Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meri Keri
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. == Həyatı == Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Meri Keri (aktrisa)
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. == Həyatı == Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Aşıq Pəri
Aşıq Pəri (1811, Aşağı Maralyan, Qarabağ xanlığı – 1847, Şuşa) — Azərbaycan aşıq-şairi. == Həyatı == Aşıq Pəri 1811-ci ildə indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Uşaq yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti geniş yayılıb və öz dövrünün aşıqlarının diqqətini cəlb edib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər. Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir.
Bloom (pəri)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Pəri (məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. == Əhali == Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Pəri Sultan
Pəri Sultan (1506, Təbriz – 1540, Şəki) — Səfəvi Sultanı, Şirvan Məleykəsi, Şah I İsmayıl ilə Şah (Taclı) Sultanın qızı olmuşdur. Şah ismayıl xətainin ən sevimli qızı olan Pərixan sultan dövlətdə öz mənafeyini yaxşı tutmuşdur == Həyatı == Pəri Sultan Şah I İsmayıl ilə Taclı Sultanın ilk övladı olaraq dünaya göz açmışdır. Təhsilli, savadlı bir xanım olan Pəri Sultan 1521-ci ildə gənc yaşda atasının da istəyi ilə siyasi evliliyə qədəm qoymuşdur. Saray intigalarıdan uzaq olsa da, 1 il bu xənədan mübarizəsində iştirak etmişdir.İki evlilik etməsinə baxmayaraq, övladı olmamış 1540 cı ildə Şəki xan bağında qəfil vəziyyəti pisləşərək vəfat etmişdir. == Fəaliyyəti == Şirvanşahlarla Səfəvilərin əlaqələrinin yaxşılaşması məhz Pəri Sultanın adı ilə bağlıdır. Lakin Şah I İsmayılın ölümündən sonra münasibətlər dəyişir. Şirvan sarayı hələ ilk gündən Pəri Sultanla yola getmirdi. Çünki Pəri Sultan bir növ Şirvan hakimi kimi paytaxt Təbrizdən bura göndərilmişdi. Şeyxşahdan övladı olmayan və onla yaxınlıq qurmayan Pəri Sultanı atasından sonra da buraya bağlayan bir şey yox idi. Pəri Sultan şeyxşahdan olduqca şübhəli idi.
Pəri cadu
"Sehirli pəri" və ya "Pəri cadu" — 1901-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış faciə pyesi. 1901-ci ildə Şuşadan Bakıya qayıtdığı zaman pyesi bitirmişdir. Pyes milli dram qızıl fonduna daxil edilmiş, uğur qazanmışdır, Tiflis, İrəvan, Naxçıvan və digər şəhərlərdə səhnəyə qoyulmuşdur. 1924-cü ildə Mirseyfəddin Kirmanşahlı tərəfindən səhnələşdirilən Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində qoyulmuşdur. == Əsərin təhlili == "Pəri cadu" pyesində, «Azərbaycan tarixi» (Bakı, 1960, cild 2-ci) monoqrafiyasının müəlliflərinin fikrinə görə, "Bəxtsiz cavan" pyesində olduğu kimi Haqverdiyev işləyənlər üçün sevgisini və səmimiyyətini ifadə edirdi. Ədəbiyyatşünas Əziz Şərifin sözlərinə görə, "Pəri cadu" simvolik dramasında Haqverdiyev insanın şəxsi xoşbəxtliyini sorğulamışdır. Əziz Şərif qeyd edirdi: Teatr mütəxəssisi Cəfər Cəfərov qeyd edir ki, "Pəri cadu" pyesi onun canlılığı və doğruluğu üçün dəyərlidir. Cəfərovun sözlərinə görə N.Nərimanovun "Şamdanbəy", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxıb yağmura düşdük", "Hacı Qara" əsərləri kimi Haqverdiyev, pul mübadiləsi, mülkiyyət ideyalarını ortaya qoyur və onların bu faciəli nəticələrini aydın şəkildə nümayiş etdirir əlaqələr və fikirlər irəli sürür. Cəfərovun sözlərinə görə, "Pəri cadu" pyesin tərzi və forması Azərbaycan səhnəsinin tarixində tamamilə yeni bir fenomen idi. == İstinadlar == Mənbələr == Ədəbiyyat == Kamran Məmmədov (Önsöz yazarı).
Pəri dağı
Pəri dağı — Xankəndinin keçmiş Şuşakənd sovetliyininin Çanaqçı qəsəbəsində yerləşir. Hündürlüyü 2059 metr. Burada palıd, vələs və şam ağacları vardır. == Tarixi == Dağın tarixi haqqında məlumat Süleyman Rəhimovun "Pəri çınqılı" əsərində geniş yayılmışdır. Qaçaq Nəbi və Həcər düşmən qoşunlarından qaçmaq üçün bu dağlara sığınmışdır.
Pəri Əliyeva
Pəri Əbdül Hüseyn qızı Əliyeva (ilk soyadı: Həsənova; aprel 1908, Bakı – noyabr 1992, Bakı) — jurnalist, müəllimə, Şərq qadını jurnalının məsul katibi (1930-cu illər). 1927-ci ildə bolşeviklər tərəfindən güllələnmiş Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı və 1938-ci ildə repressiyalara uğramış Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyevin həyat yoldaşı idi. == Həyatı və fəaliyyəti == Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçmüşdür. Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalmışdır. Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) şöbəsini bitirir. Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs alır. Pəri Həsənova 1931-ci ildə İskəndər Əliyev ilə ailə həyatı qurur. Evlilikdən bir qədər sonra Əliyeva familiyasını qəbul edir. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləmişdir.
Yakopo Peri
Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-ci ildə yazılan və İlk opera sayılan "Dafna" əsəri və qədim operalardan biri hesab edilən "Evridika"nın müəllifi. Peri musiqi təhsilini Florensiyada almışdır, onun müəllimi Kristofano Malvezzi sayılır. Yerli kilsələrdə müğənni və orqan ifaçısı kimi işləmişdir. Sonradan Mediçilərin sarayında müğənni (tenor) və saray bəstəkarı kimi çalışmağa başladı. Pyeslər və madriqallar üçün yazdığı musiqilər onun bəstələdiyi ilk əsərlərdir. 1590-cı illərdə Peri Florensiyanın əsas musiqi xeyriyyəçisi Yakopo Korsi ilə tanış oldu. Onlar ikisi də eyni fikirdə idilər ki, müasir incəsənət yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Onlar yunan faciəsini özlərinin anladığları kimi bərpa etmək qərarına gəldilər.
Pəri (Mahnişan)
Pəri (fars. پري‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 777 nəfər yaşayır (177 ailə).
Pəri (dəqiqləşdirmə)
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar. Pəri (məlayir) — Pəri (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Pəri Miniatür
Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan rəssamı, 1000-dən çox əsərin müəllifi, azərbaycanlı miniatürcü qadın rəssam. == Həyatı və təhsili == Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır. Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Fəaliyyəti == 2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib. Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur: 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb. 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib.
Pəri Topçubaşova
Pəri Həsən bəy qızı Topçubaşova (1873, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1947, Paris, Dördüncü Fransa Respublikası) — Azərbaycanın birinci xanımı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı. == Həyatı == === Ailəsi === İki il Bakıda işsiz qalan Həsən bəy Zərdabi 1880-ci ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur. Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Pepi
Pepi — kişi adı. I Pepi — Qədim Misirin VI sülalədən hökmdarı (təxminən e.ə. 2310–2260). II Pepi — Qədim Misirin VI sülalədən olan fironu. III Pepi — firon.
Perl
Perl — yuxarı səviyyəli, dinamik proqramlaşdırma dilidir. Perl 1987-ci ildə Lari Vall tərəfindən Unix script dili kimi yaradılmışdır. Perl 6 özündə C, Shell Script, AWK, Sed kimi müxtəlif dillərin xüsusiyyətlərini cəmləşdirir. Perl Vebdə CGİ proqramlaşdırma dili kimi istifadə olunur. Bundan başqa Perl qrafik proqramlaşdırma, sistem proqramlaşdırma, şəbəkə proqramlaşdırmasında, bioinformatikada və digər sahələrdə istifadə olunur. == Sintaksisi == "Salam Dunya" proqramı aşağıdakı kimi yazıla bilər: n ilə yeni sətrə keçmək təmin olunur.
Perm
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir == Tarixi == Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi. Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. == Əsərləri == Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Persi
Persi - İrəvan quberinyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Bizə görə, toponim «açıq çöl, bozqır» (rus. открытая степы) mənasında işlənən par(pər) sözü ilə bağlıdır. «Per» sözü İran toponimlərinin tərkibində «dağ», «sıra dağlar» mənasında işlənir. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914 - cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919 - cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Pərsi kəndində 1918-ci ildə 400 nəfər əhalisi olmuşdur.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Coğrafiya == Peru Respublikası Cənubi Amerikada yerləşən, zəngin mədəni və coğrafi müxtəlifliyi ilə tanınan bir ölkədir. Ölkə, And dağlarının möhtəşəm silsilələri ilə əhatə olunmuşdur. Bu dağların zirvələrindən qaynaqlanan çaylar Sakit okeanına tökülür və ya Amazon yağış meşələrindən keçərək Atlantik okeanına axır. Bu bölgələrdə qədim sivilizasiyalar yaranmış və onların zəngin arxeoloji irsləri, xüsusilə də inka xalqı diqqət çəkir. İspan fəthi zamanı bir qrup ispan əsgəri macəra axtarışı və zəngin bir imperatoriya haqqında eşitdikləri hekayələr ilə bu torpaqlara gəlmişdir. Bu qarşılaşma İnka İmperiyasının fəthi və daha sonra Peru vitse-kralığının yaranmasına səbəb olmuşdur. Peru vitse-kralığı İspaniya imperiyasının Amerikadakı mühüm inzibati və iqtisadi mərkəzi olmuşdur. Müasir Peru İspaniyadan müstəqillik qazandıqdan sonra respublika kimi qurulmuşdur.