül-Nəbi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer == Etimologiyası == Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. == Tarixi == Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. == Coğrafiyası == Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Neno (mahal)
Neno — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Neno ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Neno şəhəridir. Mahal şərqdə Blantire mahalı və Zomba mahalı, şimalda Balaka mahalı və Ntçeu mahalı, qərbdə Mvanza mahalı ilə qonşudur. Mahalın ərazisi 2003 ilinə qədər Mvanza mahalına bağlı idi, bu tarixdən etibarən həyata keçirilən yerli idari dəyişiklikdən sonra Mvanza mahalının şərq hissəsindən Neno mahalı təşkil edilmişdir. == Əhali == Neno mahalında 108,897 nəfər yaşayır.
Neno dairəsi
Neno — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Neno ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Neno şəhəridir. Mahal şərqdə Blantire mahalı və Zomba mahalı, şimalda Balaka mahalı və Ntçeu mahalı, qərbdə Mvanza mahalı ilə qonşudur. Mahalın ərazisi 2003 ilinə qədər Mvanza mahalına bağlı idi, bu tarixdən etibarən həyata keçirilən yerli idari dəyişiklikdən sonra Mvanza mahalının şərq hissəsindən Neno mahalı təşkil edilmişdir. == Əhali == Neno mahalında 108,897 nəfər yaşayır.
Nero (proqram)
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. == Ad == CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Hüseynov
Nəbi Hacıbala oğlu Hüseynov, (9 iyul 1992; Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəbi 1992-ci il iyulun 8-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. == Hərbi fəaliyyəti == Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir.Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur.
Nəbi Həsənoğlu
Məhərrəmov Nəbi Həsən оğlu (1934, Daşkənd, Basarkeçər rayonu – 13 avqust 1979, Yeni Daşkənd, Bərdə rayonu) — dastançı-şair. == Həyatı == Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani təhsili alsa da hеç vaхt ruhanilik, mоllalıq еtməmişdir. Uzun illər bənnalıq sənətində işləmişdir. Nəbi Həsənоğlu əsasən dastanlar müəllifi kimi tanınmışdır.
Nəbi Məmmədov
Nəbi Məmmədov (tələbə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Nəbi Məmmədov (döyüşçü) — Azərbaycanlı MMA və Sambo idmançısı.
Nəbi Nəbiyev
Nəbi Nəbiyev Əliabbas oğlu (1925, Karrar, Göyçay qəzası) — coğrafiya üzrə fəlsəfə doktoru, iqtisad elmləri doktoru, professor, akademik. == Həyatı == N. Ə. Nəbiyev 1925-ci ildə Azərbaycanın Kürdəmir rayonunun Karlar kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib. Böyük Vətən müharibəsində 2 orden və 15 medalla təltif edilmişdir. 1947-ci ildə keçmiş V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdu. 4 övladı var. 2011-ci il fevral ayının 25-də Bakıda rəhmətə getmişdir. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA Coğrafiya institutunda elmi katib, kiçik elmi işçi işləyib. 1957-ci ildə Akademiyanın İqtisadiyyat İnstitutuna keçirilmişdir. Orada aparıcı elmi işçi vəzifəsində işləyib.
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Tamoyev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Yaqubov
Nəbi Ibrahim oğlu Yaqubov — Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor. Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri (1970-1990-cı illər); "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri (1991) == Həyatı == Nəbi Yaqubov 1936-cı ildə Qazaxda, Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olur. Məzun olduqdan sonra aspiranturaya daxil olur. Görkəmli Azərbaycan alimi Akademik Azan Mirzəcanzadənin rəhbərliyi altında əvvəlcə namizəzdlik, sonra isə doktorluq dissertasiyası müdafiə edir. Ömrünun sonuna qədər Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor N.Yaqubov, tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də Azərbaycan və Türk tarixinin, ədəbiyyatının mahir bilicisi idi. 1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti"-nin yaradıcılarından biri olub. İbrahim Nəbioğlunun atasıdır.
Nəbi Zeynalov
Nəbi kəndi
Nəbi kəndi (Takab)
Nəbi qalası
Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid İlandağ yaşayış yerinin əhalisi arasında yayılmış adı "Nəbi qalası"dır. Bu abidədə 1991–ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bu ərazinin orta əsr mənbələrində, o cümlədən Həmdullah Qəzvininin xatırladığı dörd Naxçıvan qalasından biri olan Tağmar qalası olması fikrini irəli sürmüşdür.
Nəbə Surəsi
78-ci surə
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. == Həyatı == Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. == Ailəsi == Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.