Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Otites
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Otel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Otis
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Erga omnes
Erga omnes — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. == Konsepsiyanın yaranması == Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: "Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, "bütün dövlətlərin işi" olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.
Eucalyptus dives
Eucalyptus dives (lat. Eucalyptus dives) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus amygdalina var.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Huqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Jives gölü
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Karlos Çaves
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. == Həyatı == P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir. == Fəaliyyəti == Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi.
Kolesovskaya Otmel
Kolesovskaya Otmel — Şərqi Sibir dənizində yerləşən ada. Kolıma körfəzinin qutaracağında yerləşir. Materikdən 3 km aralıda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Sahil xətti daim dəyişir. Öz adını iş icraçısı Mixail Kolesovun adından götürülmüşdür.
Ktheju tokës
Ktheju tokës (azərb. Vətəninə dön‎) — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.
Otter adası
Otter adası (ing. Otter Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. Müqəddəs Paul adasının cənub-qərbində yerləşir. Adanın sahəsi 0,6686 km²-dir. Adada ov etmək qadağandır.
Otvil-Lonnes
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rejiane Alves
Regiane Kelly Lima Alves (31 avqust 1978, Santo André) — Braziliya aktrisası. 1998 - Fascinação .... Ana Clara Gouveia Prates 1998 - Meu Pé de Laranja Lima .... Lili 2000 - A Muralha .... Rosália Olinto 2000 - Laços de Família .... Clara 2001 - Sítio do Picapau Amarelo .... Branca de Neve 2001 - Brava Gente .... Gigi 2001 - Brava Gente .... Branca Luz 2002 - Desejos de Mulher .... Letícia Miranda Moreno 2003 - Mulheres Apaixonadas ....
Robotics;Notes
Robotics;Notes (ロボティクス・ノーツ, Robotikusu Nōtsu) — 5pb. tərəfindən istehsal və nəşr olunmuş Yaponiya vizual romanı. Oyun PlayStation 3 və Xbox 360 konsolları üçün 28 iyun 2012-ci ildə, PlayStation Vita konsolu üçün isə "Robotics;Notes Elite" adı altında 26 iyun 2014-cü ildə yayımlanmışdır. "Robotics;Notes" oyunu 5pb. şirkətinin "Science Adventure" videooyun seriyası çərçivəsindəki "Chaos;Head" və "Steins;Gate"-dən sonra üçüncü oyunudur. "Artırılmış elmi macəra" (拡張科学アドベンチャー, Kakuchō Kagaku Adobenchā) kimi təsvir edilmişdir. Oyun əsasında 6 manqa adaptasiyası və Production I.G studiyası tərəfindən anime adaptasiyası istehsal olunmuşdur. Anime adaptasiyası Fuji TV-də 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi göstərilmişdir. Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. "Robotics;Notes" elmi fantastika janrında vizual romandır.
Rodrigues Alves
Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Senecio otites
Senecio otites (lat. Senecio otites) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Seksual həvəs
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.